Ətraflı axtarış
Baxanların
26127
İnternetə qoyma tarixi: 2011/08/09
Sualın xülasəsi
Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
Sual
Kişilərin üz qırxan maşınla və ya ona oxşar alətlərlə üz və bədən tüklərini qırxmasının hökmü nədir?
Qısa cavab

Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.[3] Lakin yanaq, boğaz və boyun tüklərini və həmçinin qoltuq və s. bədən tüklərini (bir halda ki, onlara saqqal deyilmir) qırxmağın eybi yoxdur.

Xatırladaq ki, İslam paklığa çox önəm verir və bu üzdən bədənin artıq tüklərini qırxmağı təkid etmişdir.

Aşağıda gigiyenik qaydaları nəzərinizə çatdırırıq:

1.         Saç kəsdirmək, yumaq və daramaqla ona qulluq etmək müstəhəbdir.[4]

2.         Bığı,[5] burun[6] və qoltuqaltı[7] tükləri qırxmaq müstəhəbdir.

3.         Qarınaltı və qasıq nahiyəsindəki tükləri qırxmaq Allah-Taalanın zatına, qiyamət gününə imanın nişanələrindən, İslam peyğəmbərinin (s) sünnəsindəndir.[8]

4.         Bədənin digər yerlərində bitən tükləri qırxmaq paklığa, cismi və ruhi sağlamlığa səbəbdir. Onları qırxmamaq isə cismi və ruhi zərərlərə düçar olmağa bərabərdir.[9]

 



[1] Kişi üzündə saqqal, Adəmin duasından sonra çıxmağa başlamışdır ki, O həzrət buyurdu: "İlahi! Mənim yaraşıq və gözəlliyimi artır!" Allahdan xitab gəldi: "Saqqalı qiyamətədək sənin, övladlarının zinəti qərar verdim". Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir ki, saqqalı uzun saxlayın ki, yəhudi və zərdüştlərə bənzəməyəsiniz. "Hilyə əl-Müttəqin", 5-ci bab, 4 və 5-ci fəsil.

[2] İmam Xomeyninin (r.ə.) "İstiftaat"ı, c.2, ("Məkasib mühərrəmə"), səh. 30, sual:79; səh. 31, sual:81; səh. 32, sual:84

[3] "Doktorski" saqqal saxlamaq kifayətdirmi? Bütün müctehidlər (Ayətullah Təbrizi və Məkarim istisna olmaqla): Xeyir. Kifayət deyil və saqqalın hamısını qırxmaq hökmündədir. İmam Xomeyni, "İstiftaat", c.2, ("Məkasibi mühərrəmə"), səh. 84; Ayətullah Vəhid Xorasani "Mənhac əs-Salihin", c.3, Məsələ:43; Ayətullah Xamineyi, "Əcvibə əl-İstiftaat", sual: 1413; Ayətullah Sistani, www.sistani.org , Saqqal qırxmaq, sual: 1 və 3; Ayətullah Safi Gülpayaqani, "Cami əl-əhkam", sual:1743; Ayətullah Behcət, "Tozih əl-məsail", müxtəlif suallar, sual:4; Ayətullah Nuri Həmədani, "İstiftaat", c.1, sual: 492 və 493; Ayətullah Fazil Lənkərani, "Cami əl-məsail", c.1, sual:955 və 957.

Ayətullah Məkarim və Təbrizi: "Əgər çənə və onun ətrafı (üzün dörddə biri) qırxılmasa, bir halda ki, baxanların nəzərində saqqal sayılsa, kifayətdir. Ayətullah Məkarim Şirazi, "İstiftaat", c.2, sual: 751 və Ayətullah Təbrizi, "İstiftaat", sual:1087.

[4] "Hilyə əl-Müttəqin", 5-ci bab, 3-cü fəsil.

[5] Rəvayətdə gəlmişdir: "Bığı qırxmaq, İslam peyğəmbərinin (s) sünnəsindən, uzun bığ isə şeytanın məskənidir. Bığı qırxmaq ruzinin artmasına, qəm-qüssə və vəsvəsənin aradan getməsinə və xora xəstəliyindən amanda qalmağa səbəbdir. Bığını kəsməyən şəxs bizdən deyil". "Hilyə əl-Müttəqin", 5-ci bab, 4-cü fəsil.

[6] Burun tüklərini qoparmaq üzün gözəlliyinə səbəb olur. "Hilyə əl-Müttəqin", 5-ci bab, 7-ci fəsil.

[7] Qoltuqaltı tüklər şeytanın məskəni sayılmışdır. Əlbəttə, tüklərin məhvi barədə gəlmişdir: "Dərman vurmaq qırxmaqdan, qırxmaq isə yolmaqdan yaxşıdır". Yenə orada, 5-ci bab, 7-ci fəsil.

[8] Onları qırxmaq imanın nişanəsi və Peyğəmbərin (s) sünnəsidir. Yenə orada, 8-ci fəsil.

[9] Bədən tüklərini kəsmək bədənin qüvvətlənməsinə və kökəlməsinə, ürəkkeçmə və süstlüyün aradan getməsinə səbəbdir. Həmçinin bu əməl bədənin paklığına səbəb və peyğəmbərlərin əxlaqındandır. Yenə orada, 9- cu fəsil

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şənbə günü Yəhudilər üçün niyə cəza günüdür? Bazar günü də xristianlar üçün cəza günü sayılırmı?
    10082 Qədim kəlam
    Dini təlimlərdə qadağan olunan məsələlərdən biri, düz olmayan işləri yozmaqdır. Qurani- kərim, qanun sındıran bəzi yəhudiləri "əshabi- səbt" adlandırır və onlara nifrin və qarğış edir. Çünki, şənbə günü balıq ovlamaq onlara haram idi. Həmin gün yəhudilərin İlahi qanuna nə qədər vəfalı olmalarını yoxlamaq üçün, (İlahi iradə ilə) ...
  • Dinlə elm arasında necə uyğunluq yaratmaq olar?
    3878 Din fəlsəfəsi
    Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi ...
  • Naməhrəmlə söhbət zamanı təbəssüm etməyin hökmü nədir?
    3770 Nizamlar hüquq və əhkam
    Naməhrəmlə zarafat və təbəssüm etmək, əgər cinsi ləzzət qəsdi ilə və ya onda günaha düşmək və fitnə qorxusu olarsa, olmaz və iradı var. "Naməhrəmlə zarafat etməyin hökmü nədir?" Sualının cavabında təqlid mərcələri buyurublar: Əgər (cinsi) ləzzət qəsdi ilə olsa və ya günaha düşməyindən ...
  • İslamda dövlətlə camaat arasındakı rabitə necədir? İslam cəmiyyəti üçün dövlət qarçısında haqqa qaildirmi?
    4347 Nizamlar (Qurluşlar)
    İslam hakimiyyətində cəmiyyət lazımlı olan rollardan biridir və aşağıdakı mərhələlərdə həmişə səhnədədirlər. İslam hakimiyyətinin seçilməsi. Böyük rütbəli şəxsiyyətlərin seçilməsi istər bir başa olsun istərsə də başqa yollarla. İslam rəhbəriylə ...
  • Qənaətin həyatda nə kimi təsirləri vardır və onu xəsislikdən necə seçmək olar?
    4760 Əməli əxlaq
    Qənaətin lüğətdəki mənası “ehtiyac duyulan şeylərin az miqdarı ilə kifayətlənmək”, “insana nəsib olan şeylərə razı olmaq”dır. Hədislərdə qənaət kəlməsi bəzən “mütləq şəkildə olan razılıq” kimi istifadə edilir. Qənaətlə paxıllığın fərqində də demişlər: Qənaət əksər hallarda fərdi əxlaqda irəli çəkilir, onun mənası “həyat və məişət imkanlarından düzgün şəkildə ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    3726 کلیات
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • “Ğüfeylə” namazının fəziləti və o namazı qılmaqla Yezidin bağışlana bilməsi barəsindəki hədis səhihdirmi?
    7319 Hədis elmləri
    Belə bir rəvayət mötəbər hədis kitablarında gəlməmişdir, hətta bu məzmunun oxşarını da rəvayət kitablarında görməmişik. Bundan əlavə, rəvayətə oxşayan bu sözün məzmununda da tənqid olunası bir neçə məsələ vardır: 1. Cinayətlə ondan tövbənin necəliyi arasına tənasübün olmaması; 2. Əməldə niyyət məsələsinin nəzərə alınmaması;
  • Nə üçün müsəlmanlar müxtəlif dini mərasimlərdə və əlamətdar hadisələrdə qoyun və ya başqa heyvan kəsirlər?
    3644 Əhkam və hüquq fəlsəfəsi
    İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı ...
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    6834 Qədim kəlam
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    4063 İslam fəlsəfəsi
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    120046 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91365 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71249 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    55069 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    52627 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37794 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26821 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26380 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26127 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25226 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...