Ətraflı axtarış
Baxanların
3220
İnternetə qoyma tarixi: 2011/10/22
Sualın xülasəsi
İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
Sual
İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
Qısa cavab

İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi təkamül yolunda daha artıq səy göstərməli və daim ehtiyatlı olmalıdırlar ki, Allah etməmiş, nalayiq əməllərlə, yaramaz işlərlə o həzrəti özlərindən narahat və narazı etməsinlər.

İmam Zaman (əleyhis-salam) nəinki insanlara, hətta bütün varlıqlara qarşı belə, həddindən artıq mehriban, ürəyi yanan insandır. Çünki imamların proqram və hədəfləri eynilə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in hədəf və proqramlarından ibarətdir. Qurani-məcid Peyğəmbərimiz barəsində buyurur:

لَقَدْ جَاءَکُمْ رَسُولٌ مِنْ أَنْفُسِکُمْ عَزیزٌ عَلَیْهِ مَا عَنِتُّمْ حَریصٌ عَلَیْکُمْ بِالْمُؤْمِنینَ رَؤُفٌ رَحیمٌ

“Şübhəsiz, özünüzdən olan bir Peyğəmbər sizə doğru gəlmişdir, sizə əzab-əziyyət verən şeylər ona ağırdır, sizin (mənəvi təkamülünüz və xeyirxahlığınız) üçün çox hərisdir, və o möminlərə qarşı mehriban və rəufdur.” [1]

İmam Zaman (əleyhis-salam)-ın mehribanlığına diqqət yetirməklə bilməliyik ki, o həzrət bizdən çox ağır və çətin işləri təvəqqe etmir. O həzrətin mehriban qəlbinin bizdən razı olmasına səbəb olan şey – məhz Allahın vacib buyurduğu işləri yerinə yetirib haram etdiyi işləri tərk etməkdən ibarətdir. Buna əsasən, əgər bir şəxs Allah-taalanın buyurduğu göstərişlərə, qayda-qanunlara düzgün şəkildə riayət və vəzifələrə əməl etsə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) ondan razı olacaqdır. Bu barədə İmam Sadiq (əleyhis-salam)-dan belə bir rəvayət nəql olunmuşdur:

اَنَّ رَجُلاً قَالَ لِلصَّادِقِ (ع) یَا ابْنَ رَسُولَ اللهِ فِیمَ الْمُرُوءَةُ فَقَالَ: "أَلاَّ یَرَاکَ حَیْثُ نَهَاکَ وَ لاَ یَفْقُدَکَ مِنْ حَیْثُ أَمَرَکَ

Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan “mürüvvət – mərdanəlik, alicənablıq nədədir?” – deyə soruşdu, həzrət buyurdu: “Allah-taala səni nəhy etdiyi (məsiyət, günah) işdə görməsin və əmr etdiyi yerlərdə sənin yerini boş görməsin.” [2]

رَوَى الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ سَعْدِ بْنِ أَبِی خَلَفٍ عَنْ أَبِی الْحَسَنِ مُوسَى بْنِ جَعْفَرٍ (ع) أَنَّهُ قَالَ: "لِبَعْضِ وُلْدِهِ یَا بُنَیَّ إِیَّاکَ أَنْ یَرَاکَ اللَّهُ عَزَّ وَ جَلَّ فِی مَعْصِیَةٍ نَهَاکَ عَنْهَا وَ إِیَّاکَ أَنْ یَفْقِدَکَ اللَّهُ تَعَالَى عِنْدَ طَاعَةٍ أَمَرَکَ بِهَا

Həzrət Musa ibni Cəfər (əleyhiməs-salam) öz övladlarından bəzilərinə belə tövsiyə etmişdi: “Ey oğlum! Ehtiyatlı ol ki, Allah-taala səni nəhy (qadağan) etdiyi bir (məsiyət, günah) işdə görməsin; Allah səni, yerinə yetirməyə əmr etdiyi itaətdə (yerini boş) görməsin.”

Amma namaz, oruc, hicab, xüms, zəkat və s. vacib əməl və vəzifələri yerinə yetirməyən, haram işlərdən çəkinməyənlərə gəldikdə isə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) onlardan narazıdır – hətta ziyarətə getmək, İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq etmək, “Cəmkəran” məscidinə getmək və s. müstəhəb əməllərdə fəal şəkildə iştirak etsə də belə.

Bu məqalədə xülasə şəkildə deyə bilərik ki, İmam Zaman (əleyhis-salam)-ın razılığı Allahın razılığında, Allahın razılığı da ilahi göstərişlərə əməl etməkdədir. Bu da vacib əməlləri yerinə yetirmək, haram işləri tərk etməkdən ibarətdir. Çünki İmam Zaman (əleyhis-salam) özü müqəddəs islam şəriətlərinin göstəriş və hökmlərinə mükəlləf və dini dəyərlərinin qoruqçudur.

Bu barədə əlavə məlumat almaq üçün bu görünüşə baxın: “Allah tərəfindən necə sevilə bilərik?” – Sual 7333(7481)



[1] “Tövbə” surəsi, ayə: 128

[2]   “Fiqhhur-Riza (əleyhis-salam)”, səh. 358

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslam və imanın şərtləri nədir?
    9869 Nizamlar hüquq və əhkam
    İman və islam müəyyən dərəcələrə malikdir.. Birinci dərəcə islamdır. Şəhadəteyni yəni, “ La İlahə İlləllah və əşhədu ənnə Məhəmmədən Rəsulullah”«اشهد أن لا اله الا الله" و اشهد أنّ محمداً رسول الله»deyən hər bir insan müsəlman hesab olunur və islam əhkamı ona aid edilir. Bədəni pak ...
  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    3295 Nizamlar hüquq və əhkam
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • “Tövbə” surəsinin 43-cü və ya “Təhrim” surənin 1-ci ayəsi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in ismətsiz olduğuna (hər növ günah və xatadan uzaq olmamasına) dəlalət edirmi?
    6639 Təfsir
    “Tövbə” surəsinin 43-cü ayəsinin izahında ətraflı cavabda qeyd olunanları mütaliə edin. “Təhrim” surəsinin 1-ci ayəsində də şəri təhrim (qadağa) yoxdur. “Nə üçün özünə haram edirsən” cümləsi məzəmmət məqamında deyil, əksinə Peyğəmbərə qarşı bir növ şəfqət və ürəyiyananlıqdır. Çünki o, and içməklə özünü həmin nemətdən və halal işdən ...
  • Qurani-kərimdə Peyğəmbər səhabələrinin mədh və tərifi ilə əlaqədar mövcud olan çoxlu ayələrə diqqət yetirməklə nə üçün şiələr bəzi səhabələri məzəmmət edirlər?
    5268 Qədim kəlam
    Şübhəsiz, sizin istinad etdiyiniz ayələr, habelə bunlardan başqa ayələr də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həqiqi tabeçiləri və səhabələrinin tərifində nazil olmuşdur. Amma həmin ayələrin özünə və Quranının başqa ayələrinə diqqət yetirməklə görürük ki, bəzi ayələr səhabələri məzəmmət edir. Eləcə də keçmiş peyğəmbərlərin tarixini tədqiq etməklə bu gerçəkliyi başa düşürük ...
  • İstimna ilə izdivacın fərqi nədir?
    15536 Əhkam və hüquq fəlsəfəsi
    İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim ...
  • Нәјә ҝөрә дүнјанын заһиринә вә маддијјата мејл Ахирәтә вә мәнәвијјата мејлдән даһа ҝүҹлүдүр?
    4888 Nəzəri əxlaq
    Тәбиәт аләминдә үзү ашағы һәрәкәт үзү јухары һәрәкәтдән асан олдуғу кими мәнәвијјат аләминдә дә мәнәви вә әхлаги һәрәкәт мадијјата тәрәф үзү ашағы һәрәкәтдән чәтиндир. Гуранда мәнәвијјата тәрәф һәрәкәт чох чәтин вә чалышмаглыгла јанашы танытдырылыр. Аллаһ-таала Иншигаг сурәсинин 6-ҹы ајәсиндә бујрур: ”Еј инсан! Сән ...
  • Alimlərin nəzərincə siqaret çəkmək haramdırmı?
    8367 Nizamlar hüquq və əhkam
    İslam dini insan sağlamlığına zərər vuran bütün yeyinti və içki məmulatlarını, habelə zərərli şeylərin istifadəsini qadağan etmişdir. Belə ki, zərərli olan şey daha təkidlə qadağan, zərərvermə baxımından üstün dərəcədə olanlar isə haram edilmişdir. Mərhum İmam Xomeyni (r. ə.) buyurmuşdur: "İnsana zərər verən şeylərin yeyilməsi haramdır."
  • Məsum kəlməsinin xarici mənası nədir?
    6111 عصمت
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    2152 آفرینش انسان و جهان
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Вилајәти-фәгиһ мәсәләсиндә, мәнсуб етмәк вә сечилмәк нәзәријјләринин һансы
    3589 Nizamlar (Qurluşlar)
    Бәзиләри ислам һөкумәти мәсәләсиндә әтрафында, вилајәти-фәгиһ мөвзусунда мүхтәлиф нәзәријјәләр вермәјә чалышмыш вә белә тәсәввүр јаратмаг истәмишләр ки вилајәти-фәгиһ нәзәријјәси өзү ики гисмә, “сечмәк нәзәријјәси” вә “мәнсуб етмәк нәзәријјәсинә” бөлүнүр. Лакин, кечмиш бәһсләрдән даһи шиә фәгиһләринин нәзәријјәси нишан верди ки вилајәти-фәгиһ нәзәријјәсиндә јалныз, мәсум ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114366 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87272 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    66173 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49846 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    39226 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36336 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25148 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24467 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24123 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22181 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...