Ətraflı axtarış
Baxanların
979
İnternetə qoyma tarixi: 2015/04/17
Sualın xülasəsi
Özünü müdafiə edərkən insanın başqasını yaralamasının və ya qətlə yetirməsinin şəri hökmü nədir?
Sual
İctimai yerlərdə dava-dalaş törədən, problem yaradan, yaxud insana ehtiramsızlıq və ya təhqir edənlərlə əlbəyaxa olmağın, dalaşmağın hökmü nədir? Əgər bir kəs evindən kənarda özünü müdafiə edərkən əsəbilik, yaxud nadanlıq üzündən, həm də özündən asılı olmayaraq başqasını yaralasa, yaxud qətlə yetirsə, bunun şəri hökmü nədir?
Qısa cavab
Cəmiyyətin ayrı-ayrı fərdləri arasında baş verən ixtilaflarda tərəflərdən heç birinin qarşı tərəfə fiziki güc işlətmək, yaxud savaşmaq haqqı yoxdur.[1]
İslam nəzərindən ixtilafların həll edilməsinin və haqqın öz sahibinə qaytarılmasının yeganə yolu xeyirxah insanlara, yaxud islam qazisinin məhkəməsinə müraciət etməkdir. Buna görə də əgər bir şəxs, onun haqqını aradan aparan bir adamla savaşaraq onu vursa və nəticədə ona xəsarət dəysə, islamın cəza qanunlarına müvafiq olaraq qarşı tərəfin ondan qisas almağa və ya diyə almağa haqqı var.
İnsanın özünü, namusunu, mal-dövlətini oğrudan, cinayətkar şəxslərdən və sairdən qoruması lazım və qanuni bir işdir.[2] Amma gərək müdafiə zamanı bu cinayət işlərinin qarşısını alan vasitələrin tərtibinə riayət etsin və onun ən aşağı səviyyəsinə kifayətlənsin.
و مراتب در دفاع واجب يا جائز در غير محارب، رعايت آنها در سهولت و صعوبت لازم است؛ و اگر هيچ وسيله براى نجات، محتمل نبود، پس در حرمت استسلام و وجوب و دفاع هاى ضد تسليم شدن (به مقدار ممكن) تأمل است
Böyük fəqihlərdən bəziləri bu barədə buyurur: “Qeyri-müharib hallarında vacib, yaxud caiz müdafiənin mərtəbələrinə – asanlıq və çətinlik cəhətindən riayət etmək vacibdir. Əgər nicat üçün heç bir vasitəyə ehtimal verilməzsə, bu halda təslim olmağın haramlığında, təslimin ziddinə olan müdafiənin vacibliyində (mümkün olan qədər) təəmmül vardır.”[3]
Bununla belə, əgər bir şəxs özünü, mal-dövlətini və ya namusunu müdafiə edərkən ixtiyarsız olaraq qarşı tərəfin yaralanmasına və ya qətlinə səbəb olarsa, gərək səlahiyyətli məhkəmədə kifayət qədər şahid və dəlil-sübutla özünün müdafiə halında olduğunu isbat etsin, yaxud müdafiə halında olmamışsa da, qəsdən olmadan  qarşı tərəfi yaralamış və ya qətlə yetirmiş olsa, bu cinayətin qəsdən olmadığını sübuta yetirə bilsin. Belə olan halda diyə verməsi vacibdir. Bundan qeyri hallarda əgər mövcud dəlillər və zahiri şahidlər iddiasından başqa bir şey olsa, onun iddiası qəbul olunmur, məhkəmə mövcud və zahiri dəlillərə uyğun olaraq ondan qisas alınmasına hökm edir.
Nəticə: Rəvayətlərdən və fəqihlərin sözlərindən əldə olunan məsələ aşağıdakılardan ibarətdir:
1. İnsanın öz canını, namusunu və malını müdafiə etməsi caizdir;
2. İnsan bunları müdafiə halında qətlə yetirilsə, şəhidin savabına malik olur;
3. Müdafiənin müxtəlif mərhələləri vardır. Belə ki, əgər cinayətkar və təcavüzkar şəxsi öldürməkdən başqa bir yolla müdafiə olunmaq mümkün olmazsa, caninn qanı hədərdir, yəni qatil nə diyə verməlidir, nə də ondan qisas alınmalıdır. Əlbəttə, mal-dövlətlə əlaqədar məsələlərdə buna üstünlük verilir ki, insan öz malından keçsin və mümkün qədər səy etsin ki, mal-dövlətlə əlaqədar dava-dalaşa, qətlə səbəb olmasın. Misal üçün, buyurmuşlar ki, oğru fərar etdiyi zaman onu öldürmək caiz deyildir.
4. Məhkəmədə müdafiənin isbat olunmasının onun caiz olması ilə heç bir əlaqəsi yoxdur.[4]
Bu bəhsin çoxlu təfərrüatı vardır ki, başqa yerlərdə araşdırılmalıdır. Amma ümumi cavab yuxarıda qeyd olunanlardan ibarətdir.
 

[1] Hətta əmr be məruf və nəhy əz münkər hallarında da, İslam respublikasının bərqərar olduğu hazırkı zamanda adi camaatın şifahi xəbərdarlıq etmək və yol göstərməkdən başqa vəzifələri yoxdur. Əmr be məruf və nəhy əz münkərin növbəti mərhələsi (fiziki güc işlətmək və tənbeh etmək) polis qüvvələrinin və qazilərin vəzifəsidir.
[2] “Camiul-məsail” (Ayətullah Behcət (rəhmətullah əleyh)), 5-ci cild, səh. 212: “İnsanın zəruri ehtiyac duyuğu və qorunub saxlanması vacib olan malı müdafiə etmək vacibdir, hətta başqası tərəfindən onun yanında əmanət qoyulmuş olsa da. Bu zaman onu oğruya təhvil vermək caiz deyildir. Bundan qeyri hallarda, əgər nəfsin (canın) tələf olması ehtimal verilməsə, caizdir.”
[3] “Camiul-məsail” (Ayətullah Behcət), 5-ci cild, səh. 213
[4] “Əl-qəvaidul-fiqhiyyə” (Məkarim), 2-ci cild, səh. 32; “Məbaniye Təhriril-vəsirə”, 1-ci cild, səh. 428; “Məbaniye Təkmilətul-minhac”, 41-ci cild, səh. 423; “Əl-məbsut fil-fiqhil-imamiyyə”, 8-ci cild, səh. 76; “Təzkirətul-fuqəha”, 9-cu cild, səh. 435; “Məsalikul-əfham ila tənqihi şəraiil-islam”, 15-ci cild, səh. 52; “Vəsailuş-şiə”, 15-ci cild, səh. 120-123
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Görəsən nəfsin saflaşdırılmasında ustadın (müəllim) olması zəriridirmi?
    3212 Əməli əxlaq
    Aydın məsələdir ki, belə bir çətin yolda əxlaq ustadının olması zəruridir. İlkin surətdə insanın əxlaq ustadı Allah- Taala özüdür. Çünki, insanı ilk gündən fitrətin (daxilən) vasitəsi ilə yaxşılıqlara doğru sövq etmişdir. Həmçinin bu yolda insanlara yardımçı olaraq Peyğəmbərlər də göndərmişdir. Əgər bu yolda bundan əlavə əməlləri saleh və mömin bir ...
  • Kitab əhli məadın cismani olmasına inanırlarmı? Lütfən, bu barədə bir neçə kitab təqdim edir.
    3570 Qədim kəlam
    Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir: 1. Əhli-kitabın (istər yəhudi, istər məsihi, istərsə də zərdüşt) təlimlərində “cismani məad” adlı bir ünvan irəli çəkilməmişdir. Bu barədə bəyan etdiklərimiz məadın özünə etiqadın əsli ilə əlaqədar əhli-kitabın dini mətnlərindəki çıxarışlarımızdır. 2. Bu ...
  • Һәзәрәт Мәһдинин (әҹ) зүһур әламәтләри нәдир?
    3953 Təzə kəlam
    Имам Заманын (әҹ) зүһуруну әламәтләри һаггында бәһс бир аз гатышыгдыр. Она ҝөрә дә мәһдәвијјәт мөвзусунда олан бүтүн рәвајәтләри арашдырмаг лазым ҝәлир. Үмуми шәкилдә рәвајәтләри арашдырмагла белә нәтиҹәјә ҝәлмәк олар ки, зүһурун әләмәтләри бир ҹәһәтдән ики дәстәјә бөлүнүр:
  • вилајәти фәгиһдән мәгсәд нәдир?
    3695 Təzə kəlam
    Әрәб дилиндә “вәли” сөзүндә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:
  • Cənabət qüslundan qabaq ətir və sağlamlıq kremlərinin yağlılığını bədəndən aparmaq lazımdırmı?
    2882 Nizamlar hüquq və əhkam
    Qüsüldə suyun bədənə çatmasına mane olanlar aradan getməlidir. Mərcələr bu barədə buyururlar: "Suyun bədənə yetişməsinə mane olan şeyi aradan aparmalıdır. Əgər onun aradan getməsinə yəqin etməzdən qabaq qüsl etsə, onun qüslü batildir."[1] Nəticə: Əgər sağlamlıq kreminin yağlılığı suyun bədənin dərisinə yetişməsinə mane olan ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    6061 تاريخ بزرگان
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...
  • Dini və qeyri-dini məktəblər arasında nə kimi fərqlər vardır?
    6132 Nəzəri əxlaq
    Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha ...
  • Kovsər hovuzu nədir?
    6269 Təfsir
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • İstehsal məhsullarının satış qiymətini şəriət hakimi təyin edirmi?
    3664 İqtisad fəlsəfəsi
    İslam iqtisad sistemində bazarda qiymət istehsal-tələbat əsasında təyin olunur, lakin bu bazar hökumətin dəyişkən, şəriətin isə sabit qanunları tərəfindən məhdudlaşdırılır və dövlət tərəfindən ona nəzarət edilir. Əlbəttə, əgər dövlət müəyyən hallarda xüsusi bir qiymət təyin edilməsinin islam və müsəlmanların mənafeyini təmin etdiyini ayırd edərsə, onlara qiymət qoya bilər. ...
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    4220 Nizamlar hüquq və əhkam
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114300 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87194 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    66116 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49761 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    39090 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36320 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25134 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24446 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24107 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22172 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...