Ətraflı axtarış
Baxanların
3719
İnternetə qoyma tarixi: 2010/02/25
Sualın xülasəsi
Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində “mutəvəffik, ölüm” təbirindən istəfadə etmişdir?
Sual
Al- İmran surəsinin 55- ci ayəsində buyurulur: Allahın buyurduğu vaxtı yadına sal! Ya İsa! Həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldıraram, səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzurma qayıdacaqsınız.” Bu ayəyə əsasən həzrət İsa ölmşdür. Məgər “qəbze ruh” ölümdən başqa mənaya malik ola bilərmi? Siz ki, İsanın (ə) ölmədiyini deyirsiniz və Allah dərgahındadır. Bu ayəni necə izah edirsiniz?
Qısa cavab

Bu suala səbəb olan bəzi səhv tərcümələrdir. Buna görə əgər ayənin düzgün mənası aydın olarsa mətləb də aydınlaşacaqdır. Bu barədə onu qeyd etmək olar ki, doğrudur ki, Qurani kərimdə (tufi) kəlməsi ölüm mənasında işlədilmişdir, amma Quranın digər yerlərində də bu kəlmə başqa mənada işlədilmişdir. Buna görə bu ayəni həzrət İsanın (ə) ölməsini qəti şəkildə bəyan etdiyini demək olmaz. Bu ayənin düzgün tərcüməsi belə ola bilər:  “Allahın İsaya Mən səni götürəcəyim və Özünmə tərəf qaldıracağam buyurduğu vaxtı yadınıza salın”

“Tufi” kəlməsinin belə mənalandırılması Məsumların (ə) rəvayətlərində də təsdiq edilmişdir. Bu isanın (ə) diri olması ilə heç bir ziddiyyət təşkil etmir.

Ətreaflı cavab

Sual olunmağa səbəb olan bu ayə bir sıra bəzi tərcüməçilərin “mutofiq” sözünü “ölüm” kimi mənalandırmaları olmuşdur. Baxmayaraq ki, bir çox tərcüməçilər bu kəlməni elə tərcümə etmişlər ki, İsanın canlı olması ilə ziddiyyət təşkil etmir. Məsələn: “(Yadınıza salın) Allah buyurduğu zaman: Ya İsa! Mən səni  (yer üzündən və insanların içərisindən) götürürəm və Özümə doğru yuxarı qaldıraram. Səni kafirlərdən pak edərəm.”[1]

Qeyd etmək lazımdır ki, “tufa” “vəfa” kökündəndir və müxtəlif mənalarda istifadə edilmişdir. Məsələn, “ölmək”, “götürmək” “təkmilləşdirmək” və s.[2] Həmçinin əhd və peymana əmələ də vəva deyillər ki, təkmilləşdirmək, yerinə yetirmək mənasındadır. Buna görə əgər kimsə borcunu digərindən kamil şəkildə alarsa, ərəb dilində buna “tufa dinə” deyillər.

Lüğət kitablarından olan “Məcməil bəhreyn” kitabında bu ayəni belə izah etmişdir: “Ey İsa! Mən sənin əcəlini istəyirəm və bu o mənası “səni kafirlərin əziyyətindən qoruyuram ki, səni səlibdən asmasınlar və sənin ölümünü yazılmış təbii əcələ qədər təxirə salıram”- dır.[3]

Buna görə “tufa” sözü doğrudur ki,  bəzi ayələrdə olduğu kimi ölüm mənasında[4] da işlədilə bilər, amma vacib deyil ki, hər zaman bu mənanı daşısın. Digər ayələr də mövcuddur ki, başqa mənalarda da işlədilmişdir. Məsələn:

«وَ هُوَ الَّذي يَتَوَفَّاكُمْ بِاللَّيْلِ وَ يَعْلَمُ ما جَرَحْتُمْ بِالنَّهارِ ثُمَّ يَبْعَثُكُمْ فيهِ لِيُقْضى‏ أَجَلٌ مُسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُون»

“O axşamlar yuxuda olduğunuz vaxt ruhunuzu alan və gündüzlər əldə etdiyiniz (pis, yaxşı) şeyləri biləndir. Sonra sizi gündüz (yuxuda ruhunuzu qaytarmaqla) oyandırır ki, müıyyən olunmuş vaxt gəlin yetişin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.”[5] Əminliklə söyləmək olar ki, bu ayədə istifadə edilən “yətufəkum” sözü ölüm mənasında deyildir. Burada “gecə yuxusu” mənasında işlədilmişdir hər gün bu təkrar olunur. Ruhun çıxarılmasını (qəbz ruh) başqa cür də yuxuda müşahidə etmək olar. Buna görə sual edilən bu ayəni İsanın (ə) ölümü kimi qələmə vermək düzgün deyil. Amma İsanın (ə) sonda aqibəti necə olmuşdur?

Sualını öyrənmək üçün aşağıdakı nöqtələrə diqqət etmək lazımdır:

1. Xristiyanlar inanırlar ki, o dara çəkilmiş və düşmənləri tərəfindən öldürülmüşdür. Amma Qurani kərim onun belə ölmünü inkar etmişdir: “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl- Məsihi öldrdük”,- demələridir. Halbuki onlar nə İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlar da yalnız belə təsəvvür yarandı əlbəttə şəkk- şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. “

«وَ ما قَتَلُوهُ وَ ما صَلَبُوهُ وَ لكِنْ شُبِّهَ لَهُمْ ....وَ ما قَتَلُوهُ يَقينا» [6]

2. Quarni- kərim doğrudur ki, İsanın (ə) öldürülməsini inkar etmişdir, amma heç bir ayədə elan etməmişdir ki, o başqa cür vəfat etməmiş və indi də həyatdadır.

3. Sual edilən al- İmaran surəsinin 55 və həmçinin maidə surəsinin 117 ayələrindən İsanın (ə) qəti ölmünü anlamaq mümkün deyil, ama bu onun maddi aləmlə əlaqəsi onun birbaşa həyatda olduğu vaxtdan fərqlidir.

4. Şiə və əhli- sünnət mənbələrində kifayət qədər rəvayət mövcuddur ki, birbaşa şəkildə İsanın (ə) həyatda olduunu bəyan edir. Əgər Qurandan onun həyatda olduğunu dəqiqliklə başa düşə bilmiriksə, rəvayətlərdən istifadə edərək bunu anlaya bilərik. Belə rəvayətlərin bir neçəsini nəzərdən keçirək:

4-1. Allahın Rəsulu (s) Yəhudilərə belə müraciət edərək, buyurur:

«أن عيسى لم يمت و أنه راجع إليكم قبل يوم القيامة»

”İsa ölməmişdir və qiyamət günündənöncə sizin aranıza qayıdacaqdır”[7]

4-2. Allahın Rəsulu (s) buyurur:

«... و من ذريتي المهدي إذا خرج نزل عيسى ابن مريم لنصرته فقدمه و صلى خلفه»

Mehdi mənim ailəmdəndir ki, zühur etdiyi zaman Məryəm oğlu İsa da ona kömək etmək üçün qayıdacaq və onun arxsında namaz qılacaqdır.”[8]

5. Hətta əgər mövcud olan rəvayətlərin əksinə olaraq və həmçinin “tufa” sözünün digər mənasını nəzərdə tutmasaq onun ölmü mütləqdir. Yenə də bu onun hal hazırkı zamanda həyatda olması ilə ziddiyyət təşkil etmir. Çünki Qurani- kərimin ayələrində yüz ildən sonra həyata qayıdan kəsə işarə edilmişdir.[9]  Buna görə Bu İsa (ə) üçün də baş verməsi mümkündür.

 


[1] - Al- İmran surəsi, ayə 54.

[2] - İbn Mənzur, lisanul ərəb, cild 15, səh 398 və 399. birinci çap, adab nəşriyyatı, Qum hövzəsi, 1405.

[3] - Məcməil Bəhreyn, cild 1, səh 444, “vəfa”, Murtəza kitab mağazası, Tehran 1375.

[4] - Nisa, 97. Muhəmməd, 27. Yunus, 46. Səcdə, 11.

[5] - Ənam surəsi, ayə 60.

[6] - Nisa surəsi, ayə 157.

[7] - İbn əbi Hanəm, təfsiril Quranil əzim, cild 4, səh 1110, h 6232, məktəbətu nizaris stəfa ə- baz, Səudiyyə Ərəbistanı, 1419 h.q.

[8] - Şeyx Səduq, əl- əmali, cild 1, səh 218, İslam kitabxanası nəşriyyatı, Tehran, 1362 h.ş

[9] - Bəqərə surəsi, ayə 259

«فَأَماتَهُ اللَّهُ مِائَةَ عامٍ ثُمَّ بَعَثَه‏»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    115613 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    88456 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    67445 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    51217 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    42098 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36768 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25705 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25006 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24415 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22431 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...