Ətraflı axtarış
Baxanların
13000
İnternetə qoyma tarixi: 2012/05/16
Sualın xülasəsi
Qadınların aybaşı görməsinin fəlsəfəsi nədir?
Sual
Bəqərə surəsinin 222- ci ayəsində buyururlur: “Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə:”heyz əziyyətli bir haldır.”Qadınlar üçün aybaşı qadınların cinsi orqanlarının işini göstərmirmi və təbii hörmonların işinin nəticəsi deyilmi? Bu qanın axması qadınlar üçün əziyyətdirmi? Əgər belədirsə, bu zülm deyilmi?
Qısa cavab

Heyz qanının əmələ gəlməsinin səbəbi uçaqlığın damarlarının qanla dolması və sonra selikli qışanın qat- qat soyulması və qanların hərəkətidir. Heyz qanı və qadının aybaşı qadın orqanının sağlamlığının nişanəsidir. Onun zəhmət və əziyyətlərlə xaric olması Allahın qadına olan bir lütfüdür. Amma bu xaric olma qadın üçün şiddətli və bir çox problemlər yaradır. Bu maddi aləmin və təbiətin zərurətlərindəndir. Çünki bu təbitə və maddiyyat aləminin qanunlarındandır ki, gecə- gündüz həmişə asanlıq və çətinlik, xeyir və zərər qəm və şadlıq və s birlikdə qarışır. Bunların bir- birndən ayırmaq mümkün deyil. Diqqət etmək lazımdır ki, ayə yalnız bu qan axmanın əziyyətə səbəb olduğunu bildirir, nəinki Allah özü bu sistemi yaratmışdır ki, qadına əziyyət versin. Təbii ki, bu belə deyil.

Ətreaflı cavab

Bu sualın verilməsinin səbəbi ayəni düzgün başa düşməmək olmuşdur. Məsələnin həqiqətinin aydınlaşması üçün ayənin tərcümə və təfsirinə diqqət etmək lazımdır. Allah- təala bu barədə belə buyurur:

«وَ يَسْئَلُونَكَ عَنِ الْمَحيضِ قُلْ هُوَ أَذىً فَاعْتَزِلُوا النِّساءَ فِي الْمَحيضِ وَ لا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ ....»

“(Ya Rəsulum!) Səndən heyz barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin...”[1], [2]

Bu ayə qadınlarla aybaşı zamanı yaxınlıq etməkdən çəkinməyi bəyan edir. Çünki belə halda cinsi yaxınlıq ikrah yaradıcılığından əlavə çox ziyanlıdır ki, bugünki tibb onu isbat etmişdir. Həmçinin qadın və kişinin sonsuz olması və bu mühitdə bir çox mikrobların (siflis, qonoreya süzənəyi) yaranması üçün şəraitin yaranmasına səbəb olur. Həmçinin qadın cinsi orqanının iltihabına və kişinin cinsi orqanına çirkli qanın daxil omasına və həmçinin tibb kitablarında qeyd olunan başqa xəstəliklərə səbəb olur. Buna görə həkimlər belə qadınlarla yaxınlıq etməyi qadağan etmişlər. Digər tərəfdən belə qanın xaric olması ağrılar və əziyyətlərlə müşahidə edilir.

Heyz qanının əmələ gəlməsinin səbəbi uçaqlığın damarlarının qanla dolması və sonra selikli qışanın qat- qat soyulması və qanların hərəkətidir. Aybaşı zamanı xaric olan qan uşaqlığın daxili damarlarının hər ay qidalanması üçün yığılır və hər bir qadın hər ay bir toxumluq yaradır və uşaqlığın daxilində nütfəni qidalandırmaq üçün hazırlıq görür. Əgər bu zaman toxumluq uşaqlığa daxil olarsa, kişi cinsi hüceyrələr (spermatazoid) orada olarsa, nütfə təşkil edirlər və uşaqlıqda olan bu qamalar qidalandırma üçün orada istifadə edilir. Əgər belə olmazsa (yəni ziqot əmələ gəlməsə) uşaqlığın divarının qat- qat olub soyulması ilə mövcud olan qan xaric olur. Bu həmin heyz qanıdır. Buradan da cinsi əlaqənin yeni qadağan olma səbəbi meydana çıxır.

Buna görə heyz qanı sağlam qadının orqanlarının düzgün işləməsinin nişanəsidir. Onun zəhmət və əziyyətlərlə xaric olması Allahın qadına olan bir lütfüdür. Bu qanın xaric olması qadının sağlamlığına məyyən dərəcədə təsir göstyərir ki, hədd buluğa çatdıqdan və klimaks dövrünə çatmamışdan öncə bu qanın kəsilməsi qadında xəstliyin əlamətidir ki, müalicə edilməlidir. Çünki əgər bu qan hər ay qadının bədənindən xaric olmazsa, hamilə də olmazsa bu hal qadın üçün çox təhlükəlidir. Amma belə faydalı və xeyirli qanın şiddətli ağrı və əziyyətlərlə xaric olması maddi təbiətin zərurətlərindəndir. Çünki bu maddi təbiətin qanunlarındandır ki, gecə- gündüz həmişə asanlıq və çətinlik, xeyir və zərər qəm və şadlıq və s birlikdə qarışır. Bunların bir- birndən ayırmaq mümkün deyil. Madiyyat aləmində təmiz (tam) faydanı, tam ləzzəti (heç bir əziyyət və çətinlik olmadan) gözləmək düzgün deyil. Çünki belə gözləmə nə ağlasığandır nə də əməli cəhətdən mümkün deyil.

 


[1] - Bəqərə surəsi, ayə 222.

[2] - Məkarim Şirazi, təfsire numunə, cild 2, səh 138- 139.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Modçuluğun və yeni stillərin həddi nə qədərdir? Aya hələdə müsəlman ictimaiyyətlərdə kafirlərə bənzəmək məsələsi var?
    3398 Və başqaları
    Bizim sözümüz o şəxsin barəsindədir ki, müsəlman və islama etiqadı olsun və bəzi məsələlər və rəftarlarında o cümlədən geyim və həyat tərzində kafirlər kimi yaşayır və bəzi vaxtlar tamamı ilə onlardan fərqlidir; lakin bəzi hərəkətləri müsəlmanda olmayan hərəkətlərdir. Bu cür hallarda demək olar kafirlər kimi və özünü ...
  • Bütün həyatı boyu azğınlıqda, günahda və s. olan bir insanın özü heç bir rol ifa etmədən onun axirətdəki vəziyyəti başqalarının ehsanı, yaxşılığı, duası və s. səbəbi ilə necə dəyişilə bilər?
    4632 Qədim kəlam
    Sualda işarə edilən məsələ nə tamamilə qəbul, nə də tamamilə inkar edilir. Bu, günahın növünə və günahkar şəxsin kim olmasına bağlıdır. Çünki Allaha şərik qoşmaq kimi bəzi günahlar heç vaxt bağışlanmır. “Həqqun-nas” (camaatın haqqı) kimi bəzi günahlar isə, günahkarın ölümündən sonra, başqalarının onun haqqında etdiyi dua və ehsanlar ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    4565 İslam fəlsəfəsi
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...
  • Nəyə görə gərək həccdə ehram geyinək?
    4782 Əhkam və hüquq fəlsəfəsi
    Həcc, nişanələr və sirlərlə doludur ki, insanı təfəkkürə vadar edir və onu fitrətinə tərəf yönəldir.Yaxşıdır ki, həccdə qədəm- qədəm əməllərin zahiri və batininə diqqət oluna. Çünki, onun zahiri üçün məxsus hökmlər vardır ki, riayət olunması lazımdır.Onun batininə diqqət etməklə, sirlə dolu bu əməllərin fəlsəfəsini müəyyən miqdarda başa düşmək ...
  • Məgər niyabətən yerinə yetirilən ibadət, ibadəti satın almaq deyil?
    1148 Təfsir
    Əsas qannunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə  və ya qanunvericilik baxışında vacib bir məsələdir. Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.Namaz,oruc və həcc kimi məsələləri hər bir şəxsin özü həyatda ikən yerinə yetirməlidir.Bir şəxs həyatda ikən (məcbur olmadığı ...
  • Aya namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərməyin dəlili var?
    6908 Nizamlar hüquq və əhkam
    Namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərmək müstəhəb əməllərdən biridir və hədis kitablarında da ona işarə olunmuşdur. Onu düzgün yerinə yetirmək bu cürdür: 1.             Əgər namaz qılan .əxs, camaat namazında imamdırsa, qiblədən dönməmiş sağ gözüylə sağ tərəfə nəzər ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    5128 Quran elmləri
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
    5011 تاريخ بزرگان
    Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri ...
  • Kişilər üçün sırğadan istifadə etmək caizdirmi?
    7265 Nizamlar hüquq və əhkam
    Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda  – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
  • Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
    9063 Əməli əxlaq
    Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik: 1. Ayın hilalını (birinci gecəsində) görmək. Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır. 2. İftar və obaşdanlıq ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    132845 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    100804 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    83035 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    77313 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    65817 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    40723 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    38165 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29735 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    29663 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    28099 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...