Ətraflı axtarış
Baxanların
4478
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Cismani məadın baş verməsi üçün Yerdə yaşayan bütün insanların cisminə çatacaq qədər torpaq vardırmı?
Sual
Qiyamət günü insanların torpaq (maddi) cisminə qayıtması və cismani məadın baş verməsi üçün Yerdə yaşayan bütün insanların cisminə çatacaq qədər torpaq vardırmı?
Qısa cavab

Məad həm cismani, həm də ruhanidir. Cismani məad – bədənin əsl (birinci dərəcəli) hissələrinin bədənə qayıtmasıdır. Bu əsl hissələr bəzi rəvayət mənbələrində “tinət” kimi təbir olunur. Bu təriflə, rəvayətlərə uyğun olaraq bütün insanlar ölüb çürüdükdən sonra qalan şey tinət və ilkin hissələridir. Axirət aləminə gedən şey də məhz insanın həmin tinətidir. Deməli, cismani məadda Yer kürəsindən əlavə torpağa ehtiyac duyulmur ki, məhşər üçün bu torpaqların kifayət olub-olmamasından söhbət açılsın.

Ətreaflı cavab

Məad barəsində mövcud olan məsələlərin ən mühümü onun cismani, yoxsa ruhani olması ilə əlaqədardır. İslam filosofları və əqaid alimləri (teoloqlar) bu barədə üç nəzəriyyə irəli sürmüşlər:

1. Fəqət cismani məad (bu nəzəriyyədə ruh lətif və incə cisim hesab olunur);

2. Təkcə ruhani məad;

3. Hər ikisinə etiqad: Yəni qiyamətdə həm ruh, həm də bədən birlikdə məhşərə gələcəkdir, hiss olunan ləzzət və əzablardan əlavə, ruhi və əqli dərdlər və ləzzətlər də olacaqdır.

Məadın gerçəkləşməsi həm sırf əqli dəlillərlə sübuta yetir, həm də əqli və nəqli bühanların tərkibi ilə isbat olunur. Məadın ruhani, yoxsa cismani olması ilə əlaqədar böyük alimlərin aralarındakı ixtilaflar hər bir dəlildə mövcud olan iradlara görədir. Onların hamısını irəli çəkmək bu məqaləyə sığmaz. Məadin ruhani olmasında heç bir ixtilaf və söhbət yoxdur; ixtilaf yalnız məadın cismani (də) olmasında və onun necə baş verməsindədir. Ruhani məad isə Allahın ədalət, hikmət və rəhmətinin tələbidir.

Cismani məadın əsli də müxtəlif yollarla isbat olunmuşdur. Məsələn, Quranda və rəvayətlərdə axirət mükafatlarının bir qismi cüzi və hiss olunandır, bu da dünyəvi cismin qayıdacağına dəlalət edir.

Burada sual yaranır ki, cismani məad eynilə dünyadakı bu cismin bütün incəlikləri ilə birlikdə qayıtmasıdır, yoxsa onunla fərqli şəkildə qayıdacaqdır? Quranın təsdiqlədiyi məsələ eynilə bu dünyadakı cismin qayıtmasıdır. Bu barədə ən aşkar ayə həzrət İbrahim (əleyhis-salam)-ın ölüləri necə dirildəcəyini görməklə əlaqədar Allahdan istəyidir. Allah da ona göstərdi ki, dağılmış bədəni necə bir yerə toplayıb dirildir. Həzrət Üzeyir (əleyhis-salam)-ın hadisəsi də bu qəbildəndir. Eləcə də, ölülərin dirildilməsinin bahar fəslində yerin dirildilməsinə təşbehi və s. cismani məadı bəyan edir. Lakin bunlardan ikinci dərəcəli üzvlərin də (qiyamətdə) qayıtması başa düşülmür. Çünki hər kəsin zehninə gələ bilən əsaslı bir irad və sual burada deyilə bilər: Daim bir haldan başqa hala düşərək dəyişilən maddi cisim heç bir dəyişiklik və fəsad (pozuntu) olmayan bir aləmə necə gedə bilər?! Halbuki, o aləmdə bədənlər – filosofların dediyi kimi – sırf feyilləytdir (inkişafın və təkamülün son həddinə çatmışdır) və o aləmdə heç bir bil-qüvvə (təkamül üçün istedad və şərait) yoxdur.

Bu müqəddimə ilə demişlər: Cismani məadda bədən, mükəlləf şəxsin ikinci dərəcəli üzvlərinin bütün maddi arizələrlə birlikdə olmasını tələb etməyən bir vəziyyətdə qayıdacaqdır. Bunu dəstəkləyən şey yuxarıda deyilən – yəni xarab ola bilən üzvlərin qiyamət aləminə gəlməsinin mümkün olmaması barədə iraddır. Çünki əgər həmin cismin ikinci dərəcəli üzvlər və arizələrlə birlikdə qayıdacağını desək, onda gərək varlıq aləminin ən yüksək mərhələsinə elə bir qeyd vuraq ki, onun ən aşağı mərhələsində – təbiət aləmində mövcud olsun.

Buna görə də mücərrəd cövhər olan həzrət Cəbəril (əleyhis-salam) təbiət aləminə nazil olmaq istəyəndə Dəhyə Kəlbi və s. adamların surətinə (cismani surətə) düşürdü. Çünki vücudun hər bir mərtəbəsinin özünə məxsus hökmləri vardır.

Bu iki dünyanın fərqlərinə diqqət yetirməklə, dünyanın maddi arizə və ləvazimatının hamısını axirət maddəsi üçün (və əksinə) isbat etmək olmaz. Məsələn, dünyada mövcud olan sular xarici təbii amillərin təsirinə məruz qalır: rəngi və dadı dəyişir. Lakin Quranın aşkar buyurduğuna görə behiştdə mövcud olan sular heç vaxt dəyişilmir. Səbəbi də axirət aləmində olan daha kamil və üstün şəraitdir.[1] Buna görə də cismani məadda cisim həmin cisimdir, lakin oradakı cisim dünya cismi ilə fərqildir: o, ikinci dərəcəli ünsürlərdən paklaşmışdır və onda yalnız əsl ünsürlər mövcuddur.

Alimlərin çoxu cismani məad barəsində aşkar demişlər ki, “ikinci dərəcəli hissələrin qayıtmasına etiqad islamın vacib etiqadlarından deyildir.”[2]

Mərhum Xacə Nəsirəddin Tusi “Təcrid” kitabında yazır:

وَ الضَّرُورَةُ قَاضِيَةٌ بِثُبُوتِ الْجِسْمَانِيِّ مِنْ دِينِ مُحَمَّدٍ (صَلَّي اللهُ علَيْهِ وَ آله) مَعَ اِمْکَانِهِ، وَ لَا يَجِبُ اِعَادَةُ فَوَاضِلِ الْمُکَلَّفِ

“Məzhəbin zəruri məsələsi həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) dinində cismani məadın – mümkün olması ilə eyni zamanda – sübuta yetməsidir və cismin ikinci dərəcəli hisslərinin qaytarılması vacib deyildir.”

“Təcrid” kitabının şərhçiləri olan Quşçi, Mühəqqiq Ərdəbili, Əllamə Hilli, Seyid Əşrəf ibni Əbdül-Həbib Həsəni (Allah onlara rəhmət eləsin) bu mətləbi həmin cümlənin şərhində qeyd etmişlər.

Böyük alimlərin çoxu, o cümlədən Seyid Əbdüllah “Misbahul-ənvar” kitabında, Əllamə Dəvani “Əqaidu Əzdiyyə”nin şərhində, Molla Məhdi Nəraqi “Mişkatul-ülum fi bəyani müvəssəqəti Əmmar Sabati” kitabında əsl və birinci dərəcəli hissələr kimi təbir olunan tinətin həmişəlik qalmasını vacib bilmişlər. Həmin tinət qiyamətdə axirət cismi ünvanı ilə dirildiləcəkdir.

Burada cismin əsl tinətinin qaytarılması barəsində Əmmar Sabatinin rəvayətinə işarə edirik:

سُئِلَ عَنِ الْمَيِّتِ يَبْلَى جَسَدُهُ قَالَ نَعَمْ حَتَّى لَا يَبْقَى لَهُ لَحْمٌ وَ لَا عَظْمٌ إِلَّا طِينَتُهُ الَّتِي خُلِقَ مِنْهَا فَإِنَّهَا لَا تُبْلَى تَبْقَى فِي الْقَبْرِ مُسْتَدِيرَةً حَتَّى يُخْلَقَ مِنْهَا كَمَا خُلِقَ أَوَّلَ مَرَّةٍ

Məsum İmamdan (əleyhis-salam) soruşdular: “Meyitin cəsədi çürüyürmü?” Həzrət buyurdu: “Bəli! O qədər çürüyür ki, nə ət qalır, nə də sümük, yalnız tinətdən başqa. Belə ki, (əvvəldə) ondan xəlq olunmuşdur. Bu tinət çürümür və qəbirdə qalır, nəhayət (insan) ondan yenidən xəlq edilir, necə ki, birinci dəfə (ondan) xəlq olunmuşdur.”[3]

Bəlkə də belə fərz etmək olar ki, bir insanın bütün cismani parametrləri onun, hətta bir molekul qədər də ola bilən tinətindədir və qiyamət günü ondan istifadə etməklə cisim yenindən əvvəlki vəziyyətinə düşür. Bu məsələ qeyri-adi və təəccüblü deyildir. Çünki alimlər kəşf etmişlər ki, bir insanın parametrlərinin təqribən hamısı onun bədənindəki hüceyrədə mövcud olan genlərdədir. Kulonlaşdırma da bu təbii hafizədən istifadə etməklə baş verir. Aydındır ki, insanların xaliqi olan Allah bu hafizəni çox dəqiq şəkildə, hətta bir atomun daxilində belə, saxlamağa qadirdir.

Bir sözlə, məad həm cismanidir, həm də ruhani, cismani məadda da yalnız birinci dərəcəli hissələr qaytarılır. Bununla aydın olur ki, cismani məad üçün əlavə torpaq hissələrinin varlığı əhəmiyyət daşımır ki, cismani məadda hazırkı Yer kürəsinin torpağının kifayət olub-olmaması barəsində bəhs aparaq. Çünki cismani məadda qaytarılan şey bədənin əsl və birinci dərəcəli hissləridir.

Əlavə məlumat üçün aşağıdakı görünüşə bax:

“Yer kürəsindən xaricdə ölən insanlar həşrə necə gələcəkdir?”, sual 20928) az20150(

 


[1] Əli, Rəbbani Gülpayqani, “Əqaidi istidlali”, 2-ci cild, səh. 246, Qadınların elmiyyə hövzəsinin mərkəzinə bağlı olan “Hacər” nəşriyyat mərkəzi, 1387-ci il

[2] Əskui Hairi, Hacı Mirzə Musa, “Ehqaqul-həqq”, səh. 17-24, “Noman” mətbəəsi, Nəcəfi-Əşrəf, ikinci çap, 1358-ci hicri il (1965-ci miladi)

[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 3 cild, səh. 251

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    133118 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    101120 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    83405 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    78190 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    66150 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    40833 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    38612 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29810 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    29782 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    28226 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...