Ətraflı axtarış
Baxanların
636
İnternetə qoyma tarixi: 2006/12/06
Sualın xülasəsi
Fətva verməyin əsasları nələrdir?
Sual
Xahiş edirəm, fətva verməyin əsaslarını (müctəhidlərə) biraz izah edin.
Qısa cavab

İctihad sözü lüğətdə, çətinliyə dözmək,habelə ,qüdrət və bacarıq deməkdir.Fəhiqlərin terminində isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir.

Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilmək üçün,ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s, bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı,bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki,o əsasa söykənməklə,ictihad mənbələrindən bəhrə apara bilsin.

Ətreaflı cavab

İctihat “Cəhədə” (cim hərfini fəthlə oxusaq)[1] kökündən olub,çətinliklərə dözmək,habelə qüdrət və bacarıq (cəhədə - cim hərfini zəmzlə oxusaq-kökündən olarsa )[2] mənalarını verir. Ancaq fəhiqlərin terminology mənasında isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir.

Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilomək üçün,ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s[3], bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı,bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki,o əsasa söykənməklə,ictihad mənbələrindən bəhrə apara bilsin.

 Məsələn, hədis və rəvayətlərdən istifadə edərkən bir müctəhid, rical elmində qəbul etdiyi əsaslara görə,hansısa bir  rəvayətin sənədini etibarsız hesab edərək ona istinad etmirvə bu məsələdə də, başqa heç bir rəvayət və dəlildə  yoxdur. Bu zaman müctehid  bu mövzuda fətva verə bilməz.Bir halda ki,digər müctehidlər o rəvayətin sənədini səhih bilməklə,həmin rəvayətə istinad edə bilərlər.Ətbətdə,qeyd etmək lazımdır ki,bütün müctehidlərin təhlil qabiliyyəti eyni deyildir.Buna görə də,hər bir müctehid hansısa bir ayə və ya rəvayətdən ayı-ayrı nəticələr əldə edə bilər. Hətta mümkündür ki,hansısa bir müctehid müəyyən bir şeyi,hansısa xas bir hökmün mövzusu və misdaqı bilmiş olsun,ancaq,digər müctehidlərin nəzərində belə olmamış olsun.

İndisə,müctehidlərin fətva[4] verərkən istifadə etdikləri əsas mənbə olan Quran,sünnə,icma və əql kimi mənbələrə işarə edəcəyik:

Quran, İslam hökmlərinin ilk mənbəsidir və onun qəbul olunması xüsusunda bütün müsəlmanlar yekdildirlər.Ancaq,”uca vəhy görəsən bizlər üçün anlaşılandır ya yox”, “görəsən vəhyin kəlamında dəyişiklik baş verib ya yox” kimi məsələlərdə hər bir müctehid nəzər və rəy sahibi olmalıdır.[5]

  1. Sünnə (məsumun sözü,əməli və ya təsdiqi)

Aydındır ki,peyğəmbərin (s) sözü,əməli və təsdiqinin,bir sözlə sünnənin höccət olması isbata ehtiyacı olsa da Quranın bir-başa göstərişlərini nəzərə alsaq,bu isbat bir o qədər də çətin bir məsələ deyildir və çoxlu bəhslərə də ehtiyacı yoxdur.Buna görə də,İslam alımləri bu məsələni rahat şəkildə qəbul etmişlər.[6] Eyniylə,İmamların sözü və əməli də bizlər üçün höccətdir və İmamiyyə alimləri belə etiqada sahibdirlər:Peyğəmbərin (s) həll yolu olaraq tədarük gördüyü və onu dəfələrlə bəyan etdiyi məsələ “Məsum imamların sünnəsinin höccət olması”[7] məsələsidir. Çünki,Peyğəmbər belə buyurubdur:Mən sizin aranızda iki ağır əmanət qoyuram.Bunlar Allahın kitablı və mənim itrətimdir.Sizlər bu ikisinə müraciət edəcəyiniz təqdirdə, heç vaxt yolunuzu azmayacaqsınız.[8]Bəs,əgər Peyğəmbərin (s) və ya İmamların (ə) hansısa bir əməli xas bir şəkildə yerinə yetirdikləri isbat olsa,yaxud da,başqaları o Həzrətlərin yanında hansısa bir əməli edərdilərsə və  İmamlar da onu təsdiq edirdilərsə,yəni imamlar öz sükutları ilə o əməlin səhihliyini bildirirdilərsə,bu zaman fəqih bu məsələyə istinad edə bilər.[9]

“Görəsən sünnə Quranın müqəyyid və müxəssisi ola bilərmi?” və ya “mövqe, sünnəyə təsir qoya bilərmi”[10] kimi məsələlər barəsində hər bir müctehid rəy və nəzərə sahibi olmalıdır ki ,sünnə vasitəsiylə hər hansı şəri hökmü ələ gətirə bilsin.

  1. İcma (fəqihlərin bir məsələdə yekdil olması): İmamiyyə alimlərin nəzərində İcma o zaman höccətdir ki,Peyğəmbər (s) və İmamların sözünü açıqlığa çıxartsın.Məsələn, əgər məlum olsa ki, peyğəmbər (s) zamanında bütün müsəlmanlar hansısıa bir məsələ barəsində eyni əqidəyə sahib olmuşlar və eyni cür əməl etmişlər,bütün bunlar buna dəlildir ki,müsəlmanlar həmin hökmü peyğəmbərdən ələ gətirmişlər.Yaxud da ki,hər hansı bir İmamın (ə) əshabı bir məsələdə vəhdətə malik olsalar,bu vəhdət onların həmin məsələni bir başa imamdan öyrənmələrinə dəlildir.Əgər belə olsa,yəqindir ki,həmin icma höccətdir.Ancaq bu höcciyyət icmanın özünə görə deyil də,məsumun sözünü ortaya çıxardığına görə höccət hesab olunur.[11]
  2. Əql:İslam təlimlərində əql qədər tərif və təqdir olunmuş başqa bir şey yoxdur.Bu təqdir və tərifdə əqlin bütün həqiqətləri tanıması və əqlin təsirləri,habelə,etiqadi,fərdi,əxlaqi məsələlərdə doğrunu yalnışlardan ayırmaq kimi müxtəlif nötqələrinə diqqə yetirilir.Bütün bunların hamısına baxsaq görərik ki,şəriət sahibinin özü də əqlin zati cəhətdən höccət olmasını bir-başa təsdiqləyir.[12] Bu səbəbdən də,İslam alimləri arasında əql, şəri hökmləri ələ gətirmək üçün bir mənbə olaraq vurğulanır.[13]Bəs,şiə əqidəsinə görə,əgər əql bir məsələdə,yəqin olaraq hökm versə,bu hökm yəqini olduğuna görə əqlin höccət olmasına hökm verilir.[14]

 

Nəticə olaraq,hər bir fəqih,bu dörd mənbəyə əsaslanaraq və özünün ictihadi əsaslarına söykənərək fətva verir.Əlbətdə,qeyd etməliyik ki,ictihadın əsasları,burada bəyan olunam məsələlərlə kifayətlənmir.

Daha çox məlumat əldə etmək üçün, ustad Hadəvi Tehraninin üsul elmində yazılmış “cözvatul-təəmmulat” əsərini mütailə edə bilərsiniz.

 

 

 

 


[1] əl-Nihayə,cild 1,səh 319.

[2] Həmin mənbə

[3] Hadəvi Tehrani,məbaniye kəlamiye ictihad,səh 19 və 20

[4] Fiqh teminində bu mənbələr “ədilleye ərbəə” olaraq yad edilir.

[5] Cənnati,Mühəmməd İbrahim,Mənabeye ictihad,cild 1,səh 76,daha çox məlumat üçün: Hadəvi Tehrani,Məhdi,Fəlsəfeye elm üsul fiqh,dördüncü dəftər,Qurani Kərimin  sadir olmasının əsasları

[6] Əlbətdə çox az sayda şəxslər bunu inkar etmişlər.Bu barədə,Muhəmməd ibn İdris Şafeinin “Kitabul um” kitabında işarə olunubdur.cild 7,səh 250,

[7] Həmin mənbə

[8] Biharul-ənvar cild 23,səh 118

[9] Hadəvi Tehrani,Məhdi,Fəlsəfeye elm üsul fiqh,dördüncü dəftər,sünnətin sadir olmasının əsasları və dəlilləri

[10] Həmin mənbə,səh 75

[11] Əbul-qasim Gərəci,fiq və fəqihlərin tarixi,səh 68

[12] İctihadın mənbələri,cil 1,səh 243

[13] Həmin,səh 224

[14] Şəhid Mütəhhəri,İslam elmləri ilə tanışlıq,cil 3, səh 19

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    115798 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    88640 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    67554 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    51366 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    42571 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36813 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25738 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25057 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24447 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22470 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...