Ətraflı axtarış
Baxanların
5255
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Nə üçün İranda oğrunun cəza hökmü (əlinin kəsilməsi) icra olunmur?
Sual
Oğrunun əllərinin kəsilməsinə göstəriş verən ayələrə ola-ola bu hökm İranda nə üçün icra olunmur? Bu hökmün icrası vacibdir, yoxsa caiz?
Qısa cavab

Sualda işarə edildiyi kimi, Quran ayəsi və rəvayətlərə əsasən, lazımi şərtlər mövcud olanda oğrunun əllərinin kəsilməsi vacib olur. Amma İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu dövrdə bu hökmün icrası ilə əlaqədar fəqihlərin və İslam alimlərinin sözlərini üç qismə bölmək olar:

1. Bəzi fəqihlər, o cümlədən Əllamə Hilli (rəhmətullahi əleyh) qeybət dövründə ilahi hökmlərin fəqihlər tərəfindən icrası barəsində təvəqqüf etmiş və xüsusi rəy verməmişdir.

2. Mərhum Xonsarı kimi bəzi alimlər də inanırlar ki, qeybət dövründə ilahi cəza qanunlarının icrası caiz deyildir.

3. Amma hazırkı əksər fəqihlərin və bəzi keçmiş fəqihlərin nəzəri olan üçüncü nəzəriyyə budur ki, bu məsələdə İmamın qeybdə olması ilə zühur etməsi arasında heç bir fərq yoxdur. İmamın hazır olduğu zaman (şərtlərin gerçəkləşməsi ilə) ilahi cəza qanunları icra olunduğu kimi, İmamın qeybdə olduğu dövrdə də icra olunmalıdır.

İlahi hökmlər məsləhət və məfsədə (fəsad) əsasında verilir. Bəzi hallarda hüdudların (cəza qanunlarının) icrası – istər İmamın hüzur, istərsə də qeybdə olduğu zaman – müxtəlif dəlil və məsləhətlərə əsasən müvəqqəti olaraq dayandırıla bilər ki, hal-hazırda da belədir.

Ətreaflı cavab

Cavabı verməzdən əvvəl bir neçə məsələyə diqqət yetirmək lazımdır:

Sualda işarə olunduğu kimi, Quranda[1] və rəvayətlərdə[2] oğrunun əllərinin kəsilməsi – bu hökmün şərtləri mövcud olduqda vacib sayılır. Amma İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu bir dövrdə bu hökmün icrası ilə əlaqədar İslam alimlərinin fətva  və nəzərlərini üç qismə bölmək olar:

1. Fəqihlərin bəziləri “fəqihlər qeybət dövründə ilahi hökmləri icra edə bilərmi, yoxsa belə bir haqqa malik deyildirlər?” məsələsi ilə əlaqədar təvəqqüf etmiş – xüsusi rəy verməmişlər. Bu mövzuda təvəqqüf edənlərdən biri mərhum Əllamə Hillidir. O deyir: “Görəsən İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu dövrdə fəqihlər ilahi cəza qanunlarını icra edə bilərmi?! Şeyxeyn (Şeyx Mufid və Şeyx Tusi) rəvayət əsasında[3] onun caiz olmasına dair fətva vermişlər. Mən bu rəvayət və fətva barəsində təvəqqüf edirəm (heç bir rəy vermirəm).”[4]

2. Bəzi fəqihlər də inanırlar ki, qeybət dövründə ilahi cəza qanunları icra olunmamalıdır. Bunu caiz bilməyən şəxslərdən biri mərhum Xonsaridir. O deyir: “Qədim alimlər arasında məşhur nəzər bu idi ki, qeybət dövründə ilahi cəza qanunlarının icrası caiz deyildir, hətta bəzilərinin yazılarında da icma olunmuşdur ki, cəza qanunları İmamın öz əli ilə, yaxud İmam tərəfindən seçilmiş bir şəxsin vasitəsi ilə icra edilməlidir.”[5]

Bəziləri də qeybət dövründə ilahi cəza qanunlarının icrasını yalnız qul sahibinin öz qulu barəsində, bəziləri də atanın övlad və ərin öz arvadı barəsində icrasını caiz bilmişlər.[6]

3. Amma bəzi keçmiş alimlərin və müasir fəqihlərin əksəriyyətinin nəzəri olan üçüncü nəzər budur ki, bu hökmdə İmamın qeybdə və ya hazır olması arasında heç fərq yoxdur. İmam Zaman (əleyhis-salam)-ın hazır olduğu dövrdə (şərtlərin mövcudluğu ilə) ilahi cəza qanunları icra olunduğu kimi, o həzrətin qeybdə olduğu dövrdə də icra olunmalıdır. Qeybət dövründə ilahi cəza qanunlarının icrasına fətva verən alimlərdən biri də Şeyx Mufiddir. O deyir: “İlahi cəza qanunları Allah tərəfindən seçilmiş olan İslam rəhbərlərinin – belə ki, onlar Ali-Muhəmmədin hidayət İmamlarıdır – habelə, onların tərəfindən təyin olunan şəxslərin tərəfindən icra oluna bilər. Həmçinin, bu məsələ şiə fəqihlərinə həvalə edilmişdir ki, imkan daxilində onu icra etsinlər.”[7]

Burada sual yaranır: Bu nəzəriyyəyə əsasən – gördüyümüz kimi – bəzi hallarda ilahi cəza qanunları nə üçün icra olunmur, yaxud oğrunun əli kəsilmir?! Bunun da iki dəlili ola bilər:

a) Oğurluq cəzasının icrası üçün rəvayətlərdə və onun ardınca da fiqhi kitablarda müxtəlif şərtlər bəyan olunmuşdur. O şərtlər həyata keçməyincə oğruya cəza verilmir. O da aşağıdakılardan ibarətdir: Həddi-buluğa çatmaq, ağıllı olmaq (dəli olmamaq), ixtiyar üzündən oğurluq etmək (bir kəs onu oğurluğa məcbur etməsin), oğurluğa naçar olmamaq, oğru müəyyən bir şeyi hasarı olan yerdən oğurlamış olsun ki, onu özü sındırmış, yaxud cırmış və ya yırtmış olsun. Habelə, özü, yaxud başqasının köməyi ilə onu öz yerindən oğurlasın.....[8]

Qeyd olunan şərtlərə diqqət yetirməklə həddi-buluğa çatmayan, yaxud dəli, yaxud başqası tərəfindən oğurluğa məcbur edilən bir şəxs, yaxud naçarlıq (çarəsizlik) üzündən oğurluq edən, yaxud müəyyən bir malı, başqa adam tərəfindən qapısı sındırılıb açılan yerdən oğurlamış olsa; məsələn, iki nəfər oğurluğa getsə, onlardan biri o şeyin qoyulduğu yeri, məsələn seyfi açsa, yaxud deşsə, digəri isə oradan oğurlasa, yaxud məsələn, bir şəxs malı qoyulduğu yerdən çıxartsa və başqası da oğurlasa, yaxud oğru, malı aparılmış şəxsin atası olsa, yaxud oğurluq məxfi şəkildə olmasa, və s. bu kimi hallarda oğrunun əli kəsilmir.[9]

b) Şiələr inanırlar ki, ilahi hökmlər məsləhət və məfsədələrə (fəsad) əsasən verilir. Yəni fiqh termini ilə desək, hökmlər məfsədə və məsləhətlərə tabedir.[10]Amma bəzi hallarda vacib hökmün icrasında müəyyən fəsad, yaxud haram işin yerinə yetirməsində daha mühüm və güclü məsləhət ola bilər ki, bunun qorunub saxlanması üçün gərək bu vacibdən əl çəkilsin və ya o harama mürtəkib olunsun.

Bu barədə İslam tarixində baş verən nümunələrin bir neçəsini qeyd edirik:

a) Məsədə ibni Sədəqə deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan soruşdular: “Camaatın etiqadı budur ki, Əli (əleyhis-salam) Kufə minbərində buyurmuşdu: “Ey camaat! Sizi mənə nalayıq sözlər deməyə vadar edirlər, (məcburiyyət qarşısında, təqiyyə şəraitində) mənə nalayıq sözlər deyin. Sonra məndən bezarlıq (nifrət) etməyə çağırırlar, məndən bezarlıq etməyin!” İmam Sadiq (əleyhis-salam) buyurdu: “Camaat Əli (əleyhis-salam)-ın adından nə qədər yalan deyirlər!... Əli buyurmuşdu ki, “Sizi mənə qarşı nalayıq sözlər deməyə çağırırlar, mənə nalayıq sözlər deyin. Sonra məndən bezarlıq etməyə dəvət edirlər. Mən Məhəmmədin dinindəyəm!” O həzrət “məndən bezarlıq etməyin” buyurmadı.

Soruşan şəxs dedi: “Əgər ölümü qəbul edərək bezarlıq etməsə, vəziyyət necədir?”

Həzrət buyurdu: “Allaha and olsun ki, o, buna vəzifəli deyildir. Onun vəzifəsi həmin şeydir ki, Əmmar ibni Yasir etmişdi – o zaman ki, Məkkə kafirləri onu Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bezarlıq etməyə məcbur etmişdilər. Lakin onun qəlbi imanla dolu idi. Allah-taala da onun barəsində bu ayəni nazil etdi: “Yalnız məcbur olanlardan, amma qəlbləri imanla dolu olanlardan başqa.”[11] Sonra Peyğəmbər ona buyurdu: “Ey Əmmar! Əgər yenidən məcbur etsələr, sən də belə etsən (dilinlə dindən bezarlıq etsən), Allah-taala sənin üzrünü nazil edərək göstəriş vermişdir ki, onlar təkrar etsələr, sən də təkrar et.”[12]

b) Hüdeybiyyədə (Məkkənin yaxınlığında yerləşən quyuların adıdır) Süheyl ibni Əmr (o, kafirlərin böyük şəxsiyyətlərdən biri idi) Qüreyşin tərəfindən Peyğəmbərin yanına gələrək sülh təklifi etdi. Peyğəmbərə də vəhy olundu ki, sülh təklifini qəbul etsin. Sonra Əli (əleyhis-salam)-a əmr etdi ki, sülh müqaviləsini “Bismillahir-Rəhmanir-Rəhim”lə yazıb tənzim etsin. Süheyl ibni Əmr dedi: “Ey Məhəmməd! Bu bizimlə sizin aranızda yazılan bir sülh müqaviləsidir. Sən onu elə bir ad ilə bağlayırsan ki, biz onu (Rəhman və Rəhim olan bir Allahı) tanımırıq. Belə yazın: “Bismikəllahummə” (yəni Pərvərdigara, Sənin adınla).

Peyğəmbər Əli (əleyhis-salam)-a buyurdu ki, yazdığını poz və Süheylin dediyi kimi – “Bismikəllahummə” yaz.

Əli (əleyhis-salam) dedi: “Ey Allahın Rəsulu! Əgər itaət sizə tabeçilikdə olmasaydı, “Bismillahir-Rəhmanir-Rəhim”i pozmazdım.”

Sonra onu pozaraq “Bismikəllahumə” yazdı. Peyğəmbər buyurdu: “Belə yaz: “Bu, Allahın Rəsulu Məhəmməd ilə Süheyl ibni Əmr arasında yazılan müqavilədir...”

Süheyl dedi: “Əgər bizimlə sizin aranızda yazılan bu müqavilənin (dediyin) bu şəkildə (Allahın Rəsulu kimi) yazıldığını qəbul etsək, sənin peyğəmbər olduğunu qəbul etmiş oluruq. Sənin peyğəmbərliyini müqavilədə qəbul etməyimlə dilimlə deməyim birdir. Sənin peyğəmbərliyini dildə qəbul etmədiyimiz üçün müqavilədə də gərək “Məhəmməd rəsulullah” yazılmasın. Bu adı poz və onun yerində belə yaz: “Bu, Məhəmməd ibni Əbdullahın müqavilə bağladığı şeydir.”

Əli (əleyhis-salam) dedi: “Allaha and olsun! O, həqiqətən Allahın göndərdiyi və rəsuludur, baxmayaraq ki, sənin burnunu (zillətlə) yerə sürtəcəkdir!”

Süheyl dedi: “Əgər sülhün bərqərar olmasını istəyirsənsə dediyim kimi, onun adını təklikdə yaz.”

Əli (əleyhis-salam) buyurdu: “Ey Süheyl, vay olsun sənə! Münaqişədən əl çək!”

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Ey Əli, onu poz.”

Əli (əleyhis-salam) dedi: “Ey Rəsuləllah! Mənim əllərim sənin nübüvvətini göstərən kəlməni silməyə tərəfə getmir (bu barədə əllərim mənə kömək etmir)!”

Həzrət buyurdu: “Mənim barmağımı o kəlmənin üstünə qoy, onu pozum.”

Əli (əleyhis-salam) o həzrətin barmağımı yazının həmin yerinə qoydu və həzrət “Rəsuləllah” kəlməsini sildi, sonra Əli (əleyhis-salam)-a buyurdu: “Tezliklə sən də belə bir hadisə ilə qarşılaşaqsan, sən çox ağır narahatlıqla, məcburi olaraq onu qəbul edəcəksən.” (Bununla Siffeyn müharibəsində xoşagəlməz həkəmiyyət hadisəsinə işarə edirdi. Belə ki, bu hadisədə tərəflər arasında müzakirə aparıldıqdan sonra müqavilə yazılanda Əli (əleyhis-salam) buyurdu: “Yazın ki, bu, Əmirəl-möminin Əli ibni Əbi Talib ilə Müaviyə ibni Əbi Süfyan arasında bir illik müqavilədir.” Bu zaman Əmr As dedi: “Öz adının ardınca “Əmirəl-möminin” kəlməsini poz, çünki sənin bizim üzərimizdə əmir olmağını qəbul etmirik!” Bundan sonra onların arasında mübahisə yarandı. Əli (əleyhis-salam) məcbur olaraq onu qəbul etdi. Bu zaman Peyğəmbərin “Hüdeybiyyə”də dediyi həmin sözləri xatırlatdı.)[13]

Sonra Əli (əleyhis-salam) sülh müqaviləsini yazıb sona çatdırdı.

v) Əmmar adlı ravi İmam Sadiq (əleyhis-salam)-dan Ramazan ayında camaat namazı şəkilində qılanın müstəhəb təravih namazı barəsində soruşduqda, həzrət buyurdu: “Əli (əleyhis-salam) Kufəyə daxil olanda İmam Həsənə buyurdu ki, camaata elan et, Ramazan ayında məsciddə təravih namazı camaat namazı şəkildə qılmasınlar.” İmam Həsən (əleyhis-salam) atasını əmrini camaata çatdırdı. Onun sözünü eşitdikdən sonra “vay Ömər, vay Ömər!” (yəni Ömərin sünnəti puça çıxdı) deyə fəryad etdilər. İmam Həsən camaatın fəryad səslərini Əli (əleyhis-salam)-a dedikdə həzrət buyurdu: “De ki, qılsınlar”.[14]

Diqqət yetirmək lazımdır ki, Əli (əleyhis-salam)-a nalayıq sözlər demək və ondan bezarlıq etmək qəti şəkildə haramdır, “Bismillahir-Rəhmanir-Rəhim” və “Muhəmmədun Rəsulullah” kəlməsinin haqq olması barəsində heç bir şəkk-şübhə yoxdur, amma daha mühüm məsləhət xatirinə həzrət Əli (əleyhis-salam) özü ondan bezarlıq edilməsinə icazə verir, Peyğəmbər də Hüdeybiyyə sülh müqaviləsində “Muhəmmədun Rəsulullah” kəlməsinin pozulmasına razılıq verir. Həmçinin müstəhəb təravih namazının camaat namazı kimi qılınması bidət və haram sayılsa da, bu işin qadağan edilməsinin ardınca yaranan fəsada diqqət yetirməklə həzrət bu əmrini geri götürür və əziz övladına buyurur ki, “get, camaata de, onu camaat namazı şəklində qılsınlar”, yəni bu bidəti davam etdirsinlər.

Hal-hazırda İslam düşmənlərinin islama və xüsusilə şiəliyə hərtərəfli hücumlarının nəzər yetirməklə bəzi cəza qanunları götürülür və icra edilmir. Hətta son zamanlar İslamı Şura məclisində qəbul olunan və Nigəhban şurası tərəfindən təsdiq edilən qanuna əsasən daşqalaq hökmü də İslam respublikasının qəbul olunmuş hökmlərindən götürülmüşdür. Bunu da həmin istiqamətdə görülən hökmlərdən hesab etmək olar.



[1] “Maidə” surəsi, ayə: 38: “Oğru kişi və oğru qadının – gördükləri əməlin cəzası olaraq əllərini kəsin!”

[2] Mühəddis Nuri, “Müstədrəkül-vəsail”, 18-ci cild, səh. 125, “Alul-Beyt” müəssisəsi, Qum, 1408-ci hicri qəməri ili

[3] Şeyx Səduq (rəhmətullahi əleyh), “Mən la yəhzurluhul-fəqih”, 4-cü cild, səh. 71 və 72, “Camieye müdərrisin” nəşriyyatı, Qum, 1413-cü hicri qəmrəi ili

رَوَى سُلَیْمَانُ بْنُ دَاوُدَ الْمِنْقَرِیُّ عَنْ حَفْصِ بْنِ غِیَاثٍ قَالَ سَأَلْتُ‏ أبَا عَبْدِ اللَّهِ ع مَنْ یُقِیمُ الْحُدُودَ السُّلْطَانُ أَوِ الْقَاضِی فَقَالَ إِقَامَةُ الْحُدُودِ إِلَى مَنْ إِلَیْهِ الْحُکْم

[4] Hilli, Həsən, “Müntəhəl-mətləb fi təhqiqil-məzhəb”, səh. 994, “Məcməul-buhusil-islamiyyə” nəşriyyatı, Məşhəd, 1-ci çap, 1412-ci hicri qəməri ili

[5] Xonsari, Seyid Əhməd, “Camiul-mədarik fi şərhi Müxtəsərin-Nafe”, 5-ci cild, səh. 411, “İsmailiyan” müəssisəsinin nəşriyyatı, Qum, 2-ci çap, 1405-ci hicri-qəməri il; Tusi, Əbu Cəfər, “Ən-nihayətu fi mücərrədi-fiqhi və-fətava”, səh. 300-301, “Darul-kitabil-ərəbi” nəşriyyatı, Beyrut, Livan, 2-ci çap; “Əssərairul-havi li təhriril-fətavi”, 2-ci cild, səh. 24; Hilli, İbni İdris, Qum Elmiyyə hövzəsinin müddərislər heyətinə bağlı olan “İslami nəşriyyatın dəftərxanası”, 2-ci çap; Mühəqqiq Hilli, Nəcmudin, “Şəraiul-İslam fi məsailul-həlali vəl-həram”, 1-ci cild, səh. 312-313, “İsmailiyan” nəşriyyatı, Qum, 2-ci çap; Mühəqqiq Hilli, Nəcmuddin, “Nukətun-nihayə”, 2-ci cild, səh. 16, Qum Elmiyyə hövzəsinin müdərrislər heyətinin nəzdindəki islami intişarat, 1-ci çap; Şəhidi Sani, Zeynuddin, “Məsalikul-əhkam ila tənqihiş-şəraiil-İslam”, 3-cü cild, səh. 105; “Əl-məariful-islamiyyə” müəssisənin nəşri, Qum, 1-ci çap

[6] “Şəraiul-İslam fi məsailul-həlali vəl-həram”, 1-ci icld, səh. 312-313; “Məsalikul-əhkam ila tənqihiş-şəraiil-İslam”, 3-cü cild, səh. 105

[7] Şeyx Müfid, Məhəmməd ibni Məhəmməd, “Əl-müqniə”, səh. 810, “Şeyx Müfidin min illiyi ilə əlaqədar dünya konfransı”, Qum, 1-ci çap; Səllar, Həmzə, “Əl-mərasimul-Ələviyyə vəl-əhkamun-Nəbəviyyə”, səh. 261, “Hərəmeyn” nəşriyyatı, Qum, 1-ci çap

[8] Musəvi Xomeyni, Seyid Ruhullah, “Təhrirul-vəsilə”, 2-ci cild, səh. 482-483, “Darul-elm” müəssisəsi, Qum, 1-ci çap

[9] Yenə orada

[10] Bu mövzu ilə əlaqədar əlavə məlumat almaq üçün bu görünüşə baxa bilərsiniz: “İranda oğurluq cəzasının icra olunmaması”, nömrə 1967, saytın kodu 2070

[11] “Nəhl” surəsi, ayə: 106

[12] Kuleyni, “Kafi”, 2-ci cild , səh. 219, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci il

[13] Şeyx Mufid, “Əl-irşad fi mə’rəfi Hücəcillah ələl-ibad”, 1-ci cild, səh. 122, “Şeyx Mufid” konfransının nəşriyyatı, 1-ci çap, Qum

[14] Şeyx Tusi, “Təhzibul-əhkam”, 3-cü cild, səh. 70, hədis 30, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113208 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86252 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65148 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48600 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37000 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35791 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24670 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24007 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23910 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21919 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...