Ətraflı axtarış
Baxanların
4115
İnternetə qoyma tarixi: 2012/04/17
Sualın xülasəsi
Tur dağının bəni İsrailin başının üstünə qaldırılmasından məqsəd nədir?
Sual
Bəqərə surəsinin 62- ci ayəsi deyir: "Ey bəni İsrail yadınıza salın o vaxtı ki, sizdən peyman aldıq və Tur dağın sizin başınızın üzərinə qaldırdıq və göstəriş verdik ki, Toratın hökmlərindən möhkəm əqidə ilə tabeçilik edin və həmişə onu nəzərdə tutun ki, doğrucul olasız". Bu ayəyə əsasən Tur dağının qaldırılması bəni İsraildən peyman aldqdan sonradır. İzah lazım deyil ki, bu ayə nə qədər elmi həqiqətlərdən uzaqdır. Əgər məqsəd yaradılışın əvvəlində Tur dağının qaldırılmasıdır. Bu cümləni bəni İsraildən peyman alınandan sonra gətirilməsi Quran yazanın (əstəğfirullah) sayaqlamağından başqa bir şey çatdırmır. Bu ayəni necə izah etmək olar?
Qısa cavab

Quran ayələrinin neçəsində " وَ رَفَعْنا فَوْقَكُمُ الطُّور" təbiri və bəni İsrail barəsində oxşar təbirlər bəyan olubdur. Təfsir kitablarında gələnlərə əsasən bu ayələr bir tarixi hadisəyə işarə edir ki, həzrəti Musanın (ə) zamanında bəni İsrailin Allahın göstərişləriylə müxalifətinə görə baş verib. Qadir Allah Tur dağının bir hissəsini bəni İsrailin başının üzərində hərəkətə gətirdi. Allahın sonsuz qüdrətinə diqqət etməklə ki, milyonlarla ulduzu, mənzuməni və kəhkəşanı yaradıb və müəyyən fasilələrlə fəzada hərəkətə gətiribdir. Quranın baş verdiyindən xəbər verdiyi belə bir işin, mümkün olması əql və elmi cəhətdən qeyri mümkün və təəccüblü deyil.

Ətreaflı cavab

Bəqərə surəsinin 62- ci ayəsində bəni İsraillə əlaqədar iki nöqtəyə işarə olubdur:

  1. Bəni İsraildən peyman almaq:

Bu peyman ki, onun bəzi maddələri Qurani məcidin ayələrində[1] və habelə Toratda bəyan olubdur bunlardan ibarət idi: Allahın tohidi (yeganəliyi) bütün İlahi Peyğəmbərlərə iman gətirmək, Ata anaya, qohumlara, yetimlərə və kasıblara yaxşılıq etmək, Allah yolunda infaq edib və sədəqə vermək, yaxşı danışmaq, namazı bərpa etmək, zəkat ödəmək, qan tökməkdən çəkinmək və... Maidə surəsinin 12- ci ayəsində onlara zəmanət verir ki, əgər bu peymana əməl etsələr, cənnət əhli olacaqlar.

  1. Tur dağının bəni İsrailin başının üzərində qərar tutması

Təfsir kitablarında yazılanlara əsasən Tur dağının bəni İsrailin başı üzərində qərar tutması həqiqətən baş verən bir hadisə olub ki, həzrəti Musanın (ə) zamanında baş veribdir. Belə deyil ki, yaradılışın əvvəlində baş vermiş olsun. Deyilmişdir ki, Quran ayələrindən bir neçəsində " وَ رَفَعْنا فَوْقَكُمُ الطُّور" təbiriylə və bəni İsrail haqqında oxşaq təbirlərlə bu həqiqətə işarə edibdir.[2]

Təbərsi "İbni Zeyd" tərəfindən belə nəql edir: O Zaman ki, həzrəti Musa (ə) Tur dağından qayıtdı və toratı özüylə gətirdi, qövmünə elan etdi səmabi bir kitab gətirmişəm ki, dini göstərişləri və halal haramı özündə yerləşdiribdir.

O göstərişlər ki, Allah sizin iş praqramınız qərar verib götürün və onun hökmlərinə əməl edin. Yəhudilər bu bəhanə ilə ki, onlar üçün çətin təkliflər gətirib itaətsizlik və tərslik etdilər. Allah da mələklərə əmr etdi ki, Tur dağının böyük bir tikəsini onların başı üzərində qərar versinlər. Bu zaman həzrəti Musa (ə) elan etdi: Allahın göstərişlərinə əməl etməyinizə əhd peyman etsəniz bu əzab və cəza sizdən götürüləcək əks halda hamınız həlak olacaqsınız. Onlar təslim oldular, Toratı qəbul etdilər və Allaha səcdə etdilər. Bir halda ki, hər an dağın başlarına tökülməyinin intizarını çəkirdilər, amma tövbənin bərəkətiylə nəhayət Allahın bu əzabı onlardan götürüldü".[3]

Buna əsasən yuxarıdakı ayə Allahın kafirlərin bu göstərişlərdən boyun qaçıranlar tənbihiylə əlaqədar qüdrətinin və əzəmətinin nişanəsidir. Habelə bu ayə Peyğəmbərlərin tarixdə baş verən peymanlarının nişanəsidir. Allahın sonsuz qüdrətini nəzərə alsaq ki, milyonlarla ulduzu, mənzuməni və kəhkəşanı yaradıb və müəyyən fasilələrlə fəzada saxlayıb və çoxlu sürətlə onlara hərəkət veribdir. Belə bir işin baş verməsinin mümkün olması ki, Quran ondan xəbər veribdir. (Tur dağının bir hissəsinin ya hamısının bəni İsrailin başı üzərində hərəkətə gəlməsi) əql və elm cəhətdən qeyri mümkün və təəccüblü deyil.

Bəli mümkündür adi nəzər salsaq qeyri adi bir iş olsun. Amma demək lazımdır ki, bu hadisə İlahi Peyğəmbərlərin digər möcüzələri kimi (ölülərin həzrəti İsanın (ə) vasitəsilə dirilməsi, həzrəti Salehin (ə) dağın arasından dəvəni xaric etmək və...) ki bunların hamısı qeyri adi işlər olub. Amma Allahın izniylə hamının gözü qarşısında baş veribdir. Bu nöqtəni burada yada salmaq lazımdır ki, dağın bəni İsrailin başı üzərində qərar tutmasının keyfiyyəti haqqında sözlər müxtəlifdir. Bir dəstə təfsirçinin etiqadı budur ki, Allahjın fərmanıyla Tur dağı yerindən qopub kölgə kimi onların başı üzərində qərar tutdu.[4]

Bu nəzər o ayədən götürülüb ki, buyurur: Və (habelə yadına gətir) o vaxtı ki, dağı kölgə kimi onların başı üzərinə qaldırdıq, o cürə ki, güman etdilər ki, onların üzərinə düşəcək (həmin halda onlardan peyman aldıq vədedikJ o şey ki, (hökmlərdən və göstərişlərdən) sizə verdik qüvvətlə (və ciddiyyətlə) tutun! Onda olan şeyi yadda saxlayın (və əməl edin) ki, pərhizkar olasınız!"[5]

Əlbəttə bu hadisənin xırdalıqlarıyla əlaqədar başqa ehtimallar da deyilib. Bunun əsasında ki, dağda şiddətli zəlzələ baş verdi və dağ o cürə titrədi ki, dağın aşağıdakı daşlar onun yuxarı hissələrinin kölgəsini başları üzərində müşahidə etdilər və ehtimal verirdilər hər an mümkündür başqalarına düşsün. Amma Allahın mərhəmətiylə zəlzələ dayandı və dağ öz yerində qərar tutdu.[6]

Bu ehtimalda var ki, dağdan böyük bir parça Allahın fərmanıyla şiddətli zəlzələ və ildırım nəticəsində yerindən qopub və onların başı üzərindən keçdi.

Bir cürə ki, bir neçə an onu başları üzərində gördülər və təsəvvür etdilər ki, onların üzərinə düşəcək".[7] Amma nəzərə gəlir deyilənlərdən bəzisi öz dinləyicilərinə bunu çatdırmaq istəyir ki, Allahın bu möcüzəsi o qədər də təəccüblü olmayıbdır və bəşər əqlinin ölçüləriylə uyğundur.

Bizim etiqadımız var ki, əqli cəhətdən qeyri mümkün olmayan hər hansı bir mövzu heç bir izaha ehtiyac olmadan Allahın qüdrət əhatəsində olacaq bir möcüzənin xırdalıqlarının vəsfində təkcə şəri sənədlərə və ya möhkəm əqli ölçülərə söykənmək lazımdır.

 


[1] - Maidə surəsi, ayə 12.

[2] - Bəqərə surəsi, ayə 63, Bəqərə surəsi, ayə 93, Nisa surəsi, ayə 154: Əraf surəsi, ayə 171.

[3] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 1, səh 294, Darul- kutubul- İslamiyyə, Tehran 1374 hicri şəmsi.

[4] - Təbərsi, Fəzl ibni Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, cild 4, səh 764 (Əraf 171- ci ayə) Nasir Xosrov nəşriyyatı, Tehran 1372 hicri şəmsi.

[5] - Əraf surəsi, ayə 171.

[6] - Rəşid Rza Muhəmməd, Təfsiri mənar, qeyd olunan ayə, Təfsiri nümunədən nəql olub, cild 1, səh 294.

[7] - Məkarim Şirazi, Nasir, təfsir nümunə, cild 1, səh 294... Darul- kutubul- İslamiyyə, Tehran 1374 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113062 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86154 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65024 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48469 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    36712 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35718 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24655 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23953 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23885 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21905 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...