Ətraflı axtarış
Baxanların
2943
İnternetə qoyma tarixi: 2013/06/18
Sualın xülasəsi
İmam Zamanını (əc) zühuru göydən gələn uca bir səsəmi bağlıdır? Ondan əvvəl zühur olacaqmı?
Sual
İmam Zamanın (əc) qəti zühur əlamətlərindən biri Qədr gecəsi bütün göy aləmini uca bir səsin bürüməsi və hamının bu səsi eştiməsidir. Sual burdadır ki, biz bu il Qədr gecəsində belə bir səsi eşitmədik. Bu o demək demyilmi ki, bu il zuhur olmayacaq?
Qısa cavab
 İmam Zamanın (əc) qəti zühur əlamətlərindən biri Qədr gecəsi bütün göy aləmini uca bir səsin bürüməsidir. Rəvayətlərə görə bu səs “seyhə” və ya “səs” adlanır və mübarək ramazan ayının 23-cü Qədr gecəsi və cümə axşamı ilə üst-üstə düşür.[1]  Bütün dünya əhli öz qulaqları ilə bu səsi eşidəcəklər. Bu səsin sahibi İmam Zamanı (əc) adı və atasının adı ilə çağıracaq və insanları O Həzrətə itaət etməyə dəvət edərək İmamın artıq zuhur müjdəsini insanlara çatdıracaqdır.[2] Bu nişanə rəvayətlərdə nəql olunmuş beş qəti zühur nişanələriindən biri sayılır. Ömər ibn Hənzələ İmam Sadiqdən (ə) nəql edir: “İmam Zamanının (əc) zühurundan əvvəl beş qəti nişanə var. Onlar bunlardır: Yəmənlinin xuruc etməsi, Süfyaninin xüruc etməsi, göydən gələn uca səs, Nəfsi Zəkiyyənin öldürülməsi və Bəyda məntəqəsində yerə batması”[3]
 Qəti əlamətlə qeyri-qəti əlamət arasında fərq bundan ibarətdir ki, qeyri-qəti zühur nişanəsi arada heç bir maneənin şərt olmasını nəzərə almadan baş verməsi deməkdir; yəni, ola bilsin hansısa bir mane qarşıya çıxsın və həmin əlamət baş tutumasın və nəticədə nişanədən də xəbər olmasın. Amma bu əlamətin müqabilində bəzi qəti zühur əlamətləri var ki, onların baş verməsindən ötrü heç bir maneə ola bilməz və baş verməsi qətidir. Ona görə də bu nişanənin baş tutmasında heç bir şəkk və şübhə yoxdur.[4]
 Bütün bunlarla bərabər Allah-Taala üçün olan “bəda” haqqını yəni, hər bir hadisənin yalnız Onun iradə və istəyi əsasında olmasını nəzərə almaq lazımdır; yəni, ola bilər hətta, qəti nişanələrdə də bəda (yəni, Allahın məsləhəti ilə hadisələrin başqa səmtdə dəyişməsi) baş versin və həmin hadisə baş vermədən zühur olsun.[5]  Bu mövzunu İmam Cavad (əleyhissalam) hədislərdə qeyd etmiş və zəhurun qəti niişanələrində də bədanın baş verə biləcəyinə işarə etmişdir. Əbu Əhaşim, Davud ibn Qasim Cəfəri nəql edir: Mən, O Həzrətdən soruşdum: Ən qəti işlərdə də Allahın bəda məsələsi ola bilər? İmam (əleyhissalam) buyurdu: “Bəli!” Yenə O Həzrətdən soruşdum: Bəs belə olan halda, qorxuram ki, İmam Zamanımız (əc) haqqında da Allahın bəda məsələsi baş versin! İmam (əleyhissalam) buyurdu: “İmam Zaman (əc) məsələsi Allahın qəti vədələrindəndir və Allah-Taala heç vaxt vədəyə xilaf getməz”[6]
 Belələiklə, ən yaxşı əməl odur ki, şiələr bütün hallarda İmam Zamanın (əc) yolunu gözləsinlər və zühurun yaxın olmasını bilsinlər. Çünki, İmam Zamanın (əc) zühurunun əsli qəti ilahi vədələrdəndir.
 

[1] Şeyx Səduq, Kəmalud-din və təmamun-nemət, mühəqqiq və düzəliş verən;  Ğəffari, Əli Əkbər, c.2; səh.650; Darul-kutubul islamiyyə, Tehran, ikinci çap, 1395  h.qəməri ili, Zühurun nişanələri, 29-cu suala cavab;
[2] Kurani, Əli, Əsriz-Zuhur, səh.248; Məktəbətul-əlamil-islami nəşriyyatı, Qum, birinci çap, 1408 h.qəməri ili
[3] Şeyx Səduq, Kəmalud-din və təmamun-nemət, c.2; səh.650
[4] Amuli, Seyyid Cəfər Mürtəza, Dirasətu fi əlamətu zuhur, səh.47-48; Əl-mərkəzül İslamiyyə liddirasat, Beyrut, dördüncü çap, 1424-cü h.qəməri.
[5] Amuli, Seyyid Cəfər Mürtəza, Dirasətu fi əlamətu zuhur, səh.47-48; Əl-mərkəzül İslamiyyə liddirasat, Beyrut, dördüncü çap, 1424-cü h.qəməri.
[6] İbn Əbi Zeynəb Nemani, Məhəmməd ibn İBrahim, Əl-Ğeybət, təhqiq və düzəliş verən: Ğəffari Əli Əkbər, səh.303, Nəşr Səduq, Tehran, birinci çap, 1397 h.qəməri ili.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Namazda böyük həcmli surələri oxumaq üçün kampyuterin manitorundan istifadə etmək olarmı?
    3525 Qiraət
    Əgər ayaq üstrə namaz qıla bilmirsinizsə sizin vəzifəniz stul üzərində namaz qılmaqdır. Bu halda qalan şəraitə riayət etməklə kampyuter mizi üzərində namaz qılmağın eybi yoxdur. İstənilən halda Quranın böyük surələrini namaz qılarkən kampyuterin manitoru üzündən oxumaq olar. ...
  • Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
    3382 Nizamlar hüquq və əhkam
    Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz. İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və ...
  • Beş ay nəfəqə almayan qadın, özünü təlaq verilmiş bilə bilərmi? Cavab müsbətdirsə, onun iddəsi nə vaxdan başıayır?
    4526 Nizamlar hüquq və əhkam
    İslam nəzərindən təlaq vüemək kişinin (ərin) əlindədir.[1] Buna əsasən, qadın özünü boşaya bilməz. Kişinin ailəsinin xərclərini verməməsi, qadına özünü boşamaq ixtiyarını vermir. Bunun nəticəsində iddə saxlamaq və onun başlamaq məsələləri də, ortaya çıxacaq. Əlbəttə qadın şəriət hakiminə[2] müraciət edib və öz məsələsini (kişinin xərcləri ...
  • Peyğəmbərin öz həyatında sonrakı xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nə idi?
    3677 Qədim kəlam
    Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla ...
  • Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la getməmişdir?
    4782 تاريخ بزرگان
    Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsi ilə əlaqədar çoxlu dəlillər qeyd etmişlər. Onların bəziləri münaqişəlidir və qəbul etmək olmaz. Amma bəzilərinə etimad etmək olar. Onların ən mühümü və yaxşısı Əbdullahın yaşlı və xəstə olmasıdır. Bu, digər tarixi hadisələrlə, o cümlədən öz ailəsini imam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə göndərməsi, Kərbəlada iştirak ...
  • Aya başqalarının işinə rəy verməmək və axtarış aparmamaq barəsində və söz gəzdirməmək barəsində bir hədis vasitəsiylə, ailəvi problemimi həll edə bilərsinizmi?
    3282 Əməli əxlaq
    Sizin diqqətnizi bir necə nöqtəyə cəlb edirik: 1- Sizin əriniz şəri cəhətdən yenidən ailə qura bilər, lakin ədalətin riayət olunması lazıdır. 2- Hesab edək ki, siz onun birinci həyat yoldaşısınız, umumi olaraq birinci qadın ərinin ikinci yoldaşına xusisi həsaslıq bildirir.Odur ki, tövsiyə edirik ...
  • Həzrət Əlinin (əleyhissalam) dövründə xumsun cəm olunması kimin öhdəsində idi?
    1678 Cürbəcür
    Bütün müsəlmanların etiqadı budur ki, ilahi vaciblərdən biri də xumsdur və ona əməl etmək lazımdır. Bu hökm, şəriətdə tətbiq olunduğu vaxtdan yəni, Bədr döyüşündən sonra müsəlmanlar arasında həmişə əməl olunub. Həzrət Əli (əleyhissalam) də o kəslərdən idi ki, İslam Peyğəmğbərinin (sələllahu ələyhi və alihi və səlləm) yanında ...
  • Həzrət Müslim kim idi?
    9927 اهل بیت و یاران
    Əqilin oğlu Müslim üç imamla müasir olmuşdur: İmam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam). Üçüncü imamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, ...
  • İmam Hüseyn (ə)- ın qırxı barəsində izah verə bilərsinizmi?
    10736 تاريخ بزرگان
    Qırx mərasimi barəsində bizim dini mədəniyyətdə qeyd olunan, səfər ayının iyirmisinə təsadüf edən həzrət Seyidüş- şühədanın şəhid olmasının qırxıncı gününü yad etməkdir. İmam Həsən Əsgəri (ə) hədislərin birində, möminin beş əlamətinin olduğunu buyurmuşdur: Əlli bir rəkət namaz, ərbəin ziyarəti, sağ ələ üzük salmaq, alını torpağa qoymaq və namazda bismillah ucadan ...
  • Mən səkkiz ildir ki, evliyəm və indiyədək xüms ödəməmişəm, xahiş edirəm mənə yol göstərin.
    3650 Xumsun hesablanması və onun ödənmə qaydası
    Həzrət Ayətullah uzma Sistaninin dəftəri: İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114159 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87071 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    66004 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49620 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    38843 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36275 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25106 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24416 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24083 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22143 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...