Ətraflı axtarış
Baxanların
11795
İnternetə qoyma tarixi: 2011/10/20
Sualın xülasəsi
Müəllimlə tələbənin (orta və ali məktəb tələbəsinin) qarşılıqlı hüquqları hansılardır?
Sual
Ustadla (müəllimlə) şagirdlərin və ali məktəb tələbələrinin qarşılıqlı olaraq bir-birinin üzərində hansı hüquqları vardır?
Qısa cavab

Müəllimlə şagird və tələbənin qarşılıqlı olaraq çoxlu hüquqları vardır. Onları iki qismə bölmək olar:

1. Müəllimin şagirdə və tələbəyə qarşı vəzifəsi; bunlar əxlaqi, tərbiyəvi, elm və təlim vəzifələrindən ibarətdir.

2. Şagirdin və tələbənin müəllimə və ustada qarşı olan vəzifələri; belə ki, ona hörmət etmək, elmin və alimin məqamına ehtiramla yanaşmaq, ustadın müqabilində təvazökarlıq etmək və s.

Ətreaflı cavab

Ustadın tələbə və şagirdə qarşı və əksinə, şagirdin və tələbənin ustada qarşı olan vəzifə və hüquqları iki qismə bölünür:

1. Müəllimin şagird və tələbə qarşısındakı vəzifəsi. Bu da iki qismə bölünür:

a) Əxlaqi və tərbiyəvi vəzifələr, o cümlədən:

1. Şagirdlərə və tələbələrə qarşı mehribançılıq və məhəbbət göstərmək;[1]

2. Şagirdlərə və tələbələrə qarşı təvazökarlıq və mülayim rəftar etmək;[2]

3. Tələbələrin və şagirdlərin vəziyyəti barədə məlumat əldə etmək;[3]

4. Şagirdin və tələbənin adı və xüsusiyyətləri barəsində məlumat əldə etmək;[4]

5. Şagirdin şəxsiyyətinə ehtiram qoymaq, onun fikir və düşüncələrinin əhəmiyyətinə etiraf etmək;[5]

6. Şagirdlərə və tələbələrə diqqət yetirmək və məhəbbət göstərməkdə bərabərliyə riayət etmək;[6]

7. Şagirdlərin və tələbələrin keçmişinə riayət etmək,[7] (elm və ləyaqətdə) onların məziyyətlərinə diqqət yetirmək;[8]

8. Layiqli müəllimləri şagirdlərə və tələbələrə tanıtdırmaq;[9]

9. Ədəb-ərkanla və nəzakətlə yanaşı oturub-durmaq;[10]

10. Dərsdə vüqar və mətanətə riayət etmək;[11]

11. Şagirdlərdə və tələbələrdə məsuliyyət və inzibatçılıq hissini icad etmək;

12. Şagirdlərlə və tələbələrdə dostluq, onlarla müdara etmək və suallarını düzgün cavablandırmaq;[12]

13. Təzə gələn şagird və tələbələrlə əlaqədar məhəbbət, mehribançılıq, üzü açıqlıq və gülərüzlülük;[13]

14. Məlumatı olmayan məsələlərdə acizlik və bacarıqsızlığını etiraf etmək;[14]

15. Dərsin qurtarmasından qabaq tədrislə əlaqədar səhvləri xatırlatmaq;[15]

16. Dərsdən sonra sinifdən çıxmağı bir qədər təxirə salmaq;[16]

17. Şagirdlər və tələbələr üçün nümayəndə təyin etmək;[17]

18. Dərsləri əxlaqi nəsihət və dua ilə sona çatdırmaq.[18]

b) Elmi və tədris vəzifələri:

1. Şagirdləri və tələbələri elmi və əməli cəhətlərdən addımbaaddım irəli aparmaq;[19]

2. Şagirdlərdə və tələbələrdə elmə bağlılıq, savada şövq və maraq icad etmək;[20]

3. Şagirdlərin və tələbələrin istedadlarına riayət etməklə mətləbləri başa salmağa səy etmək;[21]

4. Tədris edərkən elmlərin külli qayda-qanunlarını xatırlatmaq;[22]

5. Tələbələri elmi məşğuliyyətlərə təşviq etmək və dərslərin təkrarına həvəsləndirmək;[23]

6. Dəqiq məsələləri irəli çəkmək və dərsi onlardan soruşmaq;[24]

7. Dərsi başa salmaq üçün ən gözəl tədris üslublarından və ən yaşı metod və qayda-qanunlardan istifadə etmək;

8. Elm və məlumatın məntiqi tərtibinə riayət etmək;[25]

9. Məsələlərin izah və bəyanında normal həddə kifayət etmək;[26]

10. Sinfin münasib fəzasına diqqət yetirmək (narahatçılıq yaradan hər növ amillərdən uzaqda olmaq);[27]

11. Tədris vaxtının təyin olunması ilə əlaqədar şagirdlərin və tələbələrin məsləhətlərinə diqqət yetirmək;[28]

12. Tədris zamanı səsə və bəyana diqqət yetirmək;[29]

13. Dərsdə nəzm və inzibatı qoruyub saxlamaq.

2. Müəllimin şagirdlər və tələbələr üzərində olan hüquqları aşağıdakılardan ibarətdir:

1. Ustada dəyər vermək, elm və savad məqamını əzizləmək;[30]

2. Müəllimin qarşısında təvazökarlıq etmək;[31]

3. Ustadla amiranə söhbətdən uzaq olmaq;

4. Ustadı ehtiramla yad etmək;

5. Ustadı özünə nümunə və örnək qərar vermək;

6. Ustadın xəbərdarlıq etməsi və yol göstərməsi qarşısında təşəkkür etmək;

7. Ustadın ehtimali kobud hərəkətlərinə dözmək;

8. Ustadın intizarını çəkmək və onun hüzuruna şərəfyab olmaq;

9. Ustada maneçilik törətməmək;

10. Ustadın yanına gedərkən daxili və zahiri cəhətdən bəzənmək;

11. Tədris vaxtını zorla ustada qəbul etdirməmək;

12. Ustadın istirahətinə maneçilik törətməmək;

13. Ustadın hüzurunda ədəb-ərkanla və nəzakətlə oturmaq;

14. Ustadın hüzurunda olarkən rəftar və davranışda ehtiyatlı olmaq;

15. Ustadın hüzurunda səsi və danışığı tənzim və riayət etmək;

16. Ustadın sözlərində olan çatışmaz cəhətləri incə işarələrlə düzəltmək;

17. Ustad birinə sual verdikdə başqa şagirdlər cavab verməsin;[32]

18. Ustadın sözlərinə dəqiq qulaq asmaq və fikri cəm edib təmərküzləşdirmək;

19. Ustadın izahlarına dəyər vermək;

20. Vaxtı tələf edən və yorucu sualları təkrar etməmək;

21. Sualı müəllimdən vaxtında soruşmaq;

22. Ürəyə yatan və xoşa gələn suallar vermək;

23. Utancaqlıq və xəcalət çəkməyə görə sual verməkdən çəkinməmək;

24. Elmi mətləbləri dərk etmədiyini etiraf etməkdə ürəkli olmaq;

25. Hər bir halda ustadın hörmətini saxlamaq, riayət etmək;

26. Ustad barəsində pis sözlərdən çəkinmək;[33]

27. Ustad barəsində hər növ yaranmaz və yersiz ittihamları dəf etmək;[34]

28. Ustadın eyiblərini gizlətmək, yaxşı xislətlərini zahir etmək;[35]

29. Ustadın düşmənləri ilə oturub-durmamaq, onun düşmənlərini özünə dost seçməmək;[36]

30. Ondan Allaha görə elm öyrənmək;[37]

31. Dərsdə sükuta riayət etmək.[38]

Əlavə məlumat üçün doktor Seyid Məhəmməd Baqir Höccətinin tərcümə etdiyi “Adabu təlim və tərbiyə dər İslam” kitabına müraciət etdin.



[1] Şəhidi Sani, “Munyətul-mürid”, səh. 190

[2] Yenə orada, səh. 191-192

[3] Yenə orada, səh. 1944

[4] Yenə orada, səh. 195

[5] Yenə orada, səh. 199

[6] Yenə orada, səh. 208

[7] Yenə orada, səh. 199

[8] Yenə orada, səh. 209

[9] Yenə orada, səh. 202

[10] Yenə orada, səh. 206

[11] Yenə orada, səh. 206

[12] Yenə orada, səh. 214

[13] Yenə orada, səh. 214

[14] Yenə orada, səh. 214 və 215

[15] Yenə orada, səh. 212

[16] Yenə orada, səh. 218

[17] Yenə orada, səh. 220

[18] Yenə orada, səh. 219

[19] Yenə orada, səh. 189

[20] Yenə orada, səh. 189

[21] Yenə orada, səh. 211

[22] Yenə orada, səh. 197

[23] Yenə orada, səh. 198

[24] Yenə orada, səh. 198

[25] Yenə orada, səh. 211

[26] Yenə orada, səh. 212

[27]Yenə orada, səh. 116

[28] Yenə orada, səh. 212

[29] Yenə orada

[30] Əbu Mənsur, “Məalimuddin və məlazul-müctəhidin”, səh. 43

[31] Yenə orada

[32] Yenə orada

[33] Yenə orada

[34] Yenə orada

[35] Yenər orada

[36] Yenə orada

[37] Yenə orada

[38] Yenə orada

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    4371 Nizamlar hüquq və əhkam
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    3755 Nizamlar hüquq və əhkam
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • Allah rəsulunu (s) yuxuda necə görmək olar?
    11170 Əməli əxlaq
    Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk ...
  • Ulduzlar və səma cisimləri insanların səadət və əzabını və nəticədə cənnət və cəhənnəmə daxil olmalarını təyin edirlərmi?
    4673 آسمان و زمین
    Bir çox ayə və rəvayətlər mövcuddur ki, cənnət və cəhənnəmə daxil olmanı müəyyən edən ən mühüm səbəb insanların əməlləri olduğunu bəyan edir. Siz şiə mütəkəllimlərinə müraciət etsəniz görərsiniz ki, onların heç biri insanların səadət və əzabında ulduzlar və səma cismlərinin təsirli olduğunu hesab etməmişlər. Hətta əgər bu ...
  • Əgər imam camaat namazda əsl qiblədən otuz dərəcə ixtilafla dursa, ona iqtida edənlərin vəzifəsi nədir?
    2296 Cürbəcür
    Qeyd olunmuş sualı bir neçə təqlid olunan müctehidin idarəsindən alınmış cavabları təqdim edirik: Ayətulah-üzma Xamneyinin (Allah hifz eləsin) idarəsindən: Namazı qibləyə tərəf qılmaq lazımdır. İnsan qəsdən namazı otuz dərəcə qiblədən kənara qıla bilməz. Ayətulah-üzma Məkarim Şirazinin (Allah hifz eləsin) idarəsindən: Gərək qibləyə tərəf dursun. Qibəldən dörd-beş dərəcə ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    4509 Əməli əxlaq
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • İstimna ilə izdivacın fərqi nədir?
    17793 Əhkam və hüquq fəlsəfəsi
    İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim ...
  • “Əgər camaat həzrət Əli (ə) haqqında olan bəzi kəramətləri bilsələr, kafir olarlar və deyərlər ki, (nəuzu billah) Əli (ə) elə həmin Allahdır” hədisini Peyğəmbər (s) buyurmuşdurmu?
    4856 Hədis elmləri
    Sizin söylədiyiniz hədisin eynisinə mən mənbələrdə rast gəlmədim. Amma bu məzmunda olan oxşar hədislər müxtəlif yollarla və mənbələrdə nəql olunmuşdur. Mən üsuli Kafi kitabında olan bu hədislərdən birinə xülasə olaraq işarə etmək istəyirəm.Əbu Bəsir deyir: Bir gün Peyğəmbər (s) oturmuşdu və qəfildən Əli ...
  • Buda dini, ilahi din olubdurmu?
    5106 Qədim kəlam
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Əql və şəriət nəzərindən nə üçün zinadan yolla (qanunsuz, şəri nikah olmadan) əmələ gələn şəxs əməlisaleh da olsa, pişnamaz ola bilməz?
    4251 بیشتر بدانیم
    Fiqhi kitablarda zinadan (qanunsuz yolla, şəri nikah olmadan) dünyaya gələn şəxsin (ona vələduz-zina deyilir) pişnamaz ola bilməməsinə dair çoxlu dəlillər qeyd olunmuşdur. Digər tərəfdən, alimlərin fikir birliyinə əsasən belə bir şəxsin imam-camaat olmağa səlahiyyəti yoxdur. Ehtiyat da belə bir hökmü tələb edir. Yəni əgər vələduz-zinaya iqtida etmək ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    125957 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    95410 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    77055 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    63490 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    60192 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38961 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    31588 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    28193 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    27797 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    26057 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...