Ətraflı axtarış
Baxanların
87803
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Sual
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir? Peyğəmbər (s) namazı necə qılmışdır?
Namaz necə qılınmalıdır? Bu haqda göstərişlər varmı?
Qısa cavab

On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. Elə buna görə də, əlibağlı namaz qılmaq müsəlmançılığa deyil, atəşpərəstliyə oxşar bir əməl sayılır. Peyğəmbər (s) namaz qılarkən namazın əvvəlindən sonuna qədər yerinə yetirdiyi əməllər barədə daha dəqiq və etibarlı rəvayətlərə rast gəlirik. Ancaq sözü gedən rəvayətlərdə namaz qılarkən “əli əlin üzərinə qoyulmalıdır” göstərişini görmürük.

Yeri gəlmişkən, xatırlatmalıyıq ki, namazın əlibağlı qılınması Peyğəmbər (s) həyatda ikən yox, vəfatından sonra yəni ikinci xəlifənin dövründə ortaya çıxarılmışdır.

Elə həmin gündən bəri bəzi sünnə əhlini nəzərə almamaq şərtilə, qalan digər sünnülər namazı əlibağlı qılırlar.

Ətreaflı cavab

Peyğəmbər (s) həyatda ikən əli əl üzərinə qoyaraq namaz qılınmayıb. Peyğəmbərimizin (s) özü də namazı əliaçıq qılarmış.[1] Şiələr həmişə olduğu kimi hər bir məsələdə Peyğəmbər (s) və İmamlara (ə) tabe olduqlarını göstəriblər. Elə namazı əliaçıq qılmaları da buna əyani sübutdur. Onlar heç bir zaman əlibağlı namaz qılmayıb. Çünki əlibağlı namaz qılmaq (bidətdir) dinə əlavədir. Əlibağlı namaz qılmaq dinimizin göstərişi olmayıb. Əslində namaz bu şəkildə Peyğəmbərin (s) vəfatından sonra yəni ikinci xəlifənin zamanında qılınmışdır. Elə həmin dövrdən başlayaraq bu günə qədər namazın əlibağlı şəkildə qılınması bir şox müsəlmanlar arasında sünnəyə[2] çevirilərək əməl olunur.[3]

 İmamların (ə) göstərişində isə əlibağlı namaz qılmaq kafir və atəşpərəstlərin adət və ənənələrinə oxşar olduğu bildirilir. Məhz elə ona görə də, İmamalar (ə) şiələrə Peyğəmbərin (s) sünnəsinə əməl etməyi yəni əliaçıq namaz qılmağı əmr ediblər.

Əbi Həmid Saidinin nəql etdiyi hədisdə Peyğəmbər (s) namaz qılarkən yerinə yetirdiyi bütün əməllər yəni “Allahu əkbər” dən başlayaraq namazın “salamına” qədər olan hər bir vacib və müstəhəb əməllər qeyd olunmuşdur. Lakin həmin hədisdə əlibağlı kimi “dinə əlavə” halı qeydə alınmamaışdır. Əksinə olaraq, haqqında danışdığımız hədisdə Peyğəmbər (s) “Allahu əkbər “dedikdən sonra əlini aşağa salıb yan tərəflərə birləşdirməsi aydın göstərilmişdir.[4] və hamıya məlumdur ki, Peyğəmbər (s) həyatda ikən heç bir müstəhəb əməli tərk etməmişdir.

Yuxarıda qeyd etdiyimiz mövzu barədə başqa hədislər də nəql olunmuşdur. Onlardan biri də Həmad ibni İsanın İmam Sadiqdən (ə) nəql etdiyi hədisdir. Həmad ibni İsa İmam Sadiqdən (ə) ona namazı kamil və doğru şəkildə qılınmasını öyrətsin deyə müraciət edir. İmam (ə) üzünü qibləyə tutub bütün müstəhəb əməlləri yerinə yetirdikdən sonra Allahu əkbər deyib namazı qılmağa başlayır. O, namazı elə bu gün şiələr qıldığı kimi qılaraq salamını deyib namazı başa vurur.[5]

Qeyd etdiyimiz hədisdə İmam Sadiq (ə) eyni ilə Peyğəmbər qıldığı namazı Həmad ibni İsaya öyrədir. Amma gördüyünüz kimi İmam (ə) Həmada təlim verdiyi zaman heç də əli əl üzərinə qoymaqdan söhbət açmır. Əgər əli əl üzərinə qoymaq sünnə olardısa yəqin bilin ki, İmam (ə) namazı öyrədərkən onu da öyrədər yaxud ən azından ona işarə edərdi. Deməli, bu şəkildə namaz qılmaq sünnə olmadığı üçün İmam (ə) da ondan söhbət açmayıb.

Bura qədər sadaladığımız hədislərlə bərabər İmamlardan (ə) da bizə çoxlu saydə hədislər gəlib çatıb. Həmin hədislərdə əli əl üzərinə qoyub namaz qılmağı kafir və atəşpərəstlərin əməllərinə oxşar bir əməl olduğu vurğulanıb. Əlibağlı namaz qılmağı kafir əməlinə bənzədən bir nəçə rəvayəti diqqətinizə çatdırırıq:

1. Məhəmməd ibni Müslim İmam Sadiq (ə) yaxud İmam Baqirdən (ə) belə nəql edir:

قاله: قلت له: الرجل یضع یده فی الصلاه –و حکی- الیمنی علی یسری؟ فقال: ذالک التکفیر لا یفعل[6]

2. Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

انه قال: و علیک بالا قبال علا صلا تک ولا تکفر فانما یصنع ذالک المجوس[7]

3. Şeyx Səduq Əli (ə)– a istinadən belə nəql edir:

انه قال: لا یجمع المسلم یدیه فی الصلاته و هو قائم بین یدیالله عز و جل یتشبه با هل الکفر یعنی المجوس[8]

 



[1] - Bu haqda nəql olunan hədis qeyd olunacaq.

[2] - Haqqında danışdığımız mövzu barədə Büxarinin Səhl ibni Səiddən nəql etdiyi hədisi göstərə bilərik: 

کان النا س یومرون ان یضع الرجل الید الیمنی علی ذراعه یسری فی صلاه

“Fəthül-bari fi şərhi səhihil-büxari”,cild. 2, səh. 224.

Əgər Peyğəmbər (s) namazda əlibağlı olmaq əmri vermişdirsə bəs niyə hədisdə “کان النا س یومرون” gətirilib ?! Deməli, peyğəmbər (s) belə bir göstəriş verməyib. Əgər peyğəmbərin belə bir əmri olsaydı əslində hədisdə belə “کان النبی یامر” deyilməli idi.

[3] - Hənəfilər,Şafeilər və Hənbəlilər əlibağlı namaz qılmağı sünnə və müstəhəb bilirlər. Amma Malikilər isə onların əksinə olaraq əliaçıq namaz qılmağı müstəhəb bilir. ”Əl-fiqhu ələl- məzahibil- xəmsə”, səh. 110.

[4] - “Sünəne Beyhəqi”, cild. 2,72,73,101,102; “Sünəne Əbi Davud”, cild. 1,səh. 194.

[5] - “Əl- vəsail”,cild. 4,fəsl.1,hədis.1.

[6] - “Əl- vəsail”,cild. 4, fəsl,15,hədis. 1

[7] - “Əl- vəsail”, cild. 4, fəsl,15,hədis. 2,3,7.

[8] - Cəfər Sübhani, “Fiqhul- şiə əl- imamiyyə və mvazeul- xilaf bəynəhu və bəynəl- məzahebil- ərbəə” ,səh. 183.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məhəmməd ibni Hənəfiyyənin rəvayətində deyilən “hüczə” kəlməsinin mənası nədir?
    4942 Hədis elmləri
    Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi ...
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    6507 پرندگان
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • Cəhənnəm əhlinin siması necədir?
    4206 بهشت و جهنم
    Quran ayələrinin məcmusunun araşdırılmasından belə nəticə almaq olar ki, bir tərəfdən cəhənnəm əhlinin siması, güclü yanıq nəticəsində, qorxulu formada və bir- birinin üstünə çəkilmiş dairələr və parçalanmış dodaqlarla görünərlər. Digər tərəfdən də, Allah cəzasının onlar üçün yenidən və neçə dəfə baş verməsi üçün, bədən və üzvlərinin dərisinin ...
  • Исламын сијаси тәфәккүрүндә ислам дөвләтинин сәрһәди һара кимидир?
    4376 Nizamlar (Qurluşlar)
    Ислам, өлкә мәфһумунун мугабилиндә әрази вә милләт мәфһумунун мугабилиндә үммәт анлајышы бәјан едир. Ислам әразиси ваһиддир вә фәрз разылашмалар әсасында олан сәрһәдләр Ислам нөгтеји нәзәриндән бу бирлијин әслинә вә әсасына һеч бир тәсир ҝөстәрмир. Бу ...
  • Динләрин сонунҹусу неҹә диндир?
    5759 Təzə kəlam
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • “Onlar yalana qulaq asanlar və haram yeyənlərdir.” – ayəsi rüşvətin haram olunmasına necə dəlalət edir?
    4345 Nizamlar hüquq və əhkam
     Buayə, islamdarüşvətinharamolmasınadəlalətedənayələrdənbiridir. Bubəyanlaki:
  • Quranın təhrif olmasına dəlalət edən hədislər barəsində sizin nəzəriniz nədir?
    4142 شیعه و قرآن
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı belədir: Quranın təhrif olunmasına dəlalət edən hədislər sənəd və ya sadir olması və yaxud da dəlalət cəhətindən qəbul olunmamışdır odur ki, heç bir halda Quranda təhrifə yol verilməmiş və heç bir zaman olmayacaqdır. Əgər bir şəxs Quranın təhrif olmasını qəbul ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    4348 Hədis elmləri
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Kamala yetişmək yolu
    4103 Əməli əxlaq
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Məadın əqli və fitri dəlilləri nədir?
    6425 Qədim kəlam
    Sualın cavabı, fəlsəfədə olan üç məktəbin nəzəriyyəsini yəni Məşşa, işraq və hikməti mütəaliyə və həmçinin kəlami və irfani nəzəriyyəni açıqlamaqla, daha aydın olacaq. Alimlərin əsərlərində bu bəhsin tutumu, imkan, sübut, isbat və məadın cismani, ruhani ya hər iki formada necə baş verə biləcəyi bəhslərin hamısına şamildir. Bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    136540 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    106729 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    87803 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    86582 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    70025 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    44432 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    43236 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    31370 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    31337 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    30008 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...