Ətraflı axtarış
Baxanların
14583
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Sual
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Qısa cavab

Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə qədər nüfuz etməli və bütün tilavət müddəti ərzində bu haləti qoruyub saxlamalıdır.

Ətreaflı cavab

İslamda hər bir şeydən, xüsusilə Quran kimi əzəmətli ilahi bir kitabdan bəhrələnmək dəqiq proqram əsasındadır. Quranın özündəki dəlilə əsasən onun tilavətindən bəhrələnmək üçün müəyyən ədəb qaydaları və şərtlər bəyan olunmuşdur. Aşağıda onlardan bir neçəsini qeyd edirik:

1. Yalnız dəstəmaz və təharətli olduqda Quranın yazılarına toxunmağa icazə verilir. Quranda buyurulur: “Qurana paklardan başqası məss edə (ona toxuna) bilməz”.”[1]

Bu, həm zahiri paklığa işarədir, həm də bunu göstərir ki, onun dərin məfhumlarını, maariflərini və incəliklərini yalnız əxlaqi rəzalətlərdən pak olanlar başa düşə bilər. Yəni insan həqiqət və bəsirət gözlərinə pərdə çəkən çirkin sifətlərdən, rəzalətlərdən uzaq olmalıdır ki, Quranın həqiqətlərini dərk və Haqq-taalanın camalını müşahidə etməkdən məhrum olmasın.

2. Quranı “tərtil” ilə, yəni kəlmələrini dəqiq tələffüz etməklə və onda təfəkkürlə tilavət etmək lazımdır.[2]

3. Quran tilavətinə başlayan zaman rəhmət dərgahından qovulmuş şeytanın şərindən Allaha pənah aparırıq. Belə ki, bir ayədə oxuyuruq: “Quran oxuduğunuz zaman qovulmuş şeytanın şərindən Allaha pənah aparın!”[3]

İmam Sadiq (əleyhis-salam)  “bu göstərişə necə əməl edək və nə deyək?” - sualının cavabında buyurmuşdur:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

(Belə deyin:) “Əstəizu bis-bisəmiil-əlim minəş-şeytanir-rəcim.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən).

Başqa rəvayətdə deyilir ki, İmam (əleyhis-salam) “Həmd” surəsini tilavət edən zaman belə deyirdi:

اَعُوذُ بِاللَّهِ السَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ، وَ اَعُوذُ بِاللَّهِ اَنْ یَحْضُرُونِ

“Əuzu billahis-səmiil-əlim minəş-şeytanir-rəcim və əuzu billahi ən yəhzurun.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən və həm də şeytanın mənim yanımda hazır olmasından Allaha pənah aparıram.)

Amma tilavət zamanı “əuzu billahi minəş-şeytanir-rəcim”in nə üçün “bismillah”dan qabaq deyilməsinə gəldikdə isə, onun səbəbi budur: “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsi olduğuna görə tilavətə başlamazdan qabaq ondan Allaha pənah aparmaq lazımdır.

Bir rəvayətdə deyilir ki, Cəbrəil (əleyhis-salam) Quran barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə dediyi ilk söz bu idi:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

“Ey Muhəmməd, de: əstəizu bis-səmiil-əlim minəş-şeytanir-rəcim – sonra belə de:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ

“Bismillahir-Rəhmanir-Rəhim, iqrə’ bismi Rəbbikəlləzi xələq.”[4]

Əlbəttə, şeytanın şərindən Allaha pənah aparmaq təkcə sözdə olmamalı, tilavət edən şəxsin ruhunun dərinliklərinə nüfuz etməlidir. Belə ki, insan Quran tilavət edən zaman şeytani xislətlərdən uzaqlaşmalı və ilahi sifətlərlə zinətlənməlidir ki, haqq kəlamın başa düşülməsi, həqiqətin ürək oxşayan camalının müşahidə edilməsi qarşısında olan maneələri öz fikir və xəyal mühitindən təmizləyib aradan qaldırsın.[5]

Buna əsasən, dildə olmasa da belə, bütün tilavət müddəti ərzində şeytanın şərindən Allaha pənah aparmaq lazımdır.



[1] “Vaqiə” surəsi, ayə: 56:

لا یَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

[2] “Müzzəmmil” surəsi, ayə: 4:

وَ رَتِّلِ الْقُرْآنَ تَرْتِیلًا

[3] “Nəhl” surəsi, ayə: 98:

فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّیْطانِ الرَّجیمِ

[4] “Müstədərəkül-vəsail”, 4-ci cild, səh. 264-265:

الشَّیْخُ أَبُو الْفُتُوحِ الرَّازِیُّ فِی تَفْسِیرِهِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ‏قَالَ أَوَّلُ آیَةٍ نَزَلَتْ أَوْ أَوَّلُ مَا قَالَهُ جَبْرَئِیلُ لِرَسُولِ اللَّهِ ص فِی أَمْرِ الْقُرْآنِ أَنْ قَالَ لَهُ یَا مُحَمَّدُ قُلْ أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ ثُمَّ قَالَ قُلْ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ‏

[5] “ "Təfsiri nümunə", 11-ci cild, səh. 401 və 402

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İdman hərəkətləri əgər misiqi ilə birgə olarsa, işkalı varmı? Ümumiyyətlə bu hərəkətlər rəqs hökmündədir?
    4289 Nizamlar hüquq və əhkam
    Oynamaq və musiqi, bir- birindən ayrı iki mövzudur ki, hər birinin özünə məxsus hökmü vardır. Yəni haram oynamaq ilə haram musiqinin bir yerdə olması halında bunları yerinə yetirən şəxs ayrı- ayrılıqda iki haram işə mürtəkib olur. Fəqihlərin əksəriyyəti mütrüb və eyş- nuş məclislərinə münasib musiqini haram bilirlər, amma bəziləri ...
  • Qülüvv nədir? Ondan necə uzaqlaşmaq olar?
    4039 دانش، مقام و توانایی های معصومان
    Lüğətdə “qülüvv” artıqlıq və yüksəlişə deyilir. Başqa sözlə desək, qülüvv həddi-hüdudu aşmaqdır. Daha yaxşı ifadə ilə: hər bir şeydə öz məqam, hədd və əndazəsindən aşmağa və onun hüdudlarını keçməyə qülüvv deyilir. Allah-taala Quranda qülüvvə belə işarə edir: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın) və Allah ...
  • Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi?
    13616 تاريخ بزرگان
    Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən ...
  • İslam və Quran nəzərindən qisas hökmünün fəlsəfəsi nədir?
    8339 Əhkam və hüquq fəlsəfəsi
    Qisas İslamın cəza qanunlarından və ilahi hökmlərdən biridir və Quranda “cəmiyyətin həyat amili” kimi təqdim edilir. Qisas hökmünün qanun halına salınması ədalətdən uzaq olan kor-koranə intiqamçılığın qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu qanun cinayətkarların günahsız insanları qətlə yetirməyə cürət tapmaması, mülki əhalini yaralayıb döyməyin qarşısını almaq üçün qoyulmuşdur. Sağlam ictimai ...
  • Haradan başa düşə bilərik ki, Allahdan istək və dualarımız bizim xeyrimizədir, ya yox?
    8253 Əməli əxlaq
    Ayə və rəvayətlərdə deyilir ki, dua ibadət növlü işlərdəndir, onun çoxlu hökmləri, şərtləri, xüsusi ədəb qaydaları vardır. Duanın hökmlərindən biri də budur ki, insan Allahdan elə bir şeyi istəsin ki, haram olmasın, yaxud başqalarının zərərinə tamam olmasın və sair.
  • Nə üçün "Əhli- beyt" deyəndə bir neçə nəfər nəzərdə tutulur?
    5537 Qədim kəlam
    "Əhli- beyt" deyəndə, peyğəmbər (s) ailəsindən əsas beş nəfər; həzrət peyğəmbər (s), Əli (ə), Fatimə (s) imam Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur. Bununla da əsas səbəbi şiə və sünni hədisçiləri tərəfindən nəql olunmuş çox sayda olan hədisıərdir. Həmçinin bu hədis, əhli sünnənin yetmiş və şiənin yetmişdən çox ...
  • Əhli-sünnət və Bilal Həbəşi
    5002 تاريخ بزرگان
    Əhli-sünnətin mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabəsi olan cənab Bilal Həbəşi barəsində müəyyən mətləblər qeyd olunmuş və deyilmişdir ki, onu Əbu Bəkr azad etmişdi. Kafirlərin işgəncələri qarşısında müqavimətli bir şəxs olan Bilal Peyğəmbər (səlləllahu əleyhi və alih)-in azan deyəni, müharibələrdə İslam mücahidi idi və həmişə Peyğəmbərlə yanaşı ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    3422 İrs
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    4209 Nizamlar hüquq və əhkam
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hünah iş görməyən cavan həzrit Xızır (ə) – ın əli ilə öldürülməsi necə qarşılanır? Bu iş Allahın ədalətiylə uyöundurmu?
    4017 Təfsir
    Bir çox ayə, rəvayət və təfsirlərdən istifadə olur ki, cavanın öldürülməsi həzrət Xızır (ə)- ın əsəb və ya öz istəyi ilə olmamışdır, bu qətl məsləhət və hikmət üzündən baş vermişdir. Xüsusiylə də bu qətl Allahın saleh bəndələrindən olan bir insanın vasitəsiylə ki, qəlbi Allahın rəhmətiylə dolu idi, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114112 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87018 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65957 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49557 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    38752 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36245 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25081 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24397 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24073 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22122 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...