Ətraflı axtarış
Baxanların
4468
İnternetə qoyma tarixi: 2007/12/07
Sualın xülasəsi
Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
Sual
Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir? Əgər namaz qılanların müəyyən bir hissəsi zahirus-səlah (zahirdə yaxşı adam) olsalar, hökmü nədir?
Qısa cavab

Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2]

Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan bir günah görməsək, bu onda ədalətin varlığının nişanəsidir və buna batini səciyyədən hekayət edən hüsnü-zahiri deyilir.[3]

Ədalətin isbatında və iqtida etməyin caizliyində əsas meyar pişnamazda ədalətin varlığına etimad və xatircəmliyin hasil olmasıdır, hətta başqalarının ona iqtida etməsi ilə də hasil olsa belə.[4]

Ədalətin isbat olunma yolları barəsində bəzi alimlərin təbirləri belədir: Ədalət iki adil şəxsin şəhadəti ilə sübuta yetir, bu şərtlə ki, digər iki adilin şəhadəti ilə – hətta bir adilin də onun fisqinə (günahkarlığına) dair şəhadəti ilə zidd olmasın.

Ədalətli olmaması (fasiq və günahkar olması) məlum olmayan bir dəstə adamın bir şəxsin ədaləti barəsində verdiyi xəbər xatircəmlik hasil olmasına səbəb olarsa, bu, o şəxsə iqtida etməyin caizliyində kifayətdir. Hətta bir nəfər adil şəxsin şəhadətindən hasil olan, yaxud iki adil şəxsin iqtida etməsindən hasil olan, yaxud vəziyyətləri (adil olub-olmamaları) naməlum olan bir dəstə adamın ona iqtida  etməsindən hasil olan xatircəmlik də kifayətdir, bir sözlə, hər yolla hasil olan etimad və xatircəmlik kifayətdir, bu şərtlə ki, xatircəmlik hasil edənlər düşüncəli, agah və bəsirətli insanlar olsunlar, şəri məsələlər barəsində mərifətləri olsun; nəinki bu barədə cahillərdən və nə də ən kiçik şeydən belə xatircəmlik əldə edənlər.[5]

 


[1] “Tövzihül-məsail” (imam Xomeyni), 1-ci cild, səh. 791, məsələ 1453

[2] Fazil Lənkərani (rəhmətullahi əleyh): “İmam camaatın ədaləti iqtida edənlər üçün tam məlum olmalıdır, ədalətinin əslində (ədalətinin  olub-olmamasında) şəkk etdiyi zaman ona iqtida edə bilməz.”

[3] Məkarim Şirazi, “Tövzihül-məsail”, məsələ: 1268

Ayətullah Behcət (rəhmətullahi əleyh), “Tövzihül-məsail”, məsələ 1171: “Pişnamazda mötəbər və şərt sayılan ədalət hüsnü-zahiridən, yəni böyük günahlardan uzaq olmaqdan ibarətdir, belə ki, zənn əsasında şəxsin günahı tərk etmək qərarında olan vəziyyətinin zahirinə dəlalət etsin, nəinki təsadüfən bir neçə gün günahı tərk etmiş olsun. İqtida edənlər bu hüsnü-zahiri aşkar etməlidirlər. Kiçik günahlara israr etmək də kəbirə günah hesab olunur.”

[4] “Əl-ğayətul-qusva fi tərcəmətil-Ürvətil-vusqa”, 2-ci cild, səh. 63

[5] “Əl-ğayətul-qusva fi tərcəmətil-Ürvətil-vusqa”,  2-ci cild, səh. 63, məsələ 14 və 15

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111872 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85221 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64088 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47267 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34974 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34292 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24346 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23668 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23456 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21699 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...