Ətraflı axtarış
Baxanların
4125
İnternetə qoyma tarixi: 2008/09/13
Sualın xülasəsi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə tarix boyu şiələr nə kimi nailiyyətlər qazanmışlar?
Sual
Məscidul-əqsa əvvəlcə Ömərin xilafəti dövründə fəth edilmiş, son dövrlərdə də sünnü məzhəbində olan Səlahəddin Əyyubi onu azad etmişdir. Tarix boyu şiələrin nə kimi nailiyyətləri olmuşdur? Onlar bir qarış olsa belə, hər hansı bir ərazini fəth ediblərmi? Yaxud, islamın və müsəlmanların düşmənlərindən hər hansı birini geri oturdublarmı?
Qısa cavab

Sual verən şəxs sələfdən Ömər ibni Xəttaba, xələfdən isə Səlahəddin Əyyub olmaqla bu iki nəfərin adını çəkmişdir. Biz də həm sələf, həm də xələf əsrində şiənin apardığı cihad nümunələrini qeyd edirik. Sələf dövründə, yəni Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə cihadın ən çox məsuliyyəti və ağırlığı Əli (əleyhis-salam)-ın öhdəsində idi. لَا فَتَي إِلاَّ عَلِيٌّ لاَ سَيْفَ إِلاَّ ذُو الْفِقَارِ “Əlidən başqa pəhləvan, Zülfüqardan başqa qılınc yoxdur” hədisi də onun misilsiz şücaətləri barəsində deyilmişdir. Xəndək müharibəsində Peyğəmbər onun barəsində  buyurmuşdu: “Bütünlüklə islam (və ya iman) bütünlüklə şirkin müqabilində qərar tutmuşdur.”[1]

Əmirəl-möminin Əli (əleyhis-salam) islamı müdafiə edərək ərəblərin məşhur və şücaətli pəhləvanı Əmr ibni Əbdu Vuddu öldürən zaman özündən elə böyük şücaət və ixlas göstərdi ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) onun barəsində  buyurdu:

لَمُبَارَزَةُ عَلِيٍّ لِعَمْرِو بْنِ عَبْدِ وُدٍّ (يَوْمَ الْخَنْدَقِ) اَفْضَلُ مِنْ عِبَادَةِ الثَّقَلَيْنِ، اَوْ اَفْضَلُ مِنْ اَعْمَالِ اُمَّتِي اِلَي يَوْمِ الْقِيَامَةِ

“(Xəndək günü) Əlinin Əmr ibni Əbdu Vuddlə mübarizəsi səqəleynin (insanların və cinlərin) ibadətindən üstün (və başqa nəqldə:) qiyamət gününə qədər ümmətimin bütün (yaxşı) əməllərindən fəzilətlidir.”[2]

Gördüyünüz kimi, Əli (əleyhis-salam)-ın islamı müdafiə etməkdə sadəcə bir əməli qiyamət gününə qədər islam ümmətinin bütün əməllərindən üstündür. Xəlifələrin və onların ardıcıllarının fəthlərinin də öz yeri vardır. Amma Xeybərin fəthində Peyğəmbər Əli (əleyhis-salam) barəsində  buyurdu: “O, həmişə hücum edən və heç vaxt qaçmayan bir insandır (pəhləvandır).” Halbuki, ondan qabaq döyüşə gedən iki nəfər (Əbu Bəkr və Ömər) müharibə meydanından qaçmışdılar.

Həzrət Əli (əleyhis-salam) müşriklərlə cihaddan əlavə, digər üç qrupla da cihad etmişdi: əhd-peyman pozanlarla, zalımlarla və itaətsizlik edən qiyamçılarla. O həzrətin bu üç qrupla müharibə aparacağını Peyğəmbər əvvəlcədən buyurmuşdu.

Bunlar şiə imamlarının fədakarlıqlarının cüzi bir hissəsidir. Amma şiələrin özlərinin əldə etdikləri nailiyyətlərə gəldikdə isə, bunu qeyd etmək kifayətdir ki, fəthlərin çoxunda Əlinin şiələri tam mənada iştirak edirdilər. Həmdan, Kində və s. müxtəlif Yəmən qəbilələrinin hamısı şiə idilər. Buna görə də onlardan bir qrupu Yəməndən İraqa köçərək orada məskunlaşmışdılar ki, islami fəthlərdə iştirak etsinlər.

Şamın, Diyarbəkrin və Kiçik Asiyanın fatehi Əbu Əyyub Ənsari idi ki, Peyğəmbər Mədinəyə köçəndə onu öz evinə qonaq aparmışdı, özü də Əli (əleyhis-salam)-ın xalis şiələrindən idi. Hal-hazırda onun İstanbuldakı qəbri müsəlmanların ziyarətgahıdır. Əli (əleyhis-salam)-ın mənəvi övladı olan Məhəmməd ibni Əbu Bəkr o həzrətin göstərişi ilə və islamı yaymaq üçün Misirə getdi və orada şəhid edildi. Bundan sonra bu məsuliyyəti Malik ibni Əjdər davam etdirmək üçün Misirə göndərildi, amma təəssüflər olsun ki, yol əsnasında Müaviyənin hiyləsi ilə zəhərləndirilib şəhid edildi. Onun da qəbri hal-hazırda ziyarətgahdır. Xəlifələrin dövründə şiə-sünnü arasındakı ixtilaf və fasilə hazırkı qədər deyildi; müxtəlif əqidələrə malik olmaqla hamı bir nəfər kimi islami fəthlərdə iştirak edirdi.

Qeyd olunanlar sələf dövrünün  şiələri idi. Amma xələf şiələr barəsində bunu bilmək kifayətdir ki, müsəlmanların böyük vəzifələrindən biri olan ölkə sərhədlərinin qorunması əksər hallarda şiə dövlətlərinin vasitəsi ilə baş verirdi.

Şamda həmdanilər, Afrikanın şimalında fatimilər, Təbəristanda, Deyləmdə və Gilanda ələvilər islam sərhədlərini qoruyurdular. Hindistanda mövcud olan şiə dövlətləri bütpərəstliklə mübarizədə və islam dövləti təşkil etməkdə özünəməxsus rol ifa etmişdir. Hindistandakı Əkbərabad şiə dövlətlərinin mərkəzi idi.

Şiənin hərbi cihadları  barədə əlavə məlumat almaq istəyənlər xanım doktor Səmirə Muxtar Leysinin yazdığı “Şiənin cihadı” adlı kitaba müraciət edə bilərlər.

İranın cənubunda səfəvilərin portuqaliyalı işğalçılarla müharibəsi, iranlıların şimalda ruslarla və cənubda ingilislərlə müharibəsi və s. şiələrin kafirlərlə mübarizəsinin qızıl səhifələrindəndir. Portuqaliyalılar Bəndər-Abbası (liman şəhərini) işğal edərək onun adını Bəndər-Gombrin qoyduqları zaman Şah Abbas Səfəvi şiələrin iman qüvvəsi ilə oranı azad etdi və adını yenidən Bəndər-Abbas qoydu. Nadir şahın bütpərəst hindularla mübarizəsi islamda cihad tarixinin ən böyük və qızıl səhifələrindən biri sayılır.

14-cü hicri əsrində (1920-ci miladi ilində) ingilislər İraqı işğal etdiyi zaman şiə mərcəiyyəti Ayətullah Məhəmməd Təqi Şirazinin rəhbərliyi ilə “Sovrətul-işrin” inqilabını bərqərar etdi və bu islam ölkəsini zəli sifətli ingilislərin murdar caynağından paklayaraq ölkənin istiqlaliyyətini qoruyub saxladı.

Son illərdə Livan hizbullah şiələri qəsbkar İsrailin köksünə ən böyük və öldürücü zərbələr endirdilər; Livanın islami müqavimət qüvvələri bir neçə mərhələdə bu ölkənin mərkəzinə qədər irəliləyən İsraili son dərəcə zillət, xarlıq  və xiffətlə geri oturtdular və onlara elə göz dağı basdılar ki, indiyə qədər ərəb dövlətlərinin məcmusundan İsrailə belə bir zərbə vurulmamışdı. İran şiələri də bu ölkədə islami inqilabı qələbəyə çatdırmaqla istismarçı qərb qüvvələrini bu islam ölkəsindən qovub çıxartdılar. Bugünkü gündə İranın xalqı və dövləti təkcə Orta Asiyada deyil, bütün dünyada qərb istismarçıları ilə mübarizə bayrağını qaldırmışdır. İndiyə qədər bir çox ölkələr bu mübarizədə İran xalqının mübarizəsindən ilham almışlar. Livan, Fələstin, İraq, Sudan və s. ölkə xalqlarını qeyd etmək olar.

Şiənin hərbi cihadı barədə çox qısa məlumat verdik. Bu sualı verənlər təsəvvür edirlər ki, cihad yalnız hərbi cihaddır; amma elmi və mədəni cihadın əzəmətindən tamamilə qafil qalmışlar.

Əgər qələm, elm, mədəni-maarif cihadı olmasaydı, canından keçən fədakar əsgərlər mübarizə meydanda heç vaxt bu qədər rəşadət göstərməzdilər.

Əhli-beyt imamları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu demişlər: “Üç şey pərdələri yarır və ilahi dərgaha nail olur: 1. Alimlərin qələminin səsi, 2. Cihad edənlərin ayaqlarının səsi, 3. Təqvalı qadınların yun əyirməklərinin səsi.”[3]

Həmçinin buyurmuşdur: “Ən yüksək cihad zalım hakimin yanında haqq sözü deməkdir.”[4]

Zalım hakimlərin qılıncı və ya zəhəri ilə şəhadət camını içən məsum  şiə rəhbərləri məhz həmin zalım hakimlərin qarşısında haqq sözü dediklərinə görə şəhadətə çatmışlar. Halbuki şiədən başqa digər qruplar Bəni-üməyyə və Bəni-abbasın zalım və qaniçən  xəlifələri ilə sazişçilik və həmkarlıq edirdilər. Yalnız azsaylı insanlar bu məsələdən müstəsnadır ki, onlar da hesaba gəlməz.

Bəzi insanlar təsəvvür edirlər ki, cihad meydanı təkcə hərbçilərin meydanıdır, lakin tarix bunun tam əksinə şəhadət verir. Şiə alimləri və mütəfəkkirləri həqiqi islam elmlərini və maarifini yayaraq mədəni-maarif cihadı etdiklərinə görə  zalım hakimlərin tərəfindən şəhid edilmişlər: onlar ya qılıncla qətlə yetirilmiş, ya dar ağacından asılmış, bəzi hallarda isə diri-diri yandırılmışlar.[5]

Bütün şiə və sünnü alimləri bu həqiqəti etiraf edirlər ki, islami elm və maariflərin təqribən əksəriyyətinin bünövrəsi şiə imamları və onların ardıcıllarının tərəfindən qoyulmuşdur. İkinci əsrdən beşinci əsrə qədər baş verən böyük mədəni-islam intibahı şiə imamları və onların şagirdlərinin yorulmaz elmi səylərinin nəticəsində hasil olmuşdur.

Sünnü və şiə alimlərinin yekdil nəzərinə görə Əhli-beyt imamları tərəfindən əsasi qoyulan elmlərdən biri nəhv (sintaktika) elmidir. Bu elmin külli qaydaları imam Əli (əleyhis-salam) tərəfindən icad olunmuşdur ki, onun sayəsində müsəlmanlar Quranı, Peyğəmbər sünnətini və digər ərəb mətnlərini düzgün şəkildə oxuya bilsinlər. Həzrət Əli (əleyhis-salam) bu elmin təfərrüatını öz şagirdi Əbul-Əsvəd Duəliyə  həvalə etmiş və o da nəhv elminin incəliklərini o həzrətin nəzarəti altında qələmə almışdır. O bu işi görmüş və ondan sonra nəhv elmindən istifadə etməklə ilk dəfə Qurana hərəkə qoyulmuşdur. Bir əsrdən sonra Əli (əleyhis-salam)-ın şiələrindən digər biri olan Xəlil ibni Əhməd Fərahidi (o bəzi islam elmlərinin əsasını qoymuşdur) Qurana hərəkə qoyulmasını təkmilləşdirmiş və hazırkı formaya salmışdır.

Buna əsasən islamın əvvəllərindən indiyə qədər həm şiələr, həm də sünnülər  Qurana hərəkə qoyulduğuna görə düzgün şəkildə oxuya bildikləri üçün Əli (əleyhis-salam)-ın özünün, şagirdlərinin və şiələrinin yorulmaz səylərinə borcludurlar.

Şiələr iftixar edirlər ki, özlərinin qələm və mədəni cihadı ilə həqiqi Peyğəmbər sünnətini və düzgün islam təfəkkürünü bütün dünyaya təqdim etmişlər. Bu da Əhli-beyt təlimlərində “Quranın bərabəri” kimi qələmə verilir.[6]

Bundan əlavə, əgər ayrı-ayrı insanların şəxsiyyət və üstünlüyü onların hökumətlərinin coğrafi hüdudları ilə ölçülürsə, onda əvvəldəki iki xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən də üstün sayılmalıdır! Çünki Peyğəmbərin dövründə islamın əldə etdiyi qüdrət bu iki xəlifənin dövründə mövcud olan qüdrətdən çox-çox az idi. Əgər doğrudan da meyar hökumətin coğrafi sərhədlərinin genişləndirilməsi olsaydı, Harun ər-Rəşidin dövründə islam günəşi hər bir zamandan artıq parlayırdı. Onda belə çıxır ki, Harun hamıdan, hətta Peyğəmbərdən və xəlifələrdən də üstündür!

İslam sərhədlərinin genişləndirilməsi əslində bu iki xəlifənin xilafəti sayəsində yox, islamın ruhoxşayan və qəlblər tərəfindən qəbul edilən təlimləri sayəsində olmuşdur, camaat da öz zalım hökumətlərindən cana gəlib nalə edirdilər.

“La ilahə illəllah” nidası həmişə ədalət və müsavat şüarları ilə yanaşı müxtəlif insanlar arasında çox yüksək cazibəyə malik idi və ayrı-ayrı xalqları islama doğru cəzb edirdi. Eyni halda, islamın genişlənməsində bu müqəddəs dinin gətirdiyi cihad və şəhadət mədəniyyətinin rolunu  görməməzliyə vurmaq olmaz.

Bundan əlavə, imam Əli (əleyhis-salam)-ın xilafəti dövründə icad edilən ixtilaf və ikitirəlilik əvvəlki xəlifələrin yanlış hökumət və idarəçilik üslubunun təbii nəticəsi idi. Xüsusilə üçüncü xəlifənin dövründə ədalət və insanları sevmək kimi hislər tamamilə unudulmuş, bu hislər öz yerini mal-dövlət yığmağa və qəbilə təəssüblərinə vermişdi. İmam (əleyhis-salam) dünyaya məftun və qızıl-gümüş toplamaq fikrində olan bu adamları Peyğəmbərin dövründə olduğu şəraitə qaytarmaq istəyirdi. Məhz bu zaman dünyaya məftun olanlar belə bir ilahi-ədalət hökuməti ilə müxalifətə qalxdılar. Onlar əvvəllər ümumxalq əmlakından mənimsədikləri  maddi imkanlarla Əli (əleyhis-salam) ilə müharibə aparmaq üçün böyük bir ordu təşkil etdilər. İmam Əli (əleyhis-salam) da Peyğəmbərin əvvəlcədən vermiş olduğu fərmana və Quranın aşkar bəyanına əsasən onlarla müharibə apardı.[7]

Deməli, bu ixtilafların mənşəyi Əli (əleyhis-salam)-ın hökuməti yox, əksinə o həzrətin ilahi ədalət hökumətini qəbul etməyə tab gətirə bilməyən əvvəlki yanlış tərbiyələrin nəticəsi idi.[8]

 


[1] “Kəşful-ğummə”, 1-ci cild, səh. 205; “Yənabiul-məvəddət”, səh. 94 və 95; “Elamul-vəra”, səh. 194; “Nəhcul-bəlağə”nin şərhi, İbni Əbil-Hədid, 13-cü cild, səh. 261, 285, 19-cu cild, səh. 61; “Məcməul-bəyan”, Təbərsi, 8-ci cild, səh. 343

[2] “Müstədrək”, 3-cü cild, səh. 32; “Mənaqib”, Xarəzmi, səh. 58; “Şərhi Məvaqif”, 8-ci cild, səh. 371; “Fəraidus-simteyn”, 1-ci cild, səh. 256: “Tarixi Bağdad”, 13-cü cild, səh. 19; “Şəhavidut-tənzil”, 2-ci cild, səh. 14; “Təfsiri Kəbir”, Fəxr Razi, 32-ci cild, səh. 31; “Şərhi Məqasid”, Təftazani, 5-ci cild, səh. 298; “Məcməul-bəyan”, 8-ci cild, səh. 343

[3] “Əşşəhabu fil-hikəm vəl-adab”, səh. 22; Məhəmməd Təbərinin “Şiə cavanlarına cavab”, səh. 134-dən nəqlən:

ثَلاَثَةٌ تَخْرِقُ الْحُجُبَ وَ تَنْتَهِي إِلَي مَا بَيْنَ يَدَيِ اللهِ، صَرِيرُ أَقْلاَمِ الْعُلَمَاءِ وَ وَطْءُ أَقْدَامِ الْمُجَاهِدِينَ، وَ صَوْتُ مَغَازِلِ الْمُحْصَنَاتِ

[4] “Əvalil-ləali”, 1-ci cild, səh. 432, hədis 131:

قَالَ رَسُولُ اللهِ ص أَفْضَلُ الْجِهَادِ كَلِمَةُ حَقٍّ عِنْدَ سُلْطَانٍ جَائِرٍ

[5] Əmini, “Fəzilət şəhidləri”, Təbəri, Məhəmməd, “Şiə cavanlarına cavab”, səh. 135-dən nəqlən

[6] Təbəri, Məhəmməd, “Şiə cavanlarına cavab”, səh. 131-135

[7] “Səhihi İbni Hibban”, 15-ci cild, səh. 285, hədis 6937; “Müstədrək”, Hakim, 3-cü cild, səh. 122; “Müsnədi Əhməd”, 17-ci cild, səh. 360, hədis 11258. Məhəmməd Təbərinin “Şiə cavanlara cavab”, səh. 106-107 dən nəqlən

[8] Təbəri, Məhəmməd, “Şiə cavanlara cavab”, səh. 105-107

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Beş kimsənənin (ə) adları Töratda və İncildə gəlibdir?
    7281 Qədim kəlam
    Bəzi hədislərə əsasən pənctəni ali əbanın yəni Əziz Peyğəmbər (s), İmam Əli (ə), həzrəti Zəhra (ə), İmam Həsəni ÇMüctəba (ə), və İmam Hüseyn (ə) adları İncildə və Tövratda zikr olubdur o cümlədən İmam Rza (ə) Casilqlə (kimsənənin böyüklərindən) və Rəsulul- calutla (yəhudilərin rəhbəri) münazirələrində bu məsələyə işarələr ...
  • Allahın yadından (zikrindən) qafil olmaqla insanın şeytanla yoldaş olması necə mümkündür?
    3367 Təfsir
    Sualda qeyd olunan ayənin mənası budur ki, Allahın göstərişlərindən imtina etmək və həyatda Onun zikr və yadından qafil olmağın nəticəsi şeytanla yoldaş və həmsöhbət olmaqdır. Allahın zikr və yadından üz çevirmək kiçik bir günah və səhv deyildir; elə bir mövzudur ki, uzun zaman ərzində kiçik və böyük ...
  • Aya müsəlmanların rəhbərləri üçün müsəlmanların vəliyyi əmri" ləqəbini istifadə etmək düzgündürmü?
    3398 Siyasət fəlsəfəsi
    Qeyd olunmuş ayəyə əsasən, cavab insanların nəfslərinə və mallarına vəli və sahib olmaq Allaha malikdir və yalnız Allahın izniylə bu iş həyata keçir, o cür ki, bizim də etiqadımız bundan ibarətdir bu qüdrət və ixtiyar Peyğəmbərdən (s) sonra bir- bir İmamlara (ə) verilmişdir. Amma İmam Zamanın (ə) ...
  • Təthir ayəsi Quranın hansı surəsindədir?
    5459 Təfsir
    Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır. Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə ...
  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    4011 Əməli əxlaq
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • İslam cəmiyyətində bir vətəndaşın daha çox lazımlı xüsusiyyətləri nədir?
    3984 Nizamlar hüquq və əhkam
    İnsanlara həyat bəxş edən islam məktəbi və Allahın son şəriəti, kamil və tamam bir dindir. Bunun üçün də islamda ictimai qanun və hökümlər bir şəxs üçün təyin olunmuş hökm kimi məsuliyyət daşıyır. İslam nəzərində ictimai həyat və cəmiyyətdə hər bir insanın bir- biriylə olan rabitəsi və hər bir vətəndaşın vəzifəsi ...
  • Dua kitabları kifayət qədər etibara malikdirmi?
    5280 Əməli əxlaq
    Burada üç məsələni qeyd etmək lazımdır: 1. Qeyd olunan kitablar, müəllifləri tərəfindən etimadlı sayılır və qəbul olunur. Bu mövzuya “Əl-məzarul-kəbir”, “Əl-bələdul-əmin” kitablarının müqəddiməsində işarə edilmişdir. Mərhum Əllamə Məclisi bu kitablara etimad ...
  • Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
    4197 Qədim kəlam
    1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin ...
  • Həmadə qadın idi (olub) ya kişi və necə şəxsiyyətə malik idi?
    3466 تاريخ بزرگان
    Rical (elm adıdır) mənbələrində qeyd olunanlara əsasən iki qadın şəxsiyyəti "Həmadə" adında olubdur ki, biri "Həmadə bint Rəca" və başqası "Həmadə bintil- Həsən". Belə nəzərə gəlir ki, həqiqətdə bu ikisi bir nəfər ola. Bu xanım, İmam Sadiqin (ə) səhabələrindən olub və Kuleyni və Şeyx Səduq onun vasitəsilə ...
  • Кәлами мәсәләләрин мејары нәдир?
    3398 Qədim kəlam
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111870 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85220 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64086 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47265 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34973 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34287 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24346 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23668 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23456 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21699 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...