Ətraflı axtarış
Baxanların
3657
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
“Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
Sual
“Səfiri Simurq” kitabını kim yazmışdır? O kitabda nələr vardır?
Qısa cavab

“Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).

“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının padşahıdır. İrfanda “kamil insan”a, yaxud “pirə” kinayə ünvanı daşıyır. Onunla sair quşların bəhsi fars ədəbiyyatında, irfani kitablarda müxtəlif şəkillərdə bəyan olunmuşdur. Şeyx İşraq bu risalədə irfani seyri-süluka məna bağışlamış, Allah dərgahına doğru seyr edənlərin qarşısına çıxan vəziyyətlər, yolları üzərindəki təhlükə və maneələri bəyan etmişdir.



[i] “Fərhəngi Əbcədi”, ərəb-fars lüğəti, səh. 555, “səfərə” kəlməsi, səh. 556, “əssəfir” kəlməsi; “Əl-müfrədat fi ğəribil-Quran”, səh. 487, “əssəfir” kəlməsi; “Lisanul-ərəb”, 4-cü cild, səh. 460, “əssəfir” maddəsi

Ətreaflı cavab

“Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir. Fars dilində yazılan bu risalənin möhtəvasının xülasəsini aşağıdakı kimi bəyan etmək olar:

1. “Səfir” hərfləri tələffüz olunmadan, iki dodağın arasından asta şəkildə çıxan hər növ mahnıya, avaza (ürək oxşayan nəğmə səsinə) deyilir.[1]

Simurq da əfsanəvi quşların padşahının adıdır. Onun başqa quşlarla olan əhvalatı fars ədəbiyyatında və irfani kitablarda müxtəlif şəkillərdə bəyan olunmuşdur.[2]

2. “Simürq” irfanda pir,[3] yaxud kamil insan barədə zövqi bir istilahdır.[4]

3. Müəllif bu kitabda irfani seyri-süluka həqiqi məna bağışlamış, onda Allah dərgahına doğru seyr edənlərin ruhi vəziyyətlərini, qarşılarına çıxan mövqeləri, yol üzərində mövcud olan təhlükə və maneələri bəyan etmişdir. Şeyx İşraq bu risalənin bir yerində yazır: “Müqəddimədə bu alicənab quşun (Simurqun) vəziyyətini yad edirəm. [Ruhları pak olanlar belə etmişlər ki, hər an (bir hüdhüd)[5] bahar fəslində öz yuvasını tərk edir, öz dimdiyi ilə qol-qanadlarını çıxarır və Qaf dağına getməyi qərara alır.] Bir günü min ilinə bərabər olan bir zamanda Qaf dağının kölgəsi onun üstünə düşür. وَ إِنَّ یَوْماً عِنْدَ رَبِّکَ کَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ “Həqiqətən bu gün Rəbbinin yanında sizin saydığınız min ilə bərabərdir.”[6] Bu min il həqiqət əhlinin təqvimində ə’zəm lahutun məşriqindən olan bir sübh çağıdır. Bu müddət ərzində bir Simurq tapılır və onun səfiri (ürək oxşayan nəğmə səsi) onu yuxudan oyadır. Onun düşərgəsi Qaf dağındadır. Onu səfir (nəğmə səsi) hər kəsə çatır, lakin eşidəni çox azdır. Onun bəziləri onunladır əksəriyyəti isə onsuzdur.”[7]

Bu risalə iki bölmədən təşkil olunur, hər bölmədə də bir neçə fəsil vardır:

Birinci bölmə: Bəhsin müqəddimələri ilə əlaqədardır və üç fəsildə tənzim olunmuşdur: 1. Bu elmin fəziləti, 2. Bədaya əhlinə (ibtidai mərhələdə olanlara) zahir olanlar, 3. Səkinə (ruhu aramlıq).[8] Nümunə üçün, onun ikinci fəsli seyri-sülük yolunun əvvəlində riyazət və zikrlərlə məşğul olanlara aiddir. Allah dərgahına doğru seyr edənlərin bu dəstəsinə ilahi nurlar zahir olur. (Şeyx İşraq bu qismi “bədaya əhli üçün zahir olanlar” təbiri ilə qeyd edir.)[9]

İkinci bölmə: Bəhsin məqsədləridir və üç fəsildən ibarətdir: 1. “Fəna”, 2. “Hər kəs daha çox alim olsa daha çox arif olar”, 3. “Bəndəyə haqqın ləzzətinin isbat edilməsi”.[10]



[1] “Əbcədi” ərəb-fars lüğəti, səh. 555, “səfərə” kəlməsi, səh. 556, “əssəfir” kəlməsi; “Əl-mufrədat fi ğəribil-Quran”, səh. 487, “əssəfir” kəlməsi; “Lisanul-ərəb”, 4-cü cild, səh. 460, “əssəfir” maddəsi

[2] Bu barədə www.noormags.com saytına baxa bilərsiniz. Simurq quşu ilə əlaqədar məqalələrə bax: Münzəvi, Əli Nəqi, “Si morğ və Simorq”; Şəfii Kədkəni, Məhəmməd Rza, “Simurq”; Nücumi, Möhtac, “Simurq İran mədəniyyətinə kölgə salmış əfsanəvi quş”; Novruzi Pənah, Əli, “Simurq”

[3] İrfanda “pir” – kamil arif mənasınadır, bu da yaş cəhətindən qoca olmaq mənasına deyil, onun zəmanəyə əhatəsinə dair bir kinayədir.

[4] Səccadi, Seyid Cəfər, “İslami məarif ensiklopediyası”, 1-ci cild səh. 1030, Tehran, universitetinin nəşriyyatı, 3-cü çap, 1373-cü şəmsi il

[5] Allah dərgahına seyr edən şəxs – salik üçün bir rəmzdir.

[6] “Həcc” surəsi, ayə: 47

[7] Şeyx İşraqın əsərlərinin məcmuəsi, Hanri Karbon, Nəsr Seyid Hüseyn və Həbibi Nəcəfqulunun müqəddimə və islahları ilə: 3-cü cild, səh. 314 və 315, “Mədəni-maarif tədqiqat və araşdırmalar müəssisəsi”, Tehran, 1-ci çap, 1375 şəmsi il

[8] Yenə orada, səh. 3016

[9] Yenə orada, səh. 3019

[10] Yenə orada, səh. 3016

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Quran nəzərindən Adəmin xilqətindən indiyə qədər altı min il keçmişdirmi?
    3831 Qədim kəlam
    Quranda qeyd olunanlarla asimanların, yerin və Adəm (əleyhis-salam)-ın xilqətindən milyonlar, hətta milyardlar ilk keçməsini deyən nəzəriyyə arasında heç bir ziddiyyət yoxdur. Çünki bəzi arxeoloji qazıntılar ibtidai insan qalıqlarının milyon illər bundan öncə mövcud olduğunu dəstəkləyir.Əgər Adəmin xilqəti altı-yedi min il bundan qabağa qayıdırsa, ...
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    3615 Təfsir
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    4390 Qədim kəlam
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
    7463 Təfsir
    Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    5058 Nizamlar hüquq və əhkam
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • Aya doğrudur ki, həzrət Peyğəmbərin sübh namazı bir dəfə qəza olmuşdur?
    3818 Nizamlar hüquq və əhkam
    Bu fiqh məsələlərindən biridir və etiqadi bəhslərə ehtiyacı vardır; əlbəttə ki, bu mövzuda bir neçə rəvayət də bizə çatmışdır. Amma fiqh alimləri bunu bir mənalı olaraq qəbul etməmişdirlər, bəziləri bunu digər dəlillərlə qarşı- qarşıya gəlməsi və Peyğəmbərin (s) ismətiylə uyğun olmadığını bu cür rəvayətləri qəbul ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    5770 تاريخ بزرگان
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...
  • Hədislərdə gəlmişdir ki: İki nəfər arasında sülh yaratmaq bütün namaz və oruclardan üstündür dedikdə nə nəzərdə tutulur?
    4001 Hədis elmləri
    Bəzi tərcüməçilərin etdiyi tərcümələrdə sizin işarə etdiyiniz kimi diqqətsizlik baş vermişdir. Ona görə ki, ərəb mətninə diqqət eləsək “صَلَاحُ ذَاتِ الْبَیْنِ أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلَاةِ وَ الصِّیَام”[1] görərik ki, Allahın Rəsulunun (ə) kəlamı bu cürdür ki, iki nəfər arasında sülh yaratmaq bir çox namaz ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    3610 Təfsir
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • İmam Əli (ə) ölünü dirildə bilər?
    4047 دانش، مقام و توانایی های معصومان
    Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109677 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83442 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61496 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    44867 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34190 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30451 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23458 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23292 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22624 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21284 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...