Ətraflı axtarış
Baxanların
3669
İnternetə qoyma tarixi: 2009/11/16
Sualın xülasəsi
Cəhənnəm əhlinin siması necədir?
Sual
Cəhənnəm əhlinin siması necədir?
Qısa cavab

Quran ayələrinin məcmusunun araşdırılmasından belə nəticə almaq olar ki, bir tərəfdən cəhənnəm əhlinin siması, güclü yanıq nəticəsində, qorxulu formada və bir- birinin üstünə çəkilmiş dairələr və parçalanmış dodaqlarla görünərlər. Digər tərəfdən də, Allah cəzasının onlar üçün yenidən və neçə dəfə baş verməsi üçün, bədən və üzvlərinin dərisinin daimi olaraq yenilənməsinə qərar veribdir.

Ona görə də, cəhənnəm əhlinin simasının elə xüsusiyyətləri varıdır ki, əvvəlki dost və tanışları (istər həmin cəhənnəmdə olanlar və istərsə də əbədi behiştdə yaşayırlar) onları tanıya bilirlər.

Ətreaflı cavab

Quran ayələrinə əsasən, cəhənnəmdə olan insanların xüsysiyyətləri varlarıdır. Onların simasını dəqiq təsəvvür etmək olmasa da, amma bu xüsusiyyətlərə diqqət etdikdə, onların vəziyyəti barəsində müəyyən bir görüntüyə əl tapmaq olar. Həmin xüsusiyyətlərin bəzisi bunlardan ibarətdir:

  1. Cəhənnəm əhlinin bütün bədəni, o cümlədən üzləri cəhənnəm odunu alovlandırmaq üçün odun olar.

Qutani kərimin ayələrinə əsasən, cəhənnəm odunun odunu daşlardan və cəhənnəm əhlinin bədənindən ibarətdir.[1]

  1. Onların hər tərəfini yandırıcı lavalı örtüklər əhatə edər. Ondan əlavə, əridilmiş maddələr onların baş və üzlərinə tökülər.[2]
  2. Cəhənnəm əhlinin üzünün odda yaşamağa uyğunlaşdırılıb və ondan heç bir zərərin dəyməyəcəyi təsəvvür edilməməlidir. Çünki heç bir zərərin dəyməyəcəyi təsəvvür edilməməldir. Çünki Quranın buyurduğuna əsasən, odlar[3] ki, təfsirçilərin çoxu onu belə məna ediblər:

Odun alovblarının təsirindən, onların üzünün dərisi bir- birinin üstünə qarışıq çəkiilər belə ki, dodaqlar bir- birindən aralı qalar.[4]

Həmçinin, alınları, böyürləri və arxalarına, haramdan əldə etdikləri və doğru yolda işlətmədikləri mallarla, damğalanacaq və onun təsiri üzlərində qalacaq.[5]

  1. Bununla belə, cəhənnəm əhlinin bədən qurluşu, dünyadakı kimi bir dəfə yanmaqla aradan getməyəcək.

Əksinə hətta əsirlərlə cəhənnəmdə qalma və onların daxili üzvlərini tikə- tikə edən müxtəlif əzablar[6], onların bədəninin əsas quruluşunu aradan aparıb və onların ölümünə səbəb ola bilməyəcək.[7] Cəhənnəm əhli, bu çətin vəziyyətdən təngə gəlib və bəzən ölümlərinin çatmasına yalvararlar, amma onların istəyi qəbul olunmaz.[8]

Onların üzlərinin və bədənlərinin dərisi, Allahın qüdrəti ilə, yenilənən xüsusiyyəti olacaq və əzab olunmaları üçün həmişə əvvəlki vəziyyətinə qayıdacaq.[9] Bəlkə də, keçmişdə belə bir məsələnin təsəvvürü çətin idi amma indiki, insan- da öz məhdud elmi ilə elə bir maddə istehsal ediblər ki, zərər görən zaman, yeniləmək qüdrəti var. Bununla cəhənnəm əhlinin vəziyyətini asanlıqla anlamaq olar fvə Allahın qeyri- məhdud qüdrətini bəşərin gücündən az saymaq olmaz.

  1. Ona görə də, cəhənnəm əhlinin siması dostları və tanışları üçün tanınmalı olacaq, belə ki, bir- biri ilə danışacaqlar,[10] və onların fikrində pis insanlar olan bəzi xoşbəxt insanları öz yanlarında görməyəndə, təəccüblənərlər.[11] Hətta Quranın buyurduğuna əsasən, behişt əhli də cəhənnəmə baxıb, keçmiş dostlarının vəziyyətini görüb[12] və cəhənnəm əhli ilə danışa da bilərlər.[13]

Əlbəttə, bəzi rəvayət işarə edir ki, günahkarlar günahlarına uyğun vəziyyətlə, axirət dünyasına gedərlər. Məsələn, özlərini üstün sayanlar təhqirli formada insan kimi üzlə və qarışqa boyda bədənlə məşhur olarlar.[14] Amma həmin rəvayətdə işarə olubdur ki, bu vəziyyət sorğu- sualın sonuna və insanların behiştdə ya cəhənnəmdə olmaları məlum oana kimi davam edər.[15] Bizim araşdırdığımız həddində, cəhənnəm əhlinin simasına açıqca işarə edən bir rəvayət tapa bilmədik və belə bir rəvayətlə qarşılaşdıqda, sizi məlumatlandıracağıq.

Sonda, ümid edirik ki, mehriban Allah bizi və sizi cəhənnəm əzabından saxlayıb və öz rəhmətində qərar versin.

 


[1] - Bəqərə surəsi, ayə 24; Təhrim 6; « وَقُودُهَا النَّاسُ وَ الْحِجارَةُ » Ali- imran surəsi, ayə 10.

[2] - Həcc surəsi, ayə 19,

«فَالَّذينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيابٌ مِنْ نارٍ يُصَبُّ مِنْ فَوْقِ رُؤُسِهِمُ الْحَميم»

[3] - Mominun surəsi ayə 104.

«تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَ هُمْ فيها كالِحُون»

[4] - Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 14, səh 330, Darul- kutubul- islamiyyə, Tehran, 1374 hicri şəmsi.

[5] - Tövbə surəsi, ayə 35.

«يَوْمَ يُحْمى‏ عَلَيْها في‏ نارِ جَهَنَّمَ فَتُكْوى‏ بِها جِباهُهُمْ وَ جُنُوبُهُمْ وَ ظُهُورُهُم»

[6] - Məhəmməd surəsi, ayə

«سُقُوا ماءً حَميماً فَقَطَّعَ أَمْعاءَهُم‏»

[7] - Fatir surəsi, ayə 36

«وَ الَّذينَ كَفَرُوا لَهُمْ نارُ جَهَنَّمَ لا يُقْضى‏ عَلَيْهِمْ فَيَمُوتُوا وَ لا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذابِها»

[8] - Zuxruf surəsi, ayə 77

«وَ نادَوْا يا مالِكُ لِيَقْضِ عَلَيْنا رَبُّكَ قالَ إِنَّكُمْ ماكِثُونَ»

[9] - Nisa surəsi, ayə 56.

«إِنَّ الَّذينَ كَفَرُوا بِآياتِنا سَوْفَ نُصْليهِمْ ناراً كُلَّما نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْناهُمْ جُلُوداً غَيْرَها لِيَذُوقُوا الْعَذابَ»

[10] - Sad surəsi, ayə 55- 61.

[11] - Sad surəsi, ayə 62,

«وَ قالُوا ما لَنا لا نَرى‏ رِجالاً كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرار»

[12] - Saffat surəsi, ayə 51- 55.

«قالَ قائِلٌ مِنْهُمْ إِنِّي كانَ لي‏ قَرينٌ ....فَاطَّلَعَ فَرَآهُ في‏ سَواءِ الْجَحيم‏»

[13] - Mudəssir surəsi, ayə 40- 47.

[14] - Hürr Amuli, Məhəmməd bin əl- Həsən, vəsailuş- şiə, cild 15, səh 378, h 20795, Muəssisətu Aləl- beyt, Qum, 1409 hicri qəməri.

[15] - Şeyx Səduq, Səvabul- əmal, cild 1, səh 280, Şərif Rəzəvi, nəşriyyatı, Qum, 1364, hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    121824 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    92687 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    72769 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    56603 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    56454 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38137 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    28130 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    27169 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26766 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25477 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...