Ətraflı axtarış
Baxanların
14125
İnternetə qoyma tarixi: 2011/12/25
Sualın xülasəsi
İmam Hüseyn (ə)- ın Şəhrbanu xanımla izdivacı doğrudurmu?
Sual
İmam Hüseyn (ə)- ın Şəhrbanu xanımla izdivacı doğrudurmu? Xahiş edirik sübutunuz tarixi olsun, tarixi- Bələmi kimi.
Qısa cavab

İmam Hüseyn (ə)- ın İslam qoşununa əsir düşən Şəhrbanu ilə izdivacı barədə, neçə nəzər mövcuddur, çünki rəvayətlərin bəzisində bu xanımın Ömərin xilafəti zamanında əsir düşməsi yazılıb və digərlərində Osmanın xilafəti zamanı. Həmçinin onun və atası üçün çoxlu adlar qeyd olunubdur. Bu məsələlərə nəzər saldıqda, imam Hüseyn (ə) ın həyat yoldaşının və imam Səccad (ə)- ın anasının İranlı olması (və Şəhrbanu adlı bir qadın olması) barəsində qəti nəzər vermək çətindir.

Ətreaflı cavab

İmam Hüseyn (ə)- ın üçüncü Yezdgerdin qızı (Şəhrbanu) ilə izdivacı barədə, tarixçilər və hədisçilər arasında neçə nəzər var:

1.             Şeyx Səduq (rh) həzrət imam Zeynul- Abidin (ə)- ın anası barəsində bu hədisi yazmışdır: Səhl ibn Qasim Nuşcani deyir: İmam Rza (ə) Xorasanda mənə buyurdu: Bizimlə sizin aranızda qohumluq var. Dedim: Bu qohumluq nədir? Buyurdu: Abdullah ibn Amir ibn Kəriz Xorasanı fəth edən zaman İran şahı Yezdgerddin qızlarından ikisini tapdı və onları Osman ibn Əffanın yanına göndərdi. Osman ibn Əffan onlardan birini İmam Həsənə, digərini imam Hüseynə (ə) bağışladı.

Bu iki qız doğandan sonra vəfat etdilər. İmam Hüseyn (ə)- ın həyat yoldaşı imam Səccadı dünyaya gətirdi. İmam Hüseyn (ə)- ın həyat yoldaşı vəfat edəndən sonra, imam Hüseyn (ə)- ın kənizlərindən biri, imam Səccada dayəlik etdi."[1] Bu rəvayətə əsasən, Yezdgerdin qızı, Ömər ibn Xəttabın zamanında deyil Osmanın zamanında Mədinəyə aparılıb.

Şeyx Abbas Qummi bu rəvayət barəsində deyir: Bu hədis Yezdgerdin qızını Ömər ilə ibn Xəttabın zamanında gətirməyi qeyd edən hədislərlə müxalifdir və o hədislər daha məşhur və daha möhkəmdirmər.[2]

2.             Kuleyni (rh) İmam Səccadın (ə) anasının kimliyi barəsində bu hədisi qeyd edibdir: "Yezdgerdin qızını Ömərin yanına gətirən zaman, Mədinə qızları ona tamaşa etmək üçün boyunlarnı uzadırdılar. Məscidə daxil olan zaman, Məscid onun nurundan parladı. Ömər ona baxdı, qız üzünü örtdü və dedi: "Of, biruc bada Hormoz" (vay, Hormozun dövranı qaralsın). Ömər dedi: Bu qız məni söyür və ona tərəf üz tutdu. Əmirəl- möminin Ömərə buyurdu: Sənin ona zərər yetirməyə haqqın yoxdur. Ona bu ixtiyarı ver ki, özü müsəlman kişilərdən birini seçsin, və qənimət payında hesab et. Ömər ona icazə verdi. Qız gəldi və əlini Hüseyn (ə)- ın başına qoydu, Əli (ə) ona buyurdu: Sənin adın nədir: Dedi: Cahanşah. Həzrət buyurdu: Əksinə Şəhrbanudur.

Sonra Hüseynə (ə) buyurdu: Ey əba Əbdillah! Bu qızdan sənin üçün yer üzünün ən yaxşı şəxsi doğular. Əli ibnil Hüseyn (ə) ondan dünyaya gəldi. O həzrətə İbnul- xeyrəteyn (iki seçilmişin oğlu) deyirdilər. Çünki, Allahın ərəblərdən seçdiyi "Haşim və əcəmlərdən "Fars" idi.[3]

Bu rəvayəti sənəd və mətn nəzərindən çoxlu araşdırıcılar tənqid ediblər. Məsələn deyilibdir: Onun sənədində "Əmr ibn Şemr" adlı bir şəxs var ki, rical alimləri nəzərindən zəif olub və əmin insan deyil.[4]

Mətn cəhətindən də ona çoxlu iradlar tutulubdur, məsələn:

A). Yezgirdin qızının əsir olması, çox şəkilli bir məsələdir.

B). İmam Hüseyn (ə)- ın belə bir qızla həmin zamanda evlənməsi şəkklidir. Çünki birinci rəvayətə əsasən, bu qız Xorasan fəth ediləndən yəni hicrətin 22- ci ilində Osmanın zamanında əsir düşüb. Halbu ki, ikinci rəvayət, Ömərin zamanında olmasını deyir ki, əgər meyar bu olsa, imam İran fəth edilənzaman 10 və 11 yaş içində olubdur. Çünki İran Ömərin xilafətinin ikinci ilində fəth olub. Buna əsasən imamın bu yaşda evlənməsi qeyri mümkündür.

C). İmam Səccad (ə)- ın anasının nəsəbi barəsində də keçən tarixi və rəvayi mənbələrdə ixtilaf var idi. Yəqubi (vəfat 284 q)[5], Məhəmməd ibn Həsən Qummi,[6] Kuleyni (vəfat 329 q),[7] Məhəmməd ibn Həsən Səffar Qumi (vəfat 290 q), Əllamə Məclisi,[8] Şeyx Səduq (vəfat 381 q)[9] və Şeyx Mufid (vəfat 413 q)[10] kimi bəzi alimlər, onu Yezdgerdin qızı sayırlar. Hərçənd onun adında eyni fikirdə deyillər.

Bu nəzərin qarşısında, bəzi keçmiş və müasir kitablar digər nəzərlər, onun sistanlı, sindi və ya Kabuldan olması kimi qeyd ediblər. Kitabların çoxu onun əsir olması yerinin adını qeyd etmədən, yalnız "Ummu vələd" (övlad sahibi kəniz) adı ilə onu yad edirlər.[11]

Bəziləri Subhan, Sencan, Nuşcan və Şiruyə kimi İranın böyük şəxslərinin adlarını onun atası kimi qeyd ediblər.

Bu rəvayətləri araşdırmaq və tənqid etmək üçün, bu xəbərlərin sənəd bəhslərinə söykənə bilmərik. Çünki nəzərlərin heç birinin möhkəm sənədi yoxdur. Bundan əlavə tarixi- Yəqubi kimi tarix kitablarının çoxu, öz yazdıqlarını sənədini qeyd etmədən nəql edirlər.

Buna əsasən yalnız mətn cəhətdən onlar haqda danışmaq olar ki, burada da aşağıdakı iradlar özünü göstərir:

1.             Bu xəbərlərin ixtilafının ən mühüm iradı onun və atasının adını qeyd etməkdədir ki, müxtəlif mənbələr, Şəhrbanu, Səlaxə, Qəzzalə kimi müxtəlif adlar onun üçün nəql ediblər.

2.             Onun əsir olmasının zamanı barəsində bu xəbərlərin müxtəlif olması da iradlardan biridir. Bəziləri onu Ömərin zamanında, bəziləri Osmanın zamanında və Şeyx Mufid kimi bəziləri onu həzrət Əli (ə)- ın xilafəti zamanında biliblər.[12]

3.             Müsəlmanların İranlılarla müharibələrini il- ilə izləyən və Yezdgerdin İranın müxtəlif şəhərlərinə qaçma yolunu göstərən tarixi- Təbəri və İbn Əsirin Əl- kamil kimi kitabları, heç yerdə onun övladlarının əsirliyini qeyd etməyiblər, halbu ki, bu məsələ işarə olunan cüzi hadisələrdən daha mühümdür.

4.             Məsudi kimi keçmiş yazıçılardan bəzisi, üçüncü Yüzdgerdin övladlarını qeyd edərkən, onun Ədrək, şahın və Mərdavənd adlı qızlarının olmasını qeyd edirlər ki, həm İmam Səccad (ə)- ın anası üçün qeyd olunan adların heç birinə uyğun deyil, həm də öz yazılarının hamısında onların əsir olması haqda heç bir xəbər vermir.[13]

Hər halda, o həzrət (ə)- ın anası barəsində mövcud olan digər nəzərlərin və həmçinin üçüncü əsrin axırlarından qabağa qədər ravilərin çoxunun onu Sind ya Kabul kənizlərindən bildiklərini[14] nəzərə alaraq və bu sübutların hamısı ilə, imam Səccad (ə)- ın anası barəsində qəti nəzərə əl tapmaq olmaz.[15]



[1] - Uyuni- əxbarir- rza, ikinci hissə, səh 128, h 6, Təshih və əlavələr, seyid Məhdi Hüseyni Lacurdi, çap 1377 hicri qəməri, naşir Mirza Məhəmməd Rza Muhtədi, çap birinci (Nur cameul- əhadis diskindən götürülüb).

[2] - Qummi, Şeyx Abbas, Muntəhəl- amal, cild 2, səh 30. Çap hicrət.

[3] - Usuli- kafi, cild 1, səh 467. Axundi nəşriyyatı.

[4] - Xulasətul- əqval fi- mərifətir- rical, ikinci bölüm, səh 241, bab 7, Əmr kəlməsi; Baxın: Şəhrbanu imam Hüseynin həyat yoldaşı.

[5] - Tarixi- Yəqubi, cild 2, səh 303.

[6] - Tarixi- Qum, səh 195.

[7] - Usuli- kafi, cild 2, səh 369.

[8] - Biharul- ənvar, cild 46, səh 9.

[9] - Uyuni- əxbarir- Rza, cild 2, səh 128.

[10] - Əl- irşad, səh 492.

[11] - Biharul- ənvar, cild 46, səh 9.

[12] - Əl- irşad, səh 492.

[13] - Əli- ibnil- Hüseyn (ə)- ın həyatı, səh 12.

[14] - Şuubiyyə, səh 305.

[15] - Baxın: İmam Səccadın anası.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    7054 Əməli əxlaq
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • Modçuluğun və yeni stillərin həddi nə qədərdir? Aya hələdə müsəlman ictimaiyyətlərdə kafirlərə bənzəmək məsələsi var?
    3518 Və başqaları
    Bizim sözümüz o şəxsin barəsindədir ki, müsəlman və islama etiqadı olsun və bəzi məsələlər və rəftarlarında o cümlədən geyim və həyat tərzində kafirlər kimi yaşayır və bəzi vaxtlar tamamı ilə onlardan fərqlidir; lakin bəzi hərəkətləri müsəlmanda olmayan hərəkətlərdir. Bu cür hallarda demək olar kafirlər kimi və özünü ...
  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    4845 قابلیت های عرفان
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    4338 Nizamlar hüquq və əhkam
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    5170 Nizamlar (Qurluşlar)
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Bədr döyüşündə Peyğəmbər (s) kömək edən mələklər, Ühüd döyüşündə qənimət əldə etməyə gedən əsgərlərin qarşısına nə ücün almadılar; Nə ücün imam Həsən və imam Hüseynin (ə) köməyinə getmədilər?
    8764 دانش، مقام و توانایی های معصومان
    Bədr döyüşü, Müsəlmanların ilk müharibə təcrübələridir ki, tarixdə baş vermişdir. Əlbətdə islam yeni bir din və bir dəstəbüt pərəst və müşrüklərlə qarşı- qarşıya durmuşdu. Onlar islamın məhv olmasından başqa hec bir istəkləri yox idi. Odur ki, müsəlmanların Allah tərəfindən mələklər vasitəsiyləhimayət olunması zəruri idi. Biz inanırıq ki, ...
  • Nə üçün "Əhli- beyt" deyəndə bir neçə nəfər nəzərdə tutulur?
    6612 Qədim kəlam
    "Əhli- beyt" deyəndə, peyğəmbər (s) ailəsindən əsas beş nəfər; həzrət peyğəmbər (s), Əli (ə), Fatimə (s) imam Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur. Bununla da əsas səbəbi şiə və sünni hədisçiləri tərəfindən nəql olunmuş çox sayda olan hədisıərdir. Həmçinin bu hədis, əhli sünnənin yetmiş və şiənin yetmişdən çox ...
  • İstehsal məhsullarının satış qiymətini şəriət hakimi təyin edirmi?
    4395 İqtisad fəlsəfəsi
    İslam iqtisad sistemində bazarda qiymət istehsal-tələbat əsasında təyin olunur, lakin bu bazar hökumətin dəyişkən, şəriətin isə sabit qanunları tərəfindən məhdudlaşdırılır və dövlət tərəfindən ona nəzarət edilir. Əlbəttə, əgər dövlət müəyyən hallarda xüsusi bir qiymət təyin edilməsinin islam və müsəlmanların mənafeyini təmin etdiyini ayırd edərsə, onlara qiymət qoya bilər. ...
  • Tur dağının bəni İsrailin başının üstünə qaldırılmasından məqsəd nədir?
    5127 Təfsir
    Quran ayələrinin neçəsində " وَ رَفَعْنا فَوْقَكُمُ الطُّور" təbiri və bəni İsrail barəsində oxşar təbirlər bəyan olubdur. Təfsir kitablarında gələnlərə əsasən bu ayələr bir tarixi hadisəyə işarə edir ki, həzrəti Musanın (ə) zamanında bəni İsrailin Allahın göstərişləriylə müxalifətinə görə baş verib. Qadir Allah Tur dağının bir ...
  • Namazı tərk etmək orucu batil edirmi?
    3043 کلیات
    İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    135460 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    105010 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    86235 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    84785 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    69024 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    42358 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    42283 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    30894 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    30807 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    29355 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...