Ətraflı axtarış
Baxanların
6312
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Aya mümkündür səmat duasının bəzi kəlmələrini; o cümlədən ismi əzəm, kərrubin, tisə ayat, tabuti şəhadət və... başqalarını mənim üçün açıqlayasınız?
Sual
Səlamun ələykum; aşağıda işarə olunmuş Səmat duasından bəzi hissələri mənim üçün çətinlik yaradır və bəzi cümlələrini dərk edə bilmirəm? Xahiş edirəm mənim üçün açıaqlayasınız. Sonuna kimi. «مَغالِقِ اَبْوابِ السَّماءِ لِلْفَتْحِ بِالرَّحْمَةِ انْفَتَحَتْ تا آخر. الْعَظيمِ الاْعْظَمِ الاْعَزِّ الاْجَلِّ الاْكْرَمِ الَّذي اِذا دُعيتَ بِهِ… اللّهُمَّ اِنّي اَسْأَلُكَ بِاسْمِكَ العظيم الاعظم. (في اَرْضِ مِصْرَ بِتِسْعِ)، (احساس الكروبين)؛ (فوق غمائم النور)؛ (تابوت الشهادة)؛ (عمود النور)؛ (جبل حورث(. معنای (مجدك)؛ (المقدسين)، (فوق آیات بینات)، (فی بیت ایل)، (لاِبْراهيمَ عَلَيْهِ السَّلامُ بِميثاقِكَ)، (تَجَلَّيْتَ بِهِ لِمُوسى كَليمِكَ)؛ (لاسحاق)، (في بئر شیع)، (وَ بِمَجْدِكَ الَّذي ظهر لموسیبْنِ عِمْرانَ عَلَيْهِ السَّلامُ عَلى قُبَّةِ الرُّمّانِ)، (بحلفک)، ( وَ بِنُورِ وَجْهِكَ الَّذي تَجَلَّيْتَ بِهِ لِلْجَبَلِ فَجَعَلْتَهُ دَكّاً وَ خَرَّ مُوسى صَعِقاً)، ( وَ بِمَجْدِكَ الَّذي ظَهَرَ عَلى طُورِ سَيْناءَ فَكَلَّمْتَ بِهِ عَبْدَكَ وَ رَسُولَكَ مُوسَى بْنَ عِمْرانَ)، (وَ بِطَلْعَتِكَ في ساعيرَ وَ ظُهُورِكَ في جَبَلِ فارانَ بِرَبَواتِ الْمُقَدَّسينَ)، (جُنُودِ الْمَلائِكَةِ الصّافّينَ وَ خُشُوعِ الْمَلائِكَةِ الْمُسَبِّحينَ)، (وَ بِبَرَكاتِكَ الَّتي بارَكْتَ فيها عَلى اِبْراهيمَ خَليلِكَ عَلَيْهِ السَّلامُ في اُمَّةِ مُحَمَّد صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ، وَ بارَكْتَ لاِسْحقَ صَفِيِّكَ في اُمَّةِ عيسى عَلَيْهِمَا السَّلامُ، وَ بارَكْتَ لِيَعْقُوبَ اِسْرائيلِكَ في اُمَّةِ مُوسى عَلَيْهِمَا السَّلامُ)» Xahiş edirik bu cümlə və kəlmələrin mənalarını açıqlayasınız.
Qısa cavab

"Səmat" və ya "Şəbbur" duası məşhur dualardandır ki, Allahın ismi əzəm adlarına şamil və yüksək irfani maarifə malikdir. Səmat duasının bəzi hissələri barəsində bunu demək olar ki, bu duada səy olmuşdur Allahı ismi əzəm, Peyğəmbər və müqəddəs məkanları ki, Allah Taala o yerlərdə öz Peyğəmbərləriylə söhbət etmiş və onlara vəhy nazil etmişdir,and verilib dua edilir. Bu duanın bir çox ibarətləri Qurandan götürülmüş və vəhy kəlmələrinə işarə olunmuşdur. Demək lazımdır, bir çox sözlər ki, Quran, vəhy və İmamların (ə) dilindən gəlmişdir; o cümlədən asiman, yer, iclaq, Məfatih, sirat, mizan və... onlardan məqsəd bir sıra həqiqətlər və mənalardır ki, o mənalardan hər birinə şamil olur ki, ətraflı cavabda onlara işarə olunacaqdır.

Ətreaflı cavab

Müqəddimə

"Səmat" və ya "Şəbbur" duası məşhur dualardandır ki, Allahın ismi əzəmi adlarına şamil və yüksək irfani maarifə malikdir.

Bu duanı Məhəmməd ibni Osman Əmri İmam Zamanın (əc) məxsus naiblərindən, İmam Baqir və İmam Sadiq (ə)- dan nəql etmişdir. Bu duanın bütün məqamlarına işarə etmək üçün, Səmat duasının şərhi adlı kitabın yazılmasına ehtiyac duyulur ki, burada ona işarə etməyə macal yoxdur və bizim də bu barədə işləməyə fürsətimiz yoxdur; bunun üçün də sizi bu duanın şərhi olunmuş kitablara müraciət etməniz məsləhət görülür.

Amma bu duanın bəzi məqamları barəsində xülasə olaraq bunu demək olar ki, İmamlar (ə) bu duada Allaha əzəm və əhsən adlarıyla və Peyğəmbər və onun dərgahına yaxın olan və müqəddəs məkanlara ki, o yerlərdə Peyğəmbərləriylə söhbət edib onlara vəhy nazil etmişdir, and verib dua edirlər ki, rəhmət qapısı onların üzünə açılsın və çətin işləri onlar üçün həll olsun.

Bunu da əlavə etmək lazımdır ki, bu mənaların çoxu Quran ayələrindən götürülmüş və İlahi vəhyə işarədir.

Bir çox sözlər ki, vəhy və məsum İmamların dilindən gəlmişdir; o cümlədən, asiman, yer, əclaq, məfatih, sirat, mizan və... onlardan məqsəd bir sıra həqiqətlər və mənalardır ki, o mənalardan hər birinə şamil olur; misal üçün mizan- dan məqsəd hər bir şey onunla ölçülür, istər tərəzi kimi və yaxud mənəvi şeylər  olsun, məntiq elmi kimi ki, düzgün düşüncə və səhv düşüncə onunla ölçülür; və yaxud Allahın ədaləti və haqq din ki, onunla batil və haqq əqidə, yaxşı əxlaq və pis əxlaq onunla ölçülür. Bu ayə kimi:

«اللَّهُ الَّذي أَنْزَلَ الْكِتابَ بِالْحَقِّ وَ الْميزانَ وَ ما يُدْريكَ لَعَلَّ السَّاعَةَ قَريبٌ» [1]

Allah o kəsdir ki, kitabı (Quranı) haqq nazil etdi və mizanı (haqq və batili və qiyamət xəbərini) sən nə bilirsən mümkündür o saat (qiyamətin bərpa olması) yaxın olsun.

Bu ayədə "Mizan" Quran[2] və yaxud dinin[3] sifətidir ki, İlahi maarif, haqq əqidə və İlahi hökmlərə şamil olmuşdur ki, düzgün yol və səadətin əsası kimi elan olunmuşdur. Bəzi ziyarətnamələrdə də yenə Əmirəl- möminindən (ə) "əməllərin mizanı" kimi gəlmişdir.[4]

Kəlmə və terminlərin tozihi (şərhi):

Əl- əəzzil əcəlil əkrəm:

Yəni İlahi səni kəramət cəhətindən ən böyük və ən əziz adla çağırıram. Duanın əvvəlində Allahın bu üç sifətini zikr edib onu əzəmətli bilmək onu açıqlayır ki, bu sifətlərin sahibi yəni Allah Taala hacətləri verən mehriban Allahdır.

Bəs heç bir kərimin kərəmi bona çatmaz; çünki o nemətlərdən o qədər verir ki, ondan başqa heç bir kəs bu qədər nemət verməyə malik deyil və hər bir nemət onun tərəfindəndir və yaxud o oxtira edib yaratmış və ya o nemətlərə çatmağın yolunu hazır etmişdir və rahat qərar vermişdir. Bunun üçün də burada əkrəm sifətdən məqsəd budur ki, bağışlanması hər kəsin bağışlanmasından üstündür; çünki hər bir kəs inana bir şey bağışlasa ixtiyarında olduğu zaman bağışlayır, amma Allah Taala hər bir halda onu bağışlayır və bundan əlavə başqalarının bağışlandığı da onun bağışladığı və əta etdiyi nemətlərdəndir.[5]

İsmi əzəm:

Allahın adları barəsində olan bəhslərdən biri də budur ki, hikmət, irfan və başqalarının[6] diqqətini özünə cəlb etmiş və onun barəsində ətraflı bəhs olunmuşdur ki, "Allahın ismi əzəm" adlarıdır. O sıra ariflərdən ki, ismi əzəm barəsində dəqiq və geniş şəkildə bəhs etmişdir İmam Xumeynidir. O ismi əzəmin qeybi həqiqəti barəsində deyir: İsmi əzəmi qeybi həqiqəti cəhətdən, Allahdan başqa heç bir kəs agah deyildir.

İmam Xumeyninin ismi əzəm barəsində olan başqa bəhslərindən biri də onların tələffüzü məqamındadır ki, onun barəsində deyir: İsmi əzəm kəlmə və ibarət cəhətindən həqiqətini yalnız riyazət əhli və elm sahibləri bilirlər ki, digər insanlar üçün naməlumdur. Böyük şəxsiyyətlər və ariflərin kitabında qeyd olunmuşlara əsasən ismi əzəm və onun kəlmələri səhih rəvayətlərdən və yaxud riyazət nəticəsində maddi dünyadan ayrıldıqları zaman onlar üçün kəşf olmuşdur. İsmi əzəmin əsl həqiqəti, kamil insandan təşkil olunmuşdur ki, bütün aləmlərdən Allahın xəlifəsi və o Məhəmməd (s)- ın həqiqətidir ki, onun varlığı İlahi məqamla birdir və ikinci dərəcəli həqiqətlər, bəlkə Allahın adları bu həqiqətlərdən təcəlli və aşkar olmuşdur; çünki sabit həqiqətlər Allahın adlarıyla müəyyən olmuş və Məhəmmədin (s) həqiqətinin sabit olması, özü Allahın ismi əzəm adlarındandır. Digər adlar, sifət və həqiqətlər onun digər hisslərindəndir. Bəs bütün aləmdə olan varlıqlar həzrəti Məhəmmədin (s) həqiqətindən təcəlli tapçış və aşkar olmuşdur.[7]

Məğaliq və məfatih:

Məcaliq o şeydir ki, onunla qanını bağlayırlar və məfatih o şeydir ki, onunla bağlı qanını açırlar. Məqsəd budur ki, ismi əzəmlə düzgün və çətinliklər açılıq həll olur. Burada da (asiman) səmadan, yerdən və onun qapıları, məfatih və məcaliq, o cür ki, müqəddimədə açıqlandı, yəni ümumi həqiqətlərdir.

Bu duada səmanın qapılarından və ya qapıların açılmasından məqsəd səxavəf və bağışlanmaqdır, rəhmət feyzi və bərəkətlərinin nazil olması üçün və ya yağışın göndərilıb duanın qəbul olması və yaxud duanın qəbul olması və göylərə ucalması kinayədir. Göyün qapılarının bağlı olması isə buna işarədir ki, rəhmətin nazil olmasının qarşısı alınır. Yerin qapılarının açılmasından məqsəd isə çətinliklər və çatışmamazlıqlardır.[8]

Bəs duanın ilk bir neçə cümləsi səni çağırıram və səni and verirəm, sənin o adlarına ki, onun sifət və böyüklüyü və o işlər ki, onun qələbə və böyüklüyü qarşısında bərabəri yoxdur. İsmi əzəm bütün xeyir və şərəfləri əhatə etmişdir, elə bir ad ki, hər an onunla nida olunsan və and verilsən, yerin qapılarının sıxlığı ki, bir çox çətinliklərdən ibarətdir ki, hər bir şəxs onunla qarşılaşır onun üçün o çətinliklər açılar.[9]

Bunun üçün də bu ibarətdə (asiman) səma, hiss olunmaz aləmdir nəin ki, maddi dünya.

Məcd:

Məcd şərəf və məqam mənasındadır və Macid daha şərəfli və kərim mənasını daşıyır; bu Allaha məxsus bir sifətdir; çünki cəlal adlardan sayılır.[10]

Məcd- dən məqsəd Allahın böyüklüyü nəzərdə tutulur. " بمجدک" mümkündür sənin böyüklüyünə təvəssül edənlər mənasında və ya (با) ba hərfi and vermək üçün istifadə olunmuşdur ki, mənası səni öz böyüklüyünə and verirəm olacaqdır.

Müqəddəsin və kərrubin:

Müqəddəsin və kərrubindən məqsəd Allah dərgahına yaxın olan mələklərdir.

Ərzi Misr bitisə ayat:

Bu ibarət cümlənin əvvəlində olan "kəlləmət" sözünə əlavə olunmuşdur; yəni and verirəm sənin əzəmətinə ki, Musayla Misir torpağında, o halda ki, möcüzə və heç bir əlamət onda yox idi danışdın. Duanın bu qisməti bu ayəyə:

«وَ أَدْخِلْ يَدَكَ في‏ جَيْبِكَ تَخْرُجْ بَيْضاءَ مِنْ غَيْرِ سُوءٍ في‏ تِسْعِ آياتٍ إِلى‏ فِرْعَوْنَ وَ قَوْمِهِ»

işarədir.[11]

Doqquz ayə ibarətdir.[12]

  1. " يد بيضاء" (əlin parıldaması)
  2. 2. Əsanın əjdaha olması,
  3. 3. Düşmənlər üçün şiddətli tufan,
  4. 4. " جراد" (çəyirtgələrin əkin sahəsi və ağacları əhatə etməsi),
  5. 5. " قمل" (bir növ bəladır ki, heyvanları nabud edirdi),
  6. 6. " ضفادع" (Nil çayından qurbağaların insanlara hücumu).
  7. 7. " دم" (burun qanına düçar olmaq və ya Nil çayının qan rəngində olması).
  8. 8. Quraqlıq və aclıq.
  9. 9. Dinizin iki yerə bölünməsi.

Xif məscidi:

Xif, üzü aşağı yerə eyilir ki, orada sel yaranır.[13] Minada Xif bu cür bir yerdə yerləşir. Mümkündür bunun üçün ona Xif məscidi deyirlər. İslam Peyğəmbəri (s) və min Peyğəmbər onda namaz qılmışdır.[14]

Ber şəyi və ya ber səbi:

Bir quyu idi ki, Allah Taala həzrət İshaq üçün təcəlli tapırdı və orada müqəddəs məkandır. Deyirlər: İbrahim (ə) o quyunu qazdı və Əba malik adlı bir şəxsə yeddi qoyun verdi ki, o quyunu qorusun; bunun üçün də o qoyunu "Səbə biir" adlandırdılar. Həzrət İshaq üçün Allah Taalanın təcəlli tapması bu yerdə idi ki, ona vəhy oldu Misirə tərəf hərəkət etməyib oranı yaşayış yeri təyin etməsin bəlkə o məmləkətə ki, mən deyirəm və sənin üçün sərvətli və bərəkətli bir yer qərar vermişəm, oraya get [15]...

Turi sina:

Turi Sina Şamda bir dağdır.

Rəbəvatil Müqəddəsin:

Yəni, yüksək və dağlıq yerlər ki, həzrət Musaya (ə) orada vəhy nazil olurdu.[16]

Cəbəli huris:

Cəbəli huris Şam torpaqlarında olan bir dağdır ki, İlk dəfə həzrət Musaya Allah tərəfindən xitab olunanda o dağda olmuşdur.

Əlbəttə

Bəziləri deyirlər Mədyəndə Şüeybin qövmünün şəhəridir ki, Təbukla üz- üzədir, Mədinəylə Şam arasında olan bir yerdir və orada bir quyu vardır ki, Musa Şüeybin qızları üçün onsan su çəkmişdir.[17]

Əmudun- nar:

Bu ibarət "əl- müqəddəsin" kəlməsinə əlavə olunmuş və " کلّمت" sözü üçün zərflik qərar tutmuşdur. Mənası isə budur ki, odun içində Musayla danışdın. Məqsəd o atəşdir ki, həzrət Musa Sina dağı ətrafında onu müşahidə etdi.

Allah- Taala Quranda onun dilindən xəbər verir ki, buyurdu:

«إِنِّي آنَسْتُ ناراً سَآتيكُمْ مِنْها بِخَبَرٍ أَوْ آتيكُمْ بِشِهابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُون»[18]

Musa öz ailəsinə dedi: Mən uzaqdan atəş gördüm, amma tezdir ondan sizin üçün bir xəbər və ya bir hissəsini gətirdim. Mümkündür ki, isinəsiniz.

Mümkündür atəşin əmud olmasından məqsəd, bir od olsun ki, gecələr onlarla olsun ki, işıq saçır və onun nuruyla yol tapırdılar.

Şəhadət tabutu:

Bir sandıq idi həzrət Yusif Sina dağından Huris dağına tərəf apardı ki, gündüzlər ağ bulud onun üzərinə kölgə salır və gecələr göyə ucalan nur və atəş parlayırdı.

Bəziləri deyirlər bir tabut idi ki, Allah Taala həzrət Musanın anası üçün göndərmişdir ki, Musanı onun içinə qoyub dənizə atsın. Mümkündür bir tabut olsun ki, Adəm Peyğəmbərdən son Peyğəmbərə kimi bütün Peyğəmbərlərin mirası onda olsun və hal hazırda İmam Zamanın (əc) ixtiyarındadır.[19]

Ğəmaimun- nur:

Ağ buluddur ki, həzrət Musa üçün bir çox yerlərdə aşkar olur və haqqın nuru onda öz əksini aşkar edirdi. Onlardan biri də Sina dağında idi ki, dağın üstündən İlahi sözləri o həzrət eşidir.[20]

Qubbətul əl- rumman:

Bir gümbəddir ki, həzrət Musa və Harun (ə) Allahın əmriylə (xəbaul-məhzərin arasında ki, şəhadət tabutunu onun üzərinə qoyurlar) düzəltdilər və...

Əlbəttə ondan məqsəd mümkündür ki, Qubbətul- zaman olsun ki, Beytul- muqəddəs nəzərdə tutulur ki, bu nəzəriyyənin düzgün olması mümkün deyildir; çünki həzrət Musanın (ə) vaxtında Beytul- Müqəddəs tikilməmişdi və zahiri tiklişi yox idi, sonralar idi ki, həzrət Davud və Süleymanın (ə) vasitəsiylə tikildi. Əllamə məclisi deyir: Qubbətul zamanı Musa və Harun (ə) Allahın əmriylə bir səhrada tikdilər və onların ibadət yerləri idi.[21]

Cəbəli faran:

Məkkə dağlarından olan bir dağdır ki, Peyəmbər orada münacat edərdi.[22]

Sairdə (dağ adı) Allahın şüası və faran dağında zühur etməsi o deməkdir ki: Vəhy, əmr və İlahi iradənin zühur etməsi, o cür ki, həzrət Musaya Sina dağında vəhy nazil oldu və həzrət İsaya Sairdə vəhy nazil oldi, İslam Peyğəmbərlərinə də Faran dağında vəhy nazil olmuşdur.

Beyti il:

Bir ev idi ki, həzrət Yəqub (ə) (dayısının yanına onun qızıyla evlənmək üçün getdiyi zaman) daşdan məscid və ibadət yeri olaraq tikdi nəin ki, yaşamaq üçün.[23]

Sair:

Bir dağdır ki, Allah Taala orada həzrət İsaya vəhy nazil etmişdir.

Məqami İbrahim:

Bir xəbərdir ki, Allah Taala həzrət İbrahimin qoca olduğu zaman ona İshaq və İshaqdan sonra Yəqub adlı övladlara sahib olacağını bildirir. İmam Sadiq (ə) buyurur: Bu misaqdan məqsəd: Məhəmməd (s) övladlarının İmamətidir ki, Allah onun vədəsini həzrəti İbrahimə vermişdir. Əbu Bəsir deyir:

İmam Sadiqdən (ə) Allahın bu kəlamı:

«وَ جَعَلَها كَلِمَةً باقِيَةً فِي عَقِبِهِ»[24]

barəsində ki, buyurmuşdur onu əbədi kəlmə qərar verməsi İbrahimin arxasınca, soruşdum, buyurdu: O İmamətdir ki, Allah İmam Hüseynin (ə) nəslində qərar vermişdir.[25] Bəziləri də deyirlər Misaqi İbrahim- dən məqsəd özünün və övladlarının Peyğəmbərlik təbliğidir tohid və haqq yola.[26]

Əlavə məlumat əldə etmək üçün, aşağıdakı kitablara müraciət edin:

  1. Şərhe duaye Səmat, Əsər Seyyid əli Qazi Təbatəbayi.
  2. Rəvayihu əl- səmat, Təlif seyyid həsən Mircəhani Təbatəbayi.
  3. Abe həyat dər duaye səmat. Əsər Mola Əbdul- Rəsul Mədəni Kaşani.
  4. Bəharul- ənvar, Əllamə Məclisi, cild 87, səh 101- 127.

 


[1] - Şura surəsi, ayə 17.

[2] - Hüseyni Həmədani, Seyyid Məhəmməd Hüseyn, Ənvari derəxşan, cild 15, səh 37. Təhqiq, Məhəmməd Baqir Behbudi, kitab furuşiye Lütfi, Tehran, birinci çap, 1404, hicri qəməri.

[3] - Təbatəbayi, Seyyid Məhəmməd Hüseyn, Əl- mizan, cild 18, səh 38- 39. Dəftəre intişarate İslami, Qum, beşinci çap, 1417 hicri qəməri.

[4] - Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 97, səh 287, əl- vəfa müəssisəsi. Beyrut 1404, hicri qəməri.

[5] - Bax: Məkarim, nNasir, Nümunə təfsiri; Təbərsi, Məcməul- bəya, ələq surəsinin üçüncü ayəsinin təfsiri.

[6] - Bax: Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl- mizan, tərcümə, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 8, səh 464, Dəftəre intişarate İslami, Qum 1374, hicri şəmsi.

[7] - Bax: İmam Xumeyni, Şərhe duaye səhər, səh 188- 201.

[8] - Mircəhani Təbatəbai, Seyyid həsən, Rəvayihi əl- nəsəmat dər şərhe duaye səmat səh 141. Sədr kitabxanası, Tehran ikinci çap, 1370.

[9] - Rəvayihu əl- nəsamət, səh 142.

[10] - Məcməul- bəhrəyn, cild 3, səh 143, məcd kəlməsi.

[11] - Nəml surəsi, ayə 12.

[12] - Bax: İsra surəsinin 101- ci ayəsinin təfsirlərinə, Nəml 12.

[13] - Xif dağı yüksəkliyindən aşağı olan yer və selin axar yerinə deyilir. Dehxoda lüğətnaməsi, "Xif" kəlməsi.

[14] - Kuleyni, Kafi cild 4, səh 59, hədis 4. Darul kitab əl İslamiyyə, Tehran 1365 hicri şəmsi.

[15] - Rəvayihu əl- nəsəmat, səh 394.

[16] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 87, səh 123.

[17] - Rəvayihu əl- nəsəmat, səh 348.

[18] - Nəml surəsi, ayə 8.

[19] - Bax: Rəvayihu əl- nəsəmat, səh 334- 337.

[20] - Həmin, səh 334.

[21] - Bax: Həmin səh 408- 420.

[22] - Məcməul- bəhrəyn, cild 6, səh 294,"fərn" kəlməsi.

[23] - Rəvayihu əl- nəsəmat, səh 399.

[24] - Məcməul- bəhrəyn, cild 3, səh 331, "Səir" kəlməsi.

[25] - Biharul- ənvar, cild 25, səh 260.

«عَنْ أَبِي بَصِيرٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ جَعَلَها كَلِمَةً باقِيَةً فِي عَقِبِهِ، قَالَ هِيَ الْإِمَامَةُ جَعَلَهَا اللَّهُ عَزَّ وَ جَلَّ فِي عَقِبِ الْحُسَيْنِ ع بَاقِيَةً إِلَى يَوْمِ الْقِيَامَةِ»

[26] - Mədəni Kaşani, Molla Əbdul rəsul, Təshih, mədəni Məhəmməd Hüseyn, səh 145, Bustane kitab, Qum, birinci çap, 1389 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111869 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85219 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64086 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47264 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34972 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34282 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24345 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23668 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23456 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21699 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...