Ətraflı axtarış
Baxanların
4044
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
Sual
Salamun ələykum Nahaq olan yerdə digərlərinin təkfiri və lənətinin insanda hansı təsirləri və şərii cəhətdən hökmü nədir?
Qısa cavab

Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır.

Ətreaflı cavab

Sualdakı mövzünü neçə cəhətdən araşdırırıq.

  1. Lənətlənən, küfrdə təqsirləndirilən və şəxsin belə bir nisbətə layiq olmadığı halda, digərlərinə lənət, nifrin, təkfir və pis sözlər deyilməsi, təbiidir ki, müqəddəs İslam şəriəti və dini təlimlər nəzərindən qadağan olunub və axirət əzabı da onun üçün nəzərdə tutulubdur. Bu məsələ həm hökmləri hikmət və məsləhət üzündən olan müqəddəs İslam şəriəti nəzərindən qəbul olunmur, həm də heç bir bəşəri və qeyri İslami qanunlar da belə məsələləri düzgün saymırlar, insanların şəxsi həyatına girməyə icazə vermirlər və belə işlər görənləri qanunla cəzalandırırlar.

  2. İslamın dini təlimləri bizə öyrədirlər ki, imanlı insanlar günah olan və kiminsə haqqını zay edən kəlmələri dilinə gətirmirlər, hətta günah olmayan və mənfi cəhətləri olmayan və elmi termində ona ləğv deyilən sözləri də dillərinə gətirmirlər. Qurani- kərim bu barədə buyurur: "Həqiqətən möminlər nicat tapdılar... o kəslər ki, ləğvdən və lüzumsuz şeylərdən üz döndərərlər."[1] Bu ayə deyir: Həqiqətdə möminlər elə düzəliblər ki, təkcə batil düçüncələrə, faydasız sözlərə və işlərə əl atmırlar, hətta Quran buyurduğuna əsasən, ondan üz döndərərlər, o ki, qala digərlərinə nahaq yerə lənət və təkfir edələr.

  3. Bizim dini təlimlərdə, belə işlərə qadağan qoymaqdan əlavə, dini rəhbərlərdən olan rəvayətlər deyirlər; əgər bir şəxs lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət lənət edənin özünə qayıdır:

«وَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ لَعَنَ رَجُلٌ الرِّیحَ عِنْدَ رَسُولِ اللَّهِ (ص) فَقَالَ لَا تَلْعَنِ الرِّیحَ فَإِنَّهَا مَأْمُورَةٌ

وَ إِنَّهُ مَنْ لَعَنَ شَیْئاً لَیْسَ لَهُ بِأَهْلٍ رَجَعَتِ اللَّعْنَةُ عَلَیْهِ»[2]

Bir kişi Peyğəmbər (s)- in yanında küləyi lənətlədi. Peyğəmbər buyurdu: Küləyi lənətlənmə, çünki o Allah tərəfindən məmurdur. Əgər bir şəxs lənətə layiq olmayan şeyi lənətləsə, o lənət, lənət edən şəxsə qayıdır.

Bu rəvayətdə gördüyünüz kimi, ehtiram Kəbə evinin hörməti kimi olan insan deyil, küləyə lənət edilib. Bu onu göstərir ki, dediyinə və əməllərinə diqqət etməli və sübutsuz və şərii dəlil olmadan bir iş görməməli və digərlərinə hökm etməməlidir.

  1. Əlbəttə, bu məsələni xatırlamaq zəruri görünür ki, Allahın övliyalarına əziyyət verən şəxsləri lənətləmək nəinki olar, hətta yaxşı sayılır. Amma qeyd olunanlar deyilən suala diqqət etməklə, o şəxslər haqqındadır ki, nahaqcasına digərlərini lənətləyir, təklif edir və insanların həqiqi və hüquqi haqlarını pozular. Bu İlahi övliya və elçilərə əziyyət edən şəxslərə aid deyil, çünki onlara Allah və lənət edənlər, lənət edir: "Kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq- aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və lənət edə biləcək kimsələr də, onlara lənət oxuyar."[3]



[1] - Möminun surəsi, ayə 3, Ləğv bəzi böyük təfsirçilərin dediyi kimi, nəzərə çarpan bir faydası olmayan hər danışıq və əməldir", Məkarim, Nasir, Təfsiri- nümunə, cild 14 səh 195, Darul- kutubul- İslamiyyə, Tehran, 1372, hicri şəmsi.

[2] - Kuleyni, Kafi, cild 8, səh 69, Darul- kutubul- İslamiyyə, Tehran, 1368 hicri şəmsi.

[3] - Bəqərə surəsi, ayə 159.

Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    133120 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    101120 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    83405 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    78190 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    66150 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    40833 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    38617 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29810 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    29783 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    28226 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...