Ətraflı axtarış
Baxanların
5793
İnternetə qoyma tarixi: 2011/02/26
Sualın xülasəsi
Ənfal surəsində bəyan edilən bütün ənfalın (qənimətlərin ) Allah və Onun Rəsuluna aid olması ilə 41- ci ayədə bəyan edilən yalnız beşdə birinin Onlara aid olması ilə ziddiyyət təşkil etmirmi?
Sual
Ənfal surəsi heç bir istisna qqoymadan mütləq surətdə bütn qənimətləri (ənfalı) Allahın və Onun Rəsulunun hesab edir. Amma həmin surənin 41- ci ayəsində yalnız qənimətin beşdə birini onların hesab edir. Təbii olaraq yerdə qalan beşdə dörd döyüşçülərə aid edilir. Sizin nəzərinizə görə bu iki ayədən hansı düzgün olanla ziddiyyətlidir?
Qısa cavab

Məntiqi cəhətdən ənfalla qənimət eyni deyil. Bununla yanaşı vəhdət baxışı nöqtey- nəzərdən bütün varlıq aləmini Allaha aid etmək olar. Amma bəzi baxışlara əsasən bəzi maddi şeylər Allaha aid olması kəsilməmək şərti ilə insanların zahiri mülkiyyətinə aid edilir və bu bir- biri ilə ziddiyyət təşkil etmir.

Ətreaflı cavab

Zahiri cəhətdən bir- bir ilə zidd olan ayələr aşağıdakılardan ibarətdir:

A) “Səndən qənimətlər haqqında soruşsalar de: “Qənimətlər Allahın və Peyğəmbərinindir....”

«يَسْئَلُونَكَ عَنِ الْأَنْفالِ قُلِ الْأَنْفالُ لِلَّهِ وَ الرَّسُول‏...» [1]

B) Bilin ki. ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin və s – dir”

«وَ اعْلَمُوا أَنَّما غَنِمْتُمْ مِنْ شَيْ‏ءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَ لِلرَّسُولِ و...»[2]

Bu barədə belə deyilməlidir: Şiə təfsirçilərinə görə “ənfal”- la “qənimət” in arasında fərq vardır. Amma bununla yanaşı bir məsələni bəyan etməklə əmələ gələn anlaşılmazlığı aradan aparmaq olar.

Birinci vəhdətli baxışa əsasən, bütün varlıqlar yaradıcı olan Allaha məxsusdur.

Bu həqiqət Qurani- kərimin bir çox ayələrində insanlara bəyan edilmişdir:

1. “Yerlərdə və göylərdə olan hər şey Allaha aiddir.”

«لِلَّهِ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْض» [3]

2. Hər kəs Allaha aid olub və Ona doğru qayıdacaqdır.”

«إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُون» [4]

3. “De! Yerlərdə və göylərdə olanlar kimə məxsusdur? De! Allaha!”

«قُلْ لِمَنْ ما فِي السَّماواتِ وَ الْأَرْضِ قُلْ لِلَّه» [5]

Digər tərəfdən ikinci baxışa əsasən bəzi dünyada olan maddi şeylər insanlara aid edilir və müxtəlif hallarda ümumi şəkildə yaxud da xüsusi bölgülərlə bu mövzu bəyan edilmişdir.

O bir yerdə Özünü belə tərifləyir:

«هُوَ الَّذي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولاً فَامْشُوا في‏ مَناكِبِها وَ كُلُوا مِنْ رِزْقِهِ وَ إِلَيْهِ النُّشُور»

“Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin və ruzisindən yeyin. Axır dönüş də Onadır.”[6]

Xüms[7], irs[8], malikiyyət[9] və s kimi hallarda Allah təala insanları bəzi maddi varlıqların maliki hesab etmişdir. Təbii olaraq bu iki fərqli baxışlara əsasən malikiyyət  arasında fərq tapmaq mümkün deyil. Quran da bu iki malikiyyətə çox gözəl şəkildə belə işarə vurmuşdur:

«وَ سَخَّرَ لَكُمْ ما فِي السَّماواتِ وَ ما فِي الْأَرْضِ جَميعاً مِنْهُ إِنَّ في‏ ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُون»

”Göylərdə və yerdə nə varsa hamısını Öz tərəfindən sizin ixtiyarınızda qoyan da Odur. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.”[10]

Yuxarıda qeyd edilənlərə əsasən və hətta “ənfal” və “qənimət” sözlərinin mənalarının eyni olduğu halda belə Allah təalanın beşdə dörd qənimətləri döyüşçülərinin ixtiyarına qoyması Allahın mübahisəsiz malikiyyətidir və onların malik olması həqiqətdə Allahın malikiyyətindən heç bir şey azaltmır.

 


[1] - Ənfal surəsi, ayə 1.

[2] - Ənfal surəsi, ayə 41.

[3] - Bəqərə surəsi, ayə 284. Al- İmran 109 və 129. Nisa surəsi ayə 126 və s.

[4] - Bəqərə surəsi, ayə 156.

[5] - Ənam surəsi, ayə 12.

[6] - Mülk surəsi, ayə 15.

[7] - Ənfal surəsi, ayə 41.Nisa surəsi, ayə 11- 12.

[8] - Nisa surəsi, ayə 11- 12.

[9] - Yasin, ayə 71

[10] - Casiyə surəsi, ayə 13.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    116658 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    89389 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    68340 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    52093 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    44711 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37043 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25975 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25304 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24651 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    23094 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...