Ətraflı axtarış
Baxanların
5194
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Din olmadan mənəviyyata çatmaq olarmı?
Sual
Hal-hazırda cəmiyyətimizdə bəzi kitabların vasitəsi ilə “dinsiz mənəviyyat” məsələsi irəli çəkilir. Bu kimi insanlar (spirituals) bütün dinləri araşdırmaqla və xüsusi bir dinə tabe olmadan əqlin hökmü ilə hər hansı qərara gəlirlər. Əvvəla: Bu üslubun rədd olunmasına dair dəlil gətirsəniz, xoşhal olarıq. İkincisi, mən əvvəllər şiə olan bir nəfəri tanıyıram, hal-hazırda da İslama, Qurana və axirətə imanı vardır, lakin dediyim bu üslub əsasında əməl edir. Mümkünsə, bizə bir kitab göstərin ki, onun mütaliəsi belə insanların hidayətində təsirli olsun. (Əlbəttə, qeyd olunan şəxs fars və ərəb dilində olan mətnləri oxuya bilmir. İngilis və ya fransız dillərinə daha üstünlük verilir).
Qısa cavab

Son zamanlarda irəli çəkilən “yeni mənəviyyat” bizim bir müsəlman ünvanı ilə zehnimizdə təsvir olunan mənəviyyatla tamamilə fərqlidir. Bizim nəzərimizdə mənəviyyatın dinlə qırılmaz əlaqəsi vardır. Dini mənəviyyat maddi aləmin fövqündə olan həqiqətlərdən söhbət açan maarifə və dini göstərmələrin məcmusuna əməl etmək əsasında hasil olur. İnsan o həqiqətlərin əsasında xilqət aləmində xüsusi bir məqama malik olur və o yüksək məqamı qoruyub saxlanmaq üçün xüsusi rəftar və davranışları tələb edən bir yolu ötüb keçməlidir. Başqa sözlə desək, dini məsuliyyət insanın maddi aləmdən yüksəkdə olan həqiqətlərlə əlaqədar hisslərinə qayıdır. Bunun özü də xüsusi qayda-qanunlar və göstərişlər çərçivəsindədir.

İnsanın vücud yönlərinin tanınmasında, həqiqi və əsil ehtiyaclarının dərk olunmasında və nəticədə insan fitrətinin meylli olan yolun hansı üslublarla seçilməsi ilə əlaqədar insan əqlinin məhdud olduğu üçün sırf əqli məlumatlarla kifayətlənmək olmaz. Əksinə, bu məqamda dərk və əhatəsi əqldən daha yüksəkdə olan bir yol göstərənə ehtiyac duyulur. O da ilahi vəhydən ibarətdir ki, əmanətdar rəsulların (peyğəmbərlərin) vasitəsi ilə bəşəriyyətə çatmış və insanları haqq yoluna hidayət edir.

Allah-taala xüsusi insanları peyğəmbər ünvanı ilə bir-bir göndərməklə Öz dinini kamil etmişdir. İnsan gərək müxtəlif dinlərin hökmlərini dəqiq şəkildə araşdırmaqla onların ən yaxşısını və ən kamilini – Allah dərgahında məqbul sayılanı seçib ona əməl etsin, bu yolla özünün ruhi və mənəvi ehtiyaclarına qənaətbəxş cavablar versin, nəticədə həqiqi səadətə nail olsun.

Ətreaflı cavab

Cavabın aydın olması üçün əvvəlcə mənəviyyatın tərifini verməli, sonra isə yeni mənəviyyatın xüsusiyyətlərini bəyan edərək dini mənəviyyatla qeyri-dini mənəviyyat arasında fərqi göstərməliyik.

Latın dilində mənəviyyat həyata işarə olan tənəffüs ( Spirituality ) mənasınadır. Yəni mənəviyyatla qəlblərimizi zinətləndiririk, əzəmət, müqəddəslik və minnətdarlıq kimi dəyərləri özümüzdə genişləndiririk, həyatın qəmlərini dərk edirik, vücudun eşq-məhəbbətini tanıyırıq və bizdən yüksəkdə olan həqiqətə təslim oluruq. [1]

Mənəviyyat barəsində belə təsvirlər bizim – bir müsəlman ünvanı ilə – zehnimizdə olan dini mənəviyyat təsvirləri ilə tamamilə fərqlidir. Bizim nəzərimizdə mənəviyyat dinlə sıx və qırılmaz əlaqəyə malikdir. Din maddi aləmin fövqündə olan həqiqətlərdən söhbət açan bir sıra maariflər məcmuəsindən ibarətdir. O həqiqətlərin əsasında insan xilqət aləmində xüsusi mövqeyə malik olur və o mövqeyin qorunub saxlanması üçün xüsusi yolları örtməlidir. Bu yol xüsusi rəftar və davranışları tələb edir: o, bəzi işləri görməli, bəzi işləri isə tərk etməlidir.

Yeni mənəviyyatın müxtəlif xüsusiyyətləri vardır ki, onu dini mənəviyyatdan tamamilə fərqləndirir. O cümlədən:

1. Din qalibində olan mənəviyyat sırf zehni, xəyalı bir iş deyil, o, insanın maddi gerçəkliklərlə əlaqədar coşqun hisslərindən irəli gəlmir, əksinə elə hisslərdir ki, insan onları maddi aləmin fövqündə olan üfüqlərdəki həqiqətlərə dair əldə edir. Bu həqiqətlər gerçəkdə mövcuddur və bütün aləmə təsir qoyur. Lakin yeni mənəviyyatda “həqiqət” məsələsi heç bir vəchlə irəli çəkilmir. Hər bir mövzu ilə əlaqədar şiddətli hissiyyata qapılmaq, həyəcanların və duyğuların təcrübə olunması mənəviyyat hesab oluna bilər. Əsas məsələ budur ki, siz təhrik olunsanız, hissləriniz özünün zirvə həddinə çatsın, başqa sözlə desək, əzəmət hissi ilə dolasınız. Belə olan halda bir musiqi, bir aşiqanə şer, hətta bir əzəmətli nümayiş sizi mənəvi bir fəzada pərvaz etdirə bilər.

2. Yeni mənəviyyatda ilahi vəzifə və təkliflərdən heç bir əsər-əlamət yoxdur. Tam rəğbət üzündən həmin yüksək zirvə həddini sizin üçün ərməğan gətirə bilən hər növ təcrübənin ardınca gedə bilərsiniz. Lakin dini mənəviyyatda mənəvi təcrübə yalnız xüsusi qayda-qanunlar çərçivəsində müyəssər ola bilər. Ümumiyyətlə, mənəvi təcrübələrin bəzisi yalnız o zaman hasil olur ki, siz başqalarının təcrübəsinin çoxunu görməməzliyə vurasınız. Bir günahın təcrübə edilməsi namazda “hüzuri-qəlb”dən ibarət olan incə mənəvi hisləri yüz faiz korlaya bilər. [2]

3. Bizim istədiyimiz və dinin əsas rol ifa etdiyi məsələ yeni mənəviyyat deyil, dini mənəviyyatdır. Qeyd olunan dəlillərə əsasən, yeni mənəviyyat insanın ruhi ehtiyaclarına tam və dolğun şəkildə cavab verə bilməz.

Əlbəttə, dini mənəviyyat dedikdə məqsədimiz islam dininin mənəviyyatıdır. Biz elə bir dindən söhbət edirik ki, onda əqlaniyyət, mənəviyyat və ədalət bir-birinin yanında, çiyin-çiyinə dayanır. Bizim dini əqlaniyyətimiz qərbdəki dinsiz rasionalizmdən tamamilə fərqlənir. Bizim əqlaniyyətimiz Allahın kitabı vəhy sayəsindədir. Ədalətimiz ilahi şəriətlə yanaşıdır və heç vaxt şəriət qanunlarını pozmaz. Bizim nəzərimizdə bəşər hüquqları və humanizm materializm və dinsizlik əsasında yox, tövhid əsasında bərqərar olan bəşər hüquqları və humanizmidir. İslam mənəviyyatı əyani həyatla heç bir əlaqəsi olmayan buddizm mənəviyyatı növündən deyildir; habelə, Amerikadakı həyatın haşiyəsinə qovulmuş və şəxsi nəzərlər əsasında olan irfan və mənəviyyat növündən olan bir məsələ də deyildir ki, saxta şeylərlə təmin olunsun.

Digər tərəfdən, mənəviyyat bir növ insanın daxilindəki hisslərə dolğun cavab verməkdir. Burada insanı tanımağa, onun daxilində olan təbii hisslərə və ehtiyaclara diqqət yetirməli və bəyan etməliyik ki, görəsən yeni mənəviyyat insandakı bu gerçək ehtiyacları təmin edə bilərmi? İnsan dindən kömək almadan yalnız öz əqilnə arxalanaraq bu ehtiyacları tapa, onların təmin olunması üçün bir proqram tökə bilərmi ?!

İslam nəzərindən insan iki yönə malik olan varlıqdır – ruhani və cismani. Onun maddi dünyadakı xilqətində yekun hədəf müqəddəs bir nəticədən (ğayətdən) ibarətdir. Bu şərafətli varlığın yaranıb həyatının davam etməsi zatən ğəni – ehtiyacsız olan Allaha bağlıdır. Yəni insanların yer üzündəki həyatını tənzim etmək üçün nəzərdə tutulan ilahi şəriət dəsgahında insanın müxtəlif dərəcə və mərtəbələrə malik olan bir mənliyi vardır. Bu gerçəkliyin mərtəbələrindən biri insanın torpaqdan əmələ gəlmiş bədənindən ibarət olan nasuti mərtəbəsidir. Amma insanın mənəvi dərəcələrini quran geniş həqiqətlər və mərtəbələr isə, onun nasuti bədəninin fövqündədir və o “mən” adı ilə qeyd olunur. O, natiq (təfəkkür qüvvəsinə malik olan, külliyyatı dərk edən) nəfs və ya qeybi ruhdan ibarətdir. Vəhy və əql nəzərindən bu mənlik məhz onun əsl mənliyini (hüviyyətini) təşkil edir, onun təkamül vasitələri də insanın bədəni və xarici aləmlə yaratdığı rabitələrdən ibarətdir. Onda mövcud olan bütün idraklar və hərəkətlər insani aləmdə “mən” vasitəsi ilə əncam tapır. Bədən də insani mənliyin təkamülü, yüksəlişi və tərəqqisi üçün bir alət rolunu oynayır.

Quran ruhun həqiqətini bir gerçəklik, yəni aləmin mələkut işlərindən hesab edir və bu insani “mən” ilə əlaqədar buyurur:

یَسْأَلُونَکَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ اَمْرِ رَبِّی

“Səndən ruhun nə olması barəsində soruşurlar, de ki, ruh Pərvərdigarımın əmrindəndir.” [3] Bu “əmr” nə deməkdir? Quran buyurur:

اِنَّمَا اَمْرُهُ اِذَا اَرَادَ شَیْئاً اَنْ یَقُولَ لَهُ کُنْ فَیَکُونُ

Bu ayədə deyilən “Allahın əmri” vücud yönünə malik olan bir əmdir ki, onda tədriciliyə yol yoxdur, zamana ehtiyacı yoxdur və o, zamanın fövqündə olan bir gerçəklikdir. Yəni bir varlıq Allahın iradə eləməsi ilə eyni zamanda və heç bir təxirə yol verilmədən vücuda gəlir. Həmin varlığın gerçəkləşməsi Onun iradəsi ilə eyni zamanda baş verir. İnsanın ruhu mələkuti varlıq və əbədi növdəndir, o, təbii gerçəklik və varlıq mülkindən deyildir.

Buna əsasən, insan və onun ehtiyaclarının tanımasında Yaradanın təlimlərini diqqət mərkəzində saxlamaq lazımdır. Bundan qeyri hallarda insanşünaslıq məsələsi azğınlığa düşəcək, onun özünün tanınması və ehtiyaclarının təmin olunması problemlə qarşılaşacaqdır.

İndi belə bir sual yaranır ki, görəsən, əql birdən artıq olmayan haqq dindən [4] kömək almadan insanın mənəvi ehtiyacları üçün bir proqram tökə, bu sahədə müəyyən qayda-qanunlar irəli sürə bilərmi? Cavabında demək lazımdır: İslam dini insanın bəzi ehtiyaclarının təmin olunmasını əqlə və təcrübəyə həvalə etsə də, [5] öz yerində isbat olunmuşdur ki, [6] insan onun barəsində verilən tərifə əsasən, əvvəla, bütün gerçək və əsaslı ehtiyacların kəşf olunmasına, əsil və köklü ehtiyacları qeyrisindən seçməyə qadir deyildir və bu məsələdə onun dinə ehtiyacı vardır. [7] İkincisi, bəşərin ixtiyarında olan vasitələr insanın bütün ehtiyaclarını təmin etməkdə acizdir və buna görə də gərək din bu işlərə dəxalət etsin. [8]

Dini-ilahi təlimlər “insan yaradan” qanunlar məcmuəsindən ibarətdir. Bu qanunlar bəzən insanın həqiqi və gerçək məqamını təqdim edir. Habelə, bəşərin əsil və köklü ehtiyaclarını təmin və həqiqi mənafe və məsləhətini ayırd etməkdə, hüquqlarının bərpa olunmasında “din” adlı bir məcmuə şəkilində təqdim edilir. Yəni müəyyən işlərin görülməsi və müəyyən işlərin tərk olunmasından ibarət olan dinin ümdə hissəsi insan hüquqlarının qorunub saxlanması və onun əsaslı ehtiyaclarının təmin olunmasından ibarətdir. İnsanın əncam verməli olduğu işlər onun əsil ehtiyac və hüquqlarının təmin olunma yollarını, tərk etməli olduğu işlər isə hüququnun təmin və bərpa olunması yolunda mövcud olan maneələri göstərir. [9] Məhz tərk edilməli və görülməli olan bu əməllər vasitəsi ilə həqiqi mənəviyyata çatmaq və insanın mənəvi ehtiyaclarını təmin etmək olar.

Bir nəfər imam Baqir (əleyhis-salam)-dan soruşdu: “Nə üçün şərab, ölü heyvan əti, qan, donuz əti və s. haram edilmişdir?”  İmam (əleyhis-salam) buyurdu: “Halal və haram, yerinə yetirilməli və tərk edilməli işlər Allah-taalanın halal işlərə rəğbəti və haramlardan nifrəti əsasındadır. İnsanları yaradan Allah bilir ki, hansı şeylər onun (həm ruh, həm də) orqanizminin sağlamlığını təmin edir, buna görə də onları halal etmişdir. Eləcə də ona ziyanlı olan şeyləri də bildiyinə görə onları haram etmişdir.” [10]

Deməli, dindəki ilahi vəzifələr insanın öhdəsinə (zorla) qoyulmuş lazımsız yüklər deyildir ki, üçüncü bir şəxs hər hansı bir fayda və qazanc əldə etmiş olsun. Əksinə, bu ilahi vəzifələr insanın özünün haqqa nail olması və haqq yolunda mövcud olan maneələrin aradan qaldırılması kimi məqsədi güdür. [11]

Əlbəttə, bu o demək deyildir ki, ilahi qanun və təkliflərin dərk edilməsində əql heç bir rol ifa etmir.

İzah: Əql ilə əlaqədar görülməli və tərk edilməli işlər (bunlar ilahi təkliflərdən ibarətdir) üç hissəyə bölünür:

1. Bəzi təkliflər din olmadıqda belə əql tərəfindən qəbul edilir, din sadəcə olaraq onu dəstəkləyir, ona ilahi cəhət verir. Misal üçün, sədaqətin, ədalətin zərurəti. Belə ki, din olmadıqda da əql bunları qəbul edir.

2. Əqlin bəzi təklifləri təhlil etməyə qüdrəti vardır, misal üçün, Xaliqin varlığının zərurəti, yaxud Xaliqin ədalətinin lüzumu, fürui-dinin külli qanunları və sair.

Diqqət yetirmək lazımdır ki, bəşər əqlinin hüdudlarında olan və insanın dərk etməyə qüdrəti olan təkliflərin dərk və təhlil olunması üçün kifayət qədər məlumat və ixtisas olmazsa, fərdin səyləri nəticəsiz qalar. Amma əqlin fövqündə olan məsələlərdə, hətta dərk mərhələsində belə, əqlin özündən yüksəkdə olan bir qüdrətə ehtiyacı vardır.

3. Fürui-dinin məsələləri kimi bəzi təkliflər əqlin fövqündədir (həcc, yaxud namazın müxtəlif hökmlərini misal çəkmək olar.)

Yuxarıda qeyd olunanlardan məlum olur ki, yeni mənəviyyat həqiqi mənada insanşünaslıq əsasında qurulmamışdır, insanın ruhi ehtiyaclarının təmin olunması üçün onun münasib, qənaətbəxş və düzgün cavabı da yoxudur. Çünki, insanı ədəbi səadətə çatdırmaq üçün əql qüvvəsinin kifayət qədər qüdrəti yoxdur. Buna görə də bu məqsədlə tam əhatəli və hərtərəfli bir proqram verməkdən acizdir. Bu barədə elə bir (qüdrətli) dəsgaha ehtiyaclıdır ki, insanın bütün vücud yönlərinə tam mənada əhatəli olsun, onun səadət və ya bədbəxtliyinə səbəb olan bütün yolları ayırd etsin, ölümdən sonrakı mənzillərini – istər bərzəxdə, istərsə də axirətdə – müşahidə edə bilsin. Buna görə də mütəal Allah ilahi vəhy və nübüvvət məsələsini əqlin köməyinə göndərmişdir (vəhy bütün varlıqları və onlarının əsərlərini – istər mülk, istər nasut aləmində – əhatə edir). Deməli, yaxşı olar ki, insan dinin hökmlərinə diqqət yetirməklə, yaxud bu məsələdə mütəxəssis olan insanlara müraciət etməklə öz vəzifəsini aydınlaşdırsın. Quran da bilmədiyimiz şeyləri öyrənmək üçün agah və məlumatlı şəxslərdən soruşmağa əmr edir. [12]

Əlavə məlumat almaq üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

1.   Heart of Islam kitabı

2. “İslamın qəlbi” kitabının farsa tərcüməsi: Mütərcim Şəhrayini

3. “Günəş və kölgələr”, Məhəmməd Təqi, Fəaali, Azad İslam universitetinin islami maarif qrupunun rəisi və elmi heyətin üzvü (Tehran tədqiqat bölməsi)

4. “Haqq və təklif”, Cavadi Amuli, Əbdüllah

5. “Quranda fitrət”, Cavadi Amuli, Əbdüllah



[1] Psychology Today , Sep, 1999 - spirituality Author: David N. Elkins

[2] “Məcməi təşxisi məsləhəti nizam” saytı, doktor N. Devidin məqaləsindən nəqlən

[3] “İsra” surəsi, ayə: 85

[5] “Bax Xosrov Pənah, Əbdül-Hüseyn, “Şəriətin hüdudları”, səh. 74-76

[6] “Bax görünüş: 1. “Əql və onun fəaliyyət hüdudları”, nömrə 11724 (sayt 11546), 2. “İslam və əqlaniyyət”, sual 7672 (sayt 7747), 3. “Dini   mənbələrin əxlaqdakı rolu”, sual 562 (sayt 615)

[7] Bu bəhsin ətraflı izahını “Bəşərin dindən təvəqqeləri” kitabından axtara bilərsiniz: Xosrov Pənah, Əbdül-Hüseyn, səh. 120-124.

[8] Nəsr, Məhəmməd, “Dindən təvəqqenin bəyan yolları”, “Nəqd və nəzər” jurnalı, nömrə 6

[9] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri, 2-ci cild, səh. 149

[10] “Vəsailuş-şiə”, 24-cü cild, səh. 100; “İləluş-şəraye”, 2-ci cild, səh. 483

[11] Cavadi Amuli, Əbdullah, “Haqq və təklif”, səh. 38

[12] “Nəhl” surəsi, ayə: 43:

فَسْئَلُوا   أَهْلَ   الذِّکْرِ   إِنْ   کُنْتُمْ   لا   تَعْلَمُونَ

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    135513 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    105145 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    86315 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    84875 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    69085 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    42507 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    42340 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    30920 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    30843 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    29387 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...