Ətraflı axtarış
Baxanların
7883
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Faruq və Siddiqin mənası nədir və nə vaxtdan yayılmağa başlamışdır?
Sual
Faruq və Siddiq hansı mənayadır və nə vaxtdan yayılmağa başlamışdır?
Qısa cavab

Şiənin inancına əsasən, Faruq və Siddiq ləqəbləri Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Əli (əleyhimus-salam)-a verilmiş ləqəblərdir. “Faruq” kəlməsi haqq ilə batilin arasında fərq qoyan “fərq” kökündən, “Siddiq” isə həddindən artıq düz danışan mənasına olan “sidq” kökündən alınmış sifətin mübaliğə formasıdır. Əlbəttə, bəzi sünnü mənbələrində Peyğəmbərə istinadən deyilən rəvayətlərə əsasən, guya o həzrət bu ləqəbləri Ömərə və Əbu Bəkrə vermişdir ki, imamiyyə şiələrinin əqidəsinə əsasən bu hədislər saxtadır və əsla qəbul oluna bilməz.

Ətreaflı cavab

Suala cavab verməzdən əvvəl xatırlatmaq zəruridir ki:

Əli (əleyhis-salam)-ın fəzilətləri barəsində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətlər olduqca çoxdur və sünnü alimi İbni Əbil-Hədid Mötəzilinin dediyinə əsasən: “Bu məsələ səbəbi ilə düşmənlər Əli (əleyhimus-salam)-ın fəzilət nurunu söndürmək istədilər, amma Allah bu işi (düşmənlərin inkarçılığını) onun fəzilətlərinin yerin şərqinə-qərbinə yayılmasına bir vasitə qərar verdi.”[1]

Müxaliflər həzrət Əli (əleyhimus-salam)-ın fəzilətlərinin yayılmasının qarşısını ala bilmədikləri üçün başqa bir çarə fikirləşdilər; saxta hədislər düzəltməklə qərara aldılar ki, ümumxalq kütlələrinin zehnini bu işdən başqa yerə yönəltsinlər. Bu məkrli işin iki ümdə  və əsas nəticəsi ola bilərdi: Birincisi, Əli (əleyhis-salam)-ın barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan fəzilət və məqamların çox da mühüm olmayan, əhəmiyyətsiz, adi bir şey kimi qələmə verilməsi, habelə “bu fəzilətlər başqalarının da barəsində deyilmişdir!” deyə iddia edilməsi və bu yolla həmin misilsiz fəzilətlərin o həzrətə məxsus olması barədə şəkk-şübhələrin təlqin olunması. İkincisi, o həzrətin müqabilində və (fəzilət baxımından) onunla eyni səviyyədə olan saxta şəxsiyyətlərin düzəldilməsi. Əhli-beyt imamlarından (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə Faruq (haqq ilə batil arasında fərq qoyan, ayran) və “Siddiq” (həddindən artıq düz danışan) ləqəbləri Əli (əleyhis-salam)-ın ləqəblərindən sayılır.

Əvvəldə bu barədə imamiyyə təriqi ilə nəql olunan rəvayətləri araşdırarıq:

a) İmamiyyə rəvayətləri

1. Əmirəl-möminin Əli (əleyhis-salam) “Səqifə” hadisəsindən sonra buyururdu: “Mən bu ümmətin Siddiqi – ən böyük düz danışanı və Faruquyam – haqq ilə batini arasında fərq qoyanam.”[2]

2. Həmçinin buyurur: “Mən Allahın bəndəsi və Onun Peyğəmbərinin qardaşıyam. Mən Siddiqi-Əkbərəm! Məndən sonra hər kəs bu məqamı özü üçün iddia etsə, yalançı və böhtan atandır. Mən heç kəsin namaz qılmadığı bir dövrdə yeddi il Peyğəmbərlə birlikdə namaz qılırdım.”[3]

Əbuzər Ğifarinin belə dediyi nəql olunur: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əli ibni Əbi Talib (əleyhis-salam) barəsində belə dediyini eşitdim: “Ey Əli! Sən mənə iman gətirən ilk şəxsən, qiyamət günü mənimlə görüşən ilk şəxs olacaqsan. Sən bu ümmətin Siddiqi-Əkbərisən (ən böyük düz danışanısan), sən haqq ilə batil arasında (düzgün olaraq) fərq qoyub onları biri-birindən ayıran Faruqsan, sən iman əhlinin rəhbərisən...”[4]

b) Əhli-sünnət yolu ilə nəql olunan rəvayətlər

Əhli-sünnət alimlərindən olan Əqili Əli (əleyhis-salam)-ın belə buyurduğu nəql edir: “Mən Allahın bəndəsi və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in qardaşıyam. Mən Siddiqi-Əkbərəm (ən böyük doğru danışan). Məndən sonra hər kəs bu məqamı özü üçün iddia edərsə, yalançı və böhtançıdır!”[5]

Əlbəttə, əhli-sünnətdən bəziləri Peyğəmbərə istinad etməklə bu ləqəbləri Ömərə və Əbu Bəkrə aid etmişlər ki, imamiyyələrin əqidəsinə əsasən, bu hədislər tam mənada saxtadır və heç vaxt qəbul oluna bilməz.

Mərhum Əllamə Əmini özünün dəyərli “Əl-Qədir” kitabında yazır: Ömərin oğlu Əbdüllahın adından deyilən saxta hədislərdən biri də Zəhəbinin və Süyutinin “Tarixi xüləfa” kitabında qeyd etdikləri bu hədisdir: Ömərin oğlu deyirdi: “Əbu Bəkri haqq olaraq “Siddiq” adlandırmışsınız. Öməri doğrudan da “Faruq” adlandırmışsınız; o, polad bir oxa bənzəyir!”

Əllamə Əmini (rəhmətullahi əleyh) bu rəvayəti nəql və onun saxta olduğunu isbat etdikdən sonra Ömərin oğlundan digər saxta rəvayətləri də nəql və sonra da tənqid edir.[6]

Sünnülərin İbni Abbasın adından nəql etdikləri başqa hədisdə deyilir: “Behiştdə elə bir ağac yoxdur ki, onun yarpaqlarının üzərində “Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Onun Rəsuludur, Əbu Bəkr Siddiq, Ömər Faruq və Osman Zun-nurdir (iki nur sahibi)” yazılmış olmasın.”

Əllamə Əmini (rəhmətullahi əleyh) buyurur: “Bu hədis Əli ibni Cəmil Ruqqinin quraşdırdığı saxta hədislərdən biridir və sünnü kitablarında onun kəzzab (həddindən artıq yalançı) olması müxtəlif yollarla sübuta yetmişdir.”[7]

 


[1] İbni Əbil-Hədid, Əbdül-Həmid, “Nəhcul-bəlağə”nin şərhi, 4-cü cild, səh. 111, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404-cü qəməri il

[2] Təbərsi, Əhməd ibni Əli, “Əl-ehticac”, səh. 74, “Mürtəza” nəşriyyatı, Məşhəd, 1403-cü qəməri il

[3] Şeyx Səduq, “Əl-xisal”, 2-ci cild, səh. 402, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1403-cü qəməri il

[4] Şeyx Tusi, “Əmali”, səh. 148, “Darus-siqafə” nəşriyyatı, Qum, 1414-cü il

[5] Əqili, “Əz-zuəafaul-kəbir”, 5-ci cild, səh. 428

[6] Əmini, Əbdül-Hüseyn, “Əl-Qədir fil-Kitabi vəs-Sünnəti vəl-ədəb”, 10-cu cild, səh. 54-dən sonra

[7] Yenə orada, 5-ci cild, səh. 476-478

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Üzün gözəlliyi üçün zikr varmı?
    17199 Əməli əxlaq
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...
  • Qülüvv nədir? Ondan necə uzaqlaşmaq olar?
    4428 دانش، مقام و توانایی های معصومان
    Lüğətdə “qülüvv” artıqlıq və yüksəlişə deyilir. Başqa sözlə desək, qülüvv həddi-hüdudu aşmaqdır. Daha yaxşı ifadə ilə: hər bir şeydə öz məqam, hədd və əndazəsindən aşmağa və onun hüdudlarını keçməyə qülüvv deyilir. Allah-taala Quranda qülüvvə belə işarə edir: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın) və Allah ...
  • Uşaq saldırmaq haramdırmı?
    20204 Uşaq salmaq
    `Uşaq saldırma haram və böyük günahlardandır. Bu işi görən tövbə etməli və kəffarəsi (iki ay bir- birinin ardınca oruc tutmaq) var. onun diyəsi də belədir. Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər ...
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    6990 Qədim kəlam
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • Nəyə görə əql dinlə ziddir?
    4605 Təzə kəlam
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Nə üçün biz şiəyik və digər məzhəblərə etiqadımız yoxdur?
    1736 کلیات
    Ümumiyətlə dini, ilahi (vəhyə məxsus) və bəşəri olmaqla iki qismə bölürlər.Din,fərdin və ya cəmiyyətin idarəsi üçün,habelə insanların vəhy və əql yolu ilə inkişafı məqsədiylə insanların ixtiyarında qoyulmuş bir sıra əqidə,əxlaq və qanunlar toplusundan ibarətdir. İslam sözünün lüğəvi mənası təslim olmaq və boyun əyməkdən ibarətdir və şiə sözü ...
  • Mütaliə hikmətində əşya və əşyalılıq vücudla bərabərdir yoxsa mahiyyətlə?
    3594 İslam fəlsəfəsi
    “Əşyalılıq” və “vücud” iki ayrı məfhumdurlar ki, vahid nümunəyə sahibdirlər. Hər nə qədər vücuddan söhbət açılırsa, əşyalılıqdan da söhbət açılır. Amma filosoflar vücud dedikdə həm mütləq şəkildə həm zehni vücudu əhatə edir, həm də varici vücuda şamil olunur və bir çox iradlara bu yolla cavab vermişlər. İrad ...
  • Məsum imamın ixtiyarında olan möminin nəfsinə vilayət barədə sizin subyektiv fikriniz nədir?
    4043 دانش، مقام و توانایی های معصومان
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı belədir:Məsum imamlar (ə) möminin nəfsinə təkvini və təşriyi vilayətləri var. Əlbəttə vilayəti icra edib etməmək bir sıra məsləhətlərə tabedir. ...
  • Şiələrin əqidəsinə əsasən, İmam Zaman (əleyhis-salam) uşaqlıq çağlarında imamətə çatmışdır. Belə bir şey mümkündürmü və uşaqlıq çağlarında imamətin əsasını necə izah etmək olar?
    4284 Məsumların (Əleyhimussəlam) sirəsi
    Şiə məzhəbinin çoxlu hədislərindən və Nəbəvi rəvayətlərindən əxz olunan zəruri əqidələrinə əsasən,imamət Allah tərəfindən təyin olunan bir məqamdır. Buna görə də bir şəxsin Allah tərəfindən bu məqama təyin olunması aşkar olarsa, müsəlman bir şəxs etiraz etmədən və heç bir qeyd-şərt olmadan – təəbbüd üzündən onun ...
  • Bütün İlahi peyğəmbərlər kitaba malik olmuşlarmı? Əgər belədirsə, həzərt Nuhun (ə) kitabınıb adı nədir?
    4154 Qədim kəlam
    Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    124720 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    94390 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    75584 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    61426 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    58974 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38737 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    30520 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    27718 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    27514 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25890 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...