Ətraflı axtarış
Baxanların
3118
İnternetə qoyma tarixi: 2014/11/03
Sualın xülasəsi
Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd olunmuş açıq-aydın günahın nümunəsidirmi?
Sual
İmam Sadiqdən (ələyhissalam) Əhzab surəsinin təfsirində qeyd olunan açıqlamanın sənədi səhihdirmi? İmam Sadiq (ələyhissalam) buyurur: "Ayədəki açıq aşkar günahdan məqsəd Ayişədir."
Qısa cavab
Ərəb dilində "fahişə" sözü çox çirkin günahlara və ya elə günahlara deyilir ki, şəri cəhətdən haram olmağından əlavə, əqli cəhətdən də qəbih sayılır. Əlbəttə, bəzi vaxtlar ərəblər zinakar qadına da fahişə deyirlər. Amma, Quranda gələn bu kəlmə ümumi mənada olub, hər bir günaha aid olur. Bəyyinə kəlməsi isə aşkar və vazeh mənasındadır.
Heç şübhə yoxdur ki, Ayişə Cəməl döyüşündə İmam Əlinin (ələyhissalam)  əleyhinə çıxdığına və Cəməl döyüşündə iştirak etdiyinə görə böyük günaha düçar olmuşdu. O cəhətdən, Ayişə bu ayəyə aid olur. Amma, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcəsi kimi başqa qeyri-şəri günahlara mürtəkib olması təsdiq olunmur.
 
Ətreaflı cavab
Əhzab surəsinin 30-cu ayəsində oxuyuruq: "Siz ey Peəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) görsə, onun əza ikiqat olar. Bu, Allah üçün asandır! "
Ərəb dilində fahişə sözü ən pis və çirkin günaha deyilir. İslam Peyğəmğbərini (səlləllahu ələyhi və alihi və səlləm) incitmək, töhmət, qeybət və sair günahlara aid olur.[1] Başqa sözlə desək, bəzi günahlar şəri cəhətdən haram olduğuna görə ona "mikər" deyilir və onun müqabilində məruf kəlməsi durur. Amma, elə günahlar var ki, şəri cəhətdən haram olmağından əlavə, əqli cəhətdən də qəbih sayılır. Fahişə sözü belə günahlara aiddir.[2] Bu sözün şahidi budur ki, Allah-Taala Quranda buyurur: "Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohumqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! "[3] – bu ayədə fəhşa kəlməsi ilə münkər sözü ayrı-ayırlıqda işlənmişdir.
Fahişeyi mübəyyinə –sözü aşkar və böyük günah mənasındadır.  Bildiyimiz kimi böyük şəxsiyyətlərdən aşkar günah baş verdikdə onun təsiri və fəsadı daha çox olur.
Bəzi rəvayətlərdə faişeyi-mübəyyinədən məqsəd haqq əheyhinə şəmşirlə çıxmaq və ya İmam Əli (ələyhissalam)  ilə döyüşə çıxmaq kimi təfsir olunur.[4]
Beləliklə, bəzilərinin şiələrə nisbət verdiklərinin əksinə olaraq, heç bir rəvayətdə fahişə sözünün məhşur mənası, Ümmul-möminin Ayişəyə nisbət verilməsi yoxdur. Təkcə rəvayətdə bu məna elam olunub ki, fahişə sözü İmam Əlinin (ələyhissalam)  əleyhinə çıxmaq kimi təfsir olunur və bu da aşkar böyük şəri və əqli günahlardan biri sayılır.  Həmin mövzuda diqqətinizi bir neçə məsələyə cəlb etmək istərdik:
Birinci:  Rəvayətdə qeyd edələn fahişə sözünün "döyüş və müharibə" – kimi təfsir olunması, ayədəki fahişə sözünün ümumi mənalarından bir nümunəsini əks etdirir. Amma ayədə bu sözün mənası ümumidir.
İkinci: Əzabın ikiqat olması hökmü əslində, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrinə məxsus deyil. Bəlkə hər kəsə Allahın höccəti və dəlili tamam olsa və insan bütün dəlilləri bilə-bilə yenə də günaha düşsə, ikiqat əzab və daha şiddətli əzab ala bilər.[5] Başqa sözlə desək, baxmayaraq ki, qeyd etdiymiz ayədə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrindən söz gedir ki, əgər Allaha itət etsələr ikiqat savab apararlar və əgər aşkarda günah etsələr ikiqat əzaba düçar oalcaqlar. Amma, bütün bu ikiqat savab və əzabın əslində meyarın insanın ictimai mövqeiyyəti və şəxsiyyəti olduğuna görə bu hökm cəmiyyətdə şəxsiyyəti və xüsusi mövqiyyəti olan hər kəsə sidq edə bilər.
Bu cür şəxsiyyətlər təkcə özlərinə aid deyillər. Bəlkə, onların varlığının iki cəhəti var. Bir cəhəti özlərinə, digər cəhəti isə cəmiyyətə bağlıdır. Onların həyat tərzi və proqramı bütöv bir cəmiyyəti hidayət edər və ya zəlalətə sala bilər. Beləliklə, onların əməl və rəftarlarının iki təsiri var. Birin fərdi, digəri isə ictimaidir. Buna görə də hər bir cəhətin özünəməxsus əzab və mükafatı vardır.[6]  Ona görə də İmam Sadiqdən (ələyhissalam)  rəvayətin birində oxuyuruq, buyurur: "Alimdən bir günah bağışlanınca cahildən yetmiş günah bağışlanacaq."[7]
Son nöqtə: İslam Peybəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcələrinin ikiqat əzabının da dəlili ayıdındır. Çünki, vəhy evində və peyğəmbərlik mərkəzində yaşayış edirlər. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə daha yaxından əlaqədə olduqlarına görə onların İslamdan agahlığı digərlərinə adi insanlara nisbət daha çoxdur. Bundan əlavə, başqaları onlara baxır və əməllərini özləri üçün sərməşq qərar verirlər.  Beləliklə, günahları Allah dərgahında daha böyükdür. Çünki, əzab və savabın miqdarı,  insanın mərifət, agahlıq dərəcəsindən və cəmiyyətə olan təsirindən asılıdır.
Onların həm cəmiyyətdə və həm agahlıq cəhətdən səhmiyyələri çox olduğuna görə bu qanuna aiddirlər. Digər cəhətdən, onların pis əxlaqları bir tərəfdən İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) əziyyət verir, digər tərəfdən isə O Həzrətin mövqeiyyətinə zərbə vurur. Bunun özü isə başqa bir günah və əzabı vardır.[8]
Bu bəhsi İmam Səccadın (ələyhissalam)  bir hədisi ilə başa vururuq: Bir nəfər İmamdan soruşur: Siz elə bir ailədənsiniz ki, Allah-Taala Sizi xüsusi bağışlanmaq rəhmətinə aid edib. İmam (ələyhissalam)  qəzəblənir və buyurur: "Biz, Allahın Quranda İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) xəbərdarlıq etdiyi məsələyə daha layiqlik. Sən deyən kimi də deyil. Yəni, Biz də yaxşı işlərimizə görə iki mükafat, əgər bizdən günah baş versə (mt.məsum İmam günah etməz), ikiqat əzab alarıq." Sonra İmam (ələyhissalam)  yuxarıdakı qeyd etdiymiz iki ayəni tilavət elədi.[9]
 

[1] Təbatəbi, Seyyid Məhəmməd Hüseyn,  Əl-Mizan fi təfsiril Quran; c.16; səh.307; Qum, Dəftər intişarat islami nəşriyyatı, beşinci çap, 1417 h. Qəməri ili
[2] Təyyib, Seyyid Əbdul-Hüseyn,  Ətyəbul-bəyan fi təfsiril-Quran, c.10; səh.498; Tehran, İslam nəşriyyatı, 1378 şəmsi ili
[3]  Nəhl surəsi 90
[4] Əli bin İbrahimin təfsirində Məhəmməd ibn Əhməddən nəql olunur: deyir: Məhəmməd ibn Əbdullah ibn Ğalib, Əbdurrəhmandan, ibn Əbi Nəcran, o da Həmmad ibn Hərizdən nəql edir. Deiyr: Əba ƏBdullahdan (əleyhissalam) bu ayə haqqında soruşdum. İmam (əleyhissalama) buyurdu: Fahişə yəni, "qılıncla çıxmaq"; Ərusi Huveyzi, Əbd Əli ibn Cumə, Təfsir Nur Səqəleyn, c.4; səh.268; Qum, İsmailiyyan nəşriyyatı, dördüncü çap, 1415 h. Qəməri, Məhəmməd ibn Abbas nəql edir:  Hüseyn ibn Əhməd bizə nəql edir, Məhəmməd ibn İsadan, o da Yunisdən, o da Kiramdan, o da Məhəməd ibn Müslimdən, o da Əbi Əbdullahdan (əleyhissalam), nəql edii ki İmam (ələyhissalam)  mənə buyurur:" Bilirsən fahişeyi-mübəyyinə ayədə nədir?" Dedim: yox. İmam (ələyhissalam)  buyurdu: "Əmirəl-mömininlə (əleyhissalam) döyüşmək." Yəni, Cəməl əhli. Bəhrani,Seyyid Haşim ibn Süleyman, Əl-Burhan fi təfsiril-Quran; c.4; səh.441; Tehran. Bunyad besət nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.
[5]  Təyyib, Seyyid Əbdul-Hüseyn,  Ətyəbul-bəyan fi təfsiril-Quran, c.10; səh.498; Tehran, İslam nəşriyyatı, 1378 şəmsi ili
[6] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.17; səh.283; Tehran,, Darul-kutubul islamiyyə nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.
[7] Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, c.1; səh.47; Tehran, Darul-kutubul islamiyyə nəşriyyatı, dördüncü çap, 1407 h.qəməri
[8] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə,c.17; səh.284-285; Tehran,, Darul-kutubul islamiyyə nəşriyyatı, birinci çap, 1374 şəmsi ili.
[9] Məclisi,  Məhəmməd Baqir, Biharul-Ənvar, c.22; səh.175; Beyrut, darul ehyau turasi ərəbiyyə nəşriyyatı, ikinci çap. 1403 h. Qəməri ili
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
    8985 Nizamlar hüquq və əhkam 2011/06/27
    Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün ...
  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    12315 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • Bütün İlahi peyğəmbərlər kitaba malik olmuşlarmı? Əgər belədirsə, həzərt Nuhun (ə) kitabınıb adı nədir?
    3464 Qədim kəlam 2012/04/18
    Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin ...
  • Əhdə əməl etməməyin kəffarəsi nədir?
    3686 Nizamlar hüquq və əhkam 2011/05/30
    Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir ...
  • Quranın müqəttiə hərflərinin mənası nədir?
    7457 Quran elmləri 2011/11/17
    Müqəttiə hərfləri o hərflərdir ki, bəzi surələrin əvvəlində gəlir və müstəqil mənaları yoxdur. Bu hərflərin təfsirində müxtəlif nəzərlər və rəylər deyilibdir ki, ən doğru nəzər budur ki, bu hərflər rəmzdirlər Peyğəmbər və övliyalar ondan xəbərdardırlar. «صراط علی حق نمسکه» Cümləsi bəzi mühəqqiqlərin sözüdür və rəvayətlərdə kökü yoxdur. ...
  • İslam ilə məsihilik arasında Allahın övlad sahibi olub-olmaması ilə əlaqədar ziddiyyət necə izah edilə bilər?
    3508 Qədim kəlam 2011/09/12
    “Tövhid” surəsindən aydın olduğu kimi, müsəlmanların əqidəsi budur ki, Allah-taala nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur. Bütün tövhid dinləri də belə etiqada malikdir və həzrət Məsihin dini də bu külli qaydadan istisna deyildir. Çünki bütün ilahi dinlər əql və sağlam insan fitrəti əsasında qurulmuşdur. ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    5135 Əməli irfan 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • Arestotelin peyğəmbər olması.
    3562 تاريخ بزرگان 2011/09/11
    Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə ...
  • "Bir zaman gələcək ki, müsəlmanlar 73 firqəyə parçalanacaq" buyuran hədis doğrudurmu?
    6123 Hədis elmləri 2012/01/08
    "Ümmətin iftiraqı" (Peyğəmbər dünyadan gedəndən sonra müsəlmanların firqə- firqə olması) hədislərini sünni və şiənin hədis alimləri müxtəlif sənədlərlə nəql ediblər.Bu hədislərin hamısının mətni, müsəlmanların İslam Peyğəmbərindən sonra firqı- firqə olması və parçalanmasından xəbər verir və bir növ məna cəhətdən mütavatirdirlər. Ən azı bu hədislərin biri sənəd baxımından doğru və ...
  • Oğlan və qız elçilikdən və nişanlanandan sonra və əqd axşamından qabaq, bir- birləri ilə necə əlaqələri ola bilər?
    13882 Nizamlar hüquq və əhkam 2011/05/30
    Həkim Allah kişi və qadını bir- biri üçün yaradıb və İslam nəzərindən onlar bir- birlərini tamalayırlar. Çünki bir- birinin aramlığına səbəb və bir- birinin eşqi, ruhi və cinsi ehtiyaclarını yerinə yetirirlər.İslam iki tərəfin ehtiyaclarının həll olması üçün, evlilik çərçivəsi təyin edib və qadınla kişi arasındakı bütün əlaqələr ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    107650 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    82090 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    59849 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    42885 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    32866 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    27091 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22948 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22918 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    21600 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20890 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...