Ətraflı axtarış
Baxanların
3187
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Bu “birlikdə olmağın” hansı şərtləri və xüsusiyyətləri vardır və necə həyata keçir?
Sual
“Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Allahın ən böyük vəlisi ilə birgə olmaq necə baş verə bilər? Əhli-beyt rəvayətlərində “İmamla birgə olmağın” şərtləri necə zikr olunur? Digər şəxs və ya şeylərlə birgə olmaqla müqayisədə bu birgə olmağın xüsusiyyətləri nədir?
Qısa cavab

“Aşura” ziyarətində zikr olunan birgəliklə İmamla birgə olmağın bütün mərtəbələrinə işarə edir ki, o da bunlardan ibarətdir: dünyada birgəlik, qəlbdə və ruhda birgəlik, axirətdə birgəlik. Bu məsələni daha yaxşı başa düşmək üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

Vücud baxımından İmam (əleyhis-salam)-la birgə olmaq bir neçə cür təsəvvür olunur: 1. Məkan cəhətindən birgə olmaq, 2. Hübbi (məhəbbət) və həşr cəhətindən birgə olmaq, 3. (Mənəvi) nur və şüa cəhətindən birgə olmaq. Başqa bəyanla desək, bu üç növ birgəliyin birincisini dünyəvi birgəlik, ikincisini vilayət birgəliyi və üçüncüsünü də axirət birgəliyi hesab etmək olar.

Məkan cəhətindən birgəlik dedikdə məqsəd İmamın zahiri cismini görüb onunla görüşmək və o həzrətin yanında olmaqdır. Bildiyimiz kimi, münafiqlərdən bir çoxu zahirdə imamlarla birlikdə idilər, amma bu birgəlik onların halına (mənəvi həyatına) heç bir vayda yetirmirdi. Lakin əgər bir şəxs iman və mərifət əhli olub İmama itaət etsə, İmamla zahiri görüş bu birgəliyin çox yüksək və dəyərli mərhələlərinə çatmağın başlanğıc nöqtəsi olacaqdır. Buna görə də İmamla görüşməyə, onun məhzərində olmağa dair çoxlu tövsiyələr edilmişdir. Bu tövsiyələr onların qəbirlərinin ziyarətinə də şamildir. Çünki keçmişdəki (dünyadan gedən) imamları ziyarət etmək diri İmamla əlaqə bərqərar etməyə və nəticədə  axirətdə imamlarla birgə olmağa şərait yarada bilər.

Deməli, dünyəvi birgəlik lazım şərt olsa da, kafi şərt deyildir. Əgər birgəlik sırf şəkildə dünyaya məxsus (dünya işləri naminə) olarsa, belə bir şəxs qiyamətdə imamlardan ayrıca məhşur olacaqdır.

Amma vilai (vilayətə məxsus), hübbi (məhəbbət əsasında olan) və həşri birgəlik adlanan ikinci mərtəbədəki “məiyyətə” (birgəliyə) gəldikdə isə, şəxsin qəlbində İmama məhəbbət olur və bu məhəbbətdə doğruçu və sadiq olur. Hər bir şəxs öz məhbubu (sevimlisi) ilə birlikdə məhşur olduğundan, belə bir şəxs də İmamın batini ilə məhşur olacaq, İmamın adı, xatirəsi və zikri onun qəlbində həmişəlik hazır olacaq və bunun nəticəsində İmam da onun həmneşini, həmsöhbəti olacaqdır. Bu şərtlə ki, ondan başqasının özünün qəlb hərəmi hüdudlarına daxil olmasına yol verməsin. İmamı yad etmək Allahın zikri sayəsində mümkün olur. Allah-taala hədisi-qüdsidə buyurur: “Mən, Məni yad edənlərlə həmsöhbətəm.”[1] Deməli, İmam da o şəxslə birgə və həmsöhbətdir ki, qəlbində həmişə İmamı yad etmiş olsun.

Üçüncü mərtəbə daha yüksək birgəlik məqamıdır və bu, məhəbbətdə fani olmaqdan sonra baş verir. Bu birgəlikdə insan İmama məhəbbətdə fani olur, vücudu İmamın vücudunun göstəricisi və ona aid olur, İmamın nuru onun bütün varlığını əhatə edir. Buna görə də bu növ birgəlik “nur şüasının birgəliyi” kimi də təbir olunur. Məhz bu səbəbdən həqiqi şiələrin tinəti İmamın tinətinə qovuşmuş hesab edilir və onun vücudi nuru da İmamın nurunun şüası altında qərarlaşır. (Bundan qeyri hallarda vilayət iddiası edən şəxsdə iman “icarə olunmuş” sayılır və zati deyildir.)

Bu izahlara diqqət yetirməklə “Aşura” ziyarətində qeyd olunan cümlənin birgəliyin hər üç mərtəbəsinə bir yerə şamil olmasını demək olar. Yəni həm dünyəvi, həm qəlbi və ruhi, həm də nuri və axirətdəki birgəlik nəzərdə tutula bilər.

Əhli-beyt ilə dünyəvi birgəlik diri İmamla görüş feyzinə nail olmaqdan ibarətdir (İmamların qəbirlərinin ziyarəti də həmin hökmə malikdir). Hübbi, qəlbi, vilai məhəbbət birgəliyinin şərti də imamlara və xüsusilə İmam Zaman (əleyhis-salam)-a qeydsiz-şərtsiz itaət etmək, bu məhəbbətdə imtahana, sınağa düçar olmaqdır. Axirət birgəliyi isə bu iki birgəliyin kamalı və bu iki birgəliyin hüquqlarını yerinə yetirməkdir, nəticədə  İmamla onun tabeçisi arasında vücudi və nuri vəhdət yaranır.

 


[1] Kuleyni, “Kafi”, 2-ci cild, səh. 496, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Нәјә ҝөрә Гуран инсанлары әфсанәви әбәдиликлә горхутмагла, онлары ваҹиб олунмушлара әмәл етмәјә вадар едир?
    3116 Qədim kəlam
    Гурани-Кәримдә бир дәфә дә инсанлар әфсанәви әбәдилклә горхудулсун вә јахуд, горхудулмуш олмасы ишләнмәмишдир. Бәзи рәвајәтләрдә мүәјјән бөјүк ҝүнаһлара ҝөрә ҹәзаланманын (мәсәлән, Гуран охујанын шәраб ичмәси ) мин башлы бир әждаһа[1] илә олмасынын хумс вә зәкатын верилмәсинә һеч бир аидијјаты јохдур.
  • Nə üçün qadın müctəhid ola bilməz?
    4042 Nizamlar hüquq və əhkam
    Din alimlərinin və mütəxəssislərinin qadının müctəhid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının müctəhid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    3655 Əməli əxlaq
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    7109 تبلیغ و گفتگو
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • Quranda, yeddi səmadan məqsəd nədir?
    3881 آسمان و زمین
    Elmi cəhətdən səma və planetlər barəsində bir çox məlumtların əldə olunmasını nəzərə alsaq, Quranda yeddi səma barəsində dəqiq bir nəzər vermək olmaz. Bu mövzuda bir çox nəzəriyyələr vardır. Bunu da yaddan çıxarmamalıyıq ki, Quran insanların tərbiyə və mənəvi hidayəti üçündür. Quranın yeddi səma və yeddin yerin ...
  • Uşaqları xətm mərasimlərinə və qəbristanlığa aparmaq məkruhdur?
    2503 Əməli əxlaq
    Uşaqları dini məclislərdə və mərasimlərdə iştirak etdirmək. Uşaqları birlikdə məscidə və ya muhərrəm ayında əzadarlıq mərasimlərinə aparmaq, uşaqların digər dini mərasimlərdə o cümlədən fitir bayramı namazında və dini bayramlarda iştirak etməsi onların dini hisslərinin yetişdirilməsi üçün çox faydalıdır. Amma yeni yetmələri xətm mərasimlərinə və qəbristanlığa aparmaq haqqında rəvayətlərdə və ...
  • Yaşadığımız mənzildən başqa iki yerdə torpaq sahəmiz də vardır. Onları satandan sonra xümsünü verməliyikmi?
    2776 Nizamlar hüquq və əhkam
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər kəsb qazancından – qiyməti artdıqdan sonra və ticarət məqsədi ilə alınmış olsa və xüms ilindən sonra satılsa, satışdan sonra onun xümsü verilməlidir. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası: Hal-hazırda (o yerin qiymətinin) xümsünü ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    5840 Əməli əxlaq
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...
  • Kitab əlhindən olan qadınlarla müvəqqəti evlənməkdən ötrü də daimi müsəlman həyat yoldaşından icazə alınmalıdırmı?
    3336 Dində iştiraklıq
    Təqlid olunmalı müctehidlərdən sual haqqında aşağadakı cavabları ələ gətirdik. Diqqətinizi ona cəlb edirik: Ayətullah-üzma Xamneyi (Allah hifz etsin) “Fərz olunmuş sualın cavabında icazə vacib deyildir və icazə olmasa da əqd batil deyil. Yalnız, bir hal istisnadır ki, kişi ilə qadın arasında xüsusi qanunlar ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    4633 فرزندان زهرا س
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111872 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85221 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64088 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47267 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34973 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34291 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24346 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23668 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23456 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21699 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...