Ətraflı axtarış
Baxanların
3330
İnternetə qoyma tarixi: 2011/05/31
Sualın xülasəsi
Nəyə görə fiqhi cəhətdən həddin icrası hakimin öhdəsindədir?
Sual
Nəyə görə fiqhi cəhətdən həddin icrası hakimin öhdəsindədir?
Qısa cavab
Bəşər cəmiyyətlərinin ürfündə cinayətkarların cəzalanması hökumətlərin ixtiyarındadır və hökumətdən başqa kimsə hədd icrasını öhdəsinə ala bilməz. Belə bir əsas İslam fiqhində də təkid və qəbul olunmuşdur. Müəslman fəqihləri cinayətkarların həddinin icrasını zəmanənin İmamamının (əleyhissalam) hüzuru dövründə Onun və ya İmam (əleyhissalam) tərəfindən təyin olunmuş şəxslərin ixtiyarında olduğunu qeyd edirlər. Amma, məsum İmamın (əleyhissalam) qeybdə olduğu dövrdə belə hüdudların icrası bütün şəraitə malik olan müctehidlərin öhdəsindədir. Çünki, onlar məsum İmamın (əleyhissalam) naibləridirlər. Ayələr və rəvayətlərdə müsəlmanlara xitab olunmuş hədlərin icrası əmri isə tək-tək hər bir müsəlmana aid deyildir. Bəlkə də bu göstəriş ümumi olaraq, müsəlman cəmiyyətinə müraciətdir. İslam hakiminin hədd və hüdudların icrasında ən üstün olması dəlillərini isə aşağadakı ünvanda qeyd etmək olar:
1) Məsum İmamların (əleyhimussalam) adət və qanunları; 2) rəvayətlər; 3) Cəmiyyətin əmin-amanlığını hifz etmək; 4) Müsəlsmanların icması; 5) mövzunun xüsusi olması;
 
Ətreaflı cavab
Hədd; elə bir cəzadır ki, ölçüsü və miqdarı Quran və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) buyurduğu qanunlar əsasında təyin olunmuşdur. Məsələn, zinakara yüz şallağ vurulması qanunu.[1]İnzibati cəza odur ki, onun cəzasının təyin olunması şəri hakimin öhdəsindədir. Hədlər və inzibati cəzalar elə cəzalardır ki, İslam qanunlarından kənara çıxanlardan ötrü təyin olunmuşdur. O da İslam hökmlərinin cəmiyyətdə icrasına zəmənət verir. Qeyri-İslami höküumətlərdə də qanunların icrasının zəmanəti öhdəsinə alır.
İslamda şəri həddlərin icra olunmasına çox təkid olunmuşdur. O cümlədən rəvayətdə gəlib ki, bir həddin icrasının savabı qırx gün ( və ya gecə-gündüz) yağan yağışın təsirindən faydılıdır. Əlbəttə, çox təkid olunmuşdur ki, hər bir həddin və cəzanın icrası çox diqqət və yəqinlik əsasında olmalıdır.[2]
Həddlər və cəzaların cinayətkarlar üzərində hökmlərin icrası bu mənadadır ki, onlar məhkum olduqdan sonra hakimiyyət onların canlarında və mallarında qüdrət sahibi kimi çıxış edir. Bu da əsl əvvəldə heç kəsin digəri üzərindən hakimiyyət və qüdrətinin olmaması qanununa ziddir. Ona görə də belə bir haqqın kiminsə üzərində tətbiq olunmasından ötrü ayələr və rəvayətlərdən ibarət dəqiq və möhkəm dəlillərə ehtiyac vardır.  İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) Allah dərgahında ən yüksək məqamı olduğuna görə belə bir qəzavət, hökm etmək, hökmü icra etmək haqqı və məqamı ilk növbədə onlara məxsusdur. Amma, belə bir məqamın Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamlardan (əleyhimussalam) başqası üçün isbat etmək çox çətin və şəkkdə olan bir məsələdir. Əsl budur ki, onların belə bir məqam və haqqları yoxdur. Yalnız möhkəm dəlil əsasında bu mövzunu onlar üçün isbat etmək olar. Yəni, onların izni və icazəsi ilə bu məqamı digərlərinə aid etmək olar. Belə bir məsələyə də diqqət etmək lazımdır ki, əgər məsum İmamdan (əleyhissalam) xüsusi olaraq, hər hansı bir fərdə izn verməsi və ya məsum İmamın (əleyhissalam) özünə əl çatmayan halda (məsələn, İmamın qeybdə olduğu zamanı) belə bir məqam və izn ümumi olaraq, bütün şəraitə malik olan müctehidin üzərinə düşür. Bu da həmin cəmiyyətdə müsəlman ölkəsinin əmin-amanlığın və nəzminin qorunmasından ötrüdür.[3]  Mərhum Şeyx Mufid şəri həddəlrin məsum İmamlara (əlyehimussalam) məxsus olması haqqında aşağadakı məzmunda məsələni  təqdim edir:
“Hədd və cəzaların icra olunması Allah tərəfindən müsəlmanlara təyin olunmuş hakimin ixtiyarındadır. Onlar da İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) sonra O Həzrətin nəslindən olan məsum İmamlardır (əleyhimussalam). Həmçinin, Onların şəri qəzavət işlərinə təyin etdikləri hər bir kəs və imkan həddində belə işlərin yerinə yetirilməsi şiə fəqih alimlərinin öhdəsinə qoyulmasındadır.”[4]
Və Həfs ibn Ğiyasın hədisində bu haqda belə nəql olur: “ Mən İmam Sadiqdən (əleyhissalam) soruşdum: Müsəlmanlar içində kimi hədd və hüdudu icra etmək haqqı var: Hakim yaxud qazi?  İmam (əleyhissalam) buyurdu: “Hökumət hər kəsin əlindədirsa onun haqqı var.”[5]
Həmçinin, Əşəsiyyat kitabında yenə İmam Sadiqdən (əleyhissalam) belə hədsi nəql olunur: Qəzavət hökmü, hədd və hüdudun icrası, Cümə namazının əsas iqaməsi yalnız məsum İmamın (əleyhissalam) hüzuri ilə şəri haqq qazanır.”[6]
Bütün bu rəvayət və dəlillərdən məlum olur ki, cəmiyyətdə hədd və hüdudların icrası ilk növbədə məsum İmamlara (əleyhimussalam) məxsus haqdır. [7]
Başqa sözlə desək, Qurani-Kərimdə olunan bu cur bəyanlar: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun.”[8] – “Oğru kişi oğru qadının əlləri kəsin..”[9]kimi xitablar mütləq şəkildə ümumi olmasına baxmayaraq, cəmiyyətin bütün üzvlərinin hökmü icra etməsində səlahiyyəti və haqqı olmasına dəlalət etmir. Yəni, cəmiyyətin bütün fərdlərinə vacib deyil ki, hökmün icrasını öhdəsinə alsın. Hökmün icrasının tələb olunması bütün cəmiyyət üzvlərinin haqqı olmasını bildirməklə yanaşı hökmün icrası yalnız, İslam hökmumətinin haqqı və onun təyin etdiyi səlahiyyətli qazilərin hödəsindədir. Yoxsa, cəmiyyətdə hər-mərclik və özbaşnalıq baş alıb gedər.
Şəri hökmlərin icrasının İslam hökumətnin öhdəsində olmasının dəlilləri bundan ibarətdir:
A) Cəmiyyətdə nəzm-intizamın hifz olunması; Əgər şəri həddlərin və cəzaların ixtiyarını cəmiyyətdə bütün insanların özlərinə tapşırılsa, bu zaman cəmiyyətdə hərc-mərc və özbaşnalıq baş alıb gedər, əmniyyət xətərə düşər, namus-qeyrət aradan gedər, qan tökülər və digər ictimai fitnə-fəsada düçar olar. Ona görə də bu qəbildən olan işlər birbaşa hökumətin və onaların icazə verdiyi xüsusi məqamların ixtiyarındadır.
B) Mövzu ixtisas üzrədir; Cinayətin isbatı, hökmün verilməsi və onun düzgün icra olunması heç də asan bir mövzu deyildir. Bu mövzuda xüsusi ixtisasa malik olmaq lazımdır. Xüsusilə bu elə bir mövzudur ki, insanların abır və həyalarının girovunda qərar tutmuşdur.
C) İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qoyduğu qanun və qaydalar; İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zamanında yaşayan müsəlmanları zamanında və Ondan sonrakı zamanlarda İslam hakimlərinin yolu bu olub ki, günahkarlar və cinayətkarların cəzalandırılması İslam hökumətinin, qəzavət məqamlarına və qaziləra aid olur. Heç bir şəxs hökumətin icazəsi olmadan belə bir işə girməyə ixtiyarlara olmayıb. Tarix boyu da İslam aləmində belə qanun hifz olunub.
D) hədislər; bu mövzuda məsum İmamlardan (əleyhimussalam) gəlmişdir ki, onlardan bəzilərinə əvvəldə işarə etmişdik.
H) İcma; bir dəstə fəqihlərin sözlərində[10] bu mövzuda ümumi müsəlmanların birgə fikrdə olması açıqlanır. Bu məsələ heç də şiə aləminə aid deyil. Sünnü alimlərinin də bu mövzuda ittifaq nəzəri vardır. Nümunə üçün Fiqhus-sünnə kitabının müəllifi belə yazır:” Bütün fəqihlərin birgə nəzəri budur ki, cəmiyyətdə yalnız İslam hakiminin və ya onun naibinin ixtiyarı var ki, ölkədə şəri hədd və cəzaları  icra etsinlər. Adi insanları belə bir işdə özlərindən  ixtiyar və səlahiyyətləri yoxdur.Təhavi Müslim ibn Yəsardan belə nəql edir ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) səhabəsindən biri dedi: zəkat, hüdud, artıq beytulmal, cümə namazı ölkəsnin hakimi ilədir. Sonra qeyd etdi ki, bu mövzuda səhabələr arasında heç bir ixtilaf yoxdur.”[11]
 

[1]Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun.” (Nur surəsi 2)
[2] Xumeyni, Seyyid Ruhullah Musəvi, Tozihul-məsail,  (İmam Xumeyni – haşiyəli kitabı) c.2; səh.815; Dəftər intişarat İslami, Qum, 1424 h.qəməri
[3] Daha çox mütaliə üçün; Vilayət fəqihin şəri hökmləri icra etmək üçün şəri dəlilləri və vilayəti-fəqihin Allah-Taala tərəfindən təyin olunması nəzəriyyəsi; sual: 9957; Vilayəti-fəqihin İslam Peyğəmbəri (səlləlahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) vilayəti ilə nisbəti; sual-9294;(sayt 9467) Həmçinin, Xalxali, Seyyid Məhəmməd Məhdi, Əl-Hakimiyyətu fil İslam; səh.459; Məcəməi əndişeyi İslami; Qum, birinci çap, 1425 h.qəməri
[4] Amuli Məhəmməd Həsən, Vəsail şiə, c.18; səh.338; hədis-2; Müəssiseyi Alul-Beyt; Qum, 1408 h.qəməri
[5] Vəsail şiə, c.18; səh.338; hədis-1
[6] Mühəddis Nuri, Müstədrəkül-vəsail, Rəhli çapı, c.3; səh.220; hədis-1; Müəssiseyi Alul-Beyt; Qum, 1408 h.qəməri
[7] Xalxali, Seyyid Məhəmməd Məhdi, Əl-Hakimiyyətu fil İslam; səh.433
[8] Nur surəsi -2
[9] Maidə surəsi 38
[10] Nəcəfi Məhəmməd Həsən, Cəvahürul-Kəlam, c.21; səh.386; Daru-əhyau turasi ərəbi, Beyrut, BiTa
[11] Fiqhus-sünnə, c.2; səh.362; nəql olunur, Xalxali, Seyyid Məhəmməd Məhdi, İslamda hakimiyyət və ya vilayət fəqih, tərcüməçi, Cəfər Əl-hadi,səh.115-118; Dəftər intişarat İslami, Qum, birinci çap, 1422 h.qəməri
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslamın oğlan-qız arasında sağlam rabitə ilə əlaqədar hökmü nədir?
    14892 Nizamlar hüquq və əhkam
    İslam nəzərindən qadınla kişi bir-birini təkmil edən iki varlıqdır. Mehriban Allah da onları bir-biri üçün xəlq etmişdir. Qadınla kişinin bir-birinə qarşılıqlı ehtiyaclarından biri cinsi ehtiyacın təmin olunmasıdır. Amma bu ehtiyacın təmin olunması müqəddəs İslam şəriətinın buyurduğu qayda-qanunlar və göstərişlər çərçivəsində olmalıdır ki, tərəflərin iffət və paklıq gövhərinə heç bir xəsarət ...
  • Həzrət Peyğəmbərin (s) vəfatından sonra o həzrətin qızı Fatimeyi Zəhranın (s) hansı çətinliklərlə qarçşılaşdı?
    4265 تاريخ بزرگان
    Həzrət Fatimənin (ə) Peyğəmbərin (s) vəfatından sonra hansı çətinliklərlə qarşılaşdığı barədə, çoxlu sözlər və rəvayətlər vardır. Bu mövzuda sizin diqqətinizi sünni məzhəbinin ən etibarlı kitabı səhih Buxaridən olan rəvayətə cəlb edirik. ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    4877 Qədim kəlam
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İnsan Allahın sevimlisi necə ola bilər?
    4835 Əməli əxlaq
    "Məhəbbət" "hubb" kəlməsindəndir və dostluq mənasınadır. Allahın bəndələrinə olan məhəbbəti ürfi mənanı daşımır. Çünki, ürfi məna nəfsin təsir altına düşməsidir ki, Allah ondan uzaqdır. Allahın bəndələrinə olan məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allah öz etdiyti işləri sevir. Yaratdıqları da onun etdiyi işin nəticəsi olduqlarına görə, onları da sevir. İlahi ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    7707 تاريخ بزرگان
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Nə üçün müsəlmanlar (şiələr) tövhid əhli olmaqla eyni zamanda daşın üzərinə, yaxud Kəbəyə doğru səcdə edirlər?
    6576 Qədim kəlam
    Müsəlmanlar (şiələr) tövhid əhlidir və yalnız yeganə Allahın müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadət əməllərində əncam verilən səcdənin xüsusi şərtləri vardır və o şərtlərə riayət etmək lazımdır. O cümlədən, insan səcdə zamanı üzü qibləyə – Kəbəyə doğru dayanmalı, öz alnını yerə və ya yerdən ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    3824 Qədim kəlam
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...
  • Dinin təbliği (qeyri müsəlman və başqalarının təlimi və onlara yol göstərmə) bütün müsəlmanlara vacibdirmi?
    4107 Əməli əxlaq
    İslam dinlərinin sonuncusu, ən kamili, dünyəvi və hamıya aid bir dindir. Ona görə də, bütün camaat hansı tayfa və millətdən olsalar da, onunla tanış olmalıdırlar. Bu insan düzəldən din ilə digər millətlərin tanış olmasının yeganə yolu, İslamın həqiqət, əmr, hökm və qaydalarını təbliğ etməkdir. ...
  • Çox şəkk edən şəklərinə etina etməli deyil dedikdə hər növ şəkk nəzərdə tutulur?
    6454 Nizamlar hüquq və əhkam
    "Çox şəkk edən üçün şəkk yoxdur" qaydasına əsasən kəsiruş- şəkk (çox şəkk edən adam) şəkkinə etina etməli deyil. Fəqihlərin əksərinin nəzərinə əsasən, bu qayda namazın özünə məxsus deyil, bəlkə onun dəstəmaz, qüsl və təyəmmüm kimi müqəddimələrinə də şamil olur, habelə həcc, alış veriş və etiqadlar kimi mürəkkəb ibadətlərədə ...
  • Дини сијасәтдән ајыран секулјаризм тәфәккүрү неҹә јараныб?
    5006 Təzə kəlam
    Гәрбдә интибаһ дөврүндән сонра христиан-килсә һакимијјәтинин јени јаранан елми-фикри ҹәрәјанларла чарпышдығы дөвр нәһајәт, динин сијасәтлә ајры олдуғу тәфәккүрү мејдана чыхартды. “Секулјаризм” фикри гәрб тәфәккүр дүнјасына мәнсубдур. Бунун да әсаслы сәбәбләри вардыр. Һәр һалда илаһи идејалары ашыламајан, ади ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    116436 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    89202 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    68132 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    51895 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    44166 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36988 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25942 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25247 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24598 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    22797 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...