Ətraflı axtarış
Baxanların
4276
İnternetə qoyma tarixi: 2012/02/07
Sualın xülasəsi
Ali- İmran surəsinin 144- cü ayəsi əziz Peyğəmbərin (s) şəhadətinə dəlalət edir?
Sual
"وَ مَا محُمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَ فَإِیْن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلىَ أَعْقَابِکُمْ" ayəsi (Ali- İmran 144) əziz Peyğəmbərin (s) şəhid olmasına dəlalət edir?
Qısa cavab

Qeyd olunan ayənin şəni nuzuluna diqqət edərkən sualdakı uhud döyüşündə o şayə ki, müsəlmanlar arasında bu məzmunla ki, Peyğəmbər öldürülübdür- yayıldı. Müsəlanlardan bir çoxu döyüş meydanından çıxdılar, bir cürə ki, hətta bəziləri bu fikirdə idilər ki, Peyğəmbərin ğldürülməyi ilə İslam dinindən dönsünlər və bütpərəstlərin böyüklərindən Əman istəsinlər. Bu vaxtda şərafətli ayə nazil oldu və döyüşdən əl çəkmiş bir dəstə müsəlmanı bərk danladı ki, dinlərində möhkəm və sabit qədəm olmalıdırlar; əgər Peyğəmbər diri ola ya ölə və yaxud öldürülə siz gərək dininizdən dönməyəsiniz. "Öldürüldü" feli təkcə bir fərziyyəni bəyan edir ki, hətta fərz etsək ki, Peyğəmbər öldürülüb. Müsəlmanlar gərək dinlərində qalsınlar və vəzifələrində səhlənkarlıq etməsinlər; bu cəhətdən bu ayə Peyğəmbər (s) şəhadətinə dəlalət etmir.

Ətreaflı cavab

Əziz Peyğəmbərin (s) vəfat ya şəhadət məsələsi araşdırılan və müzakirə olunan məsələlərdəndir o həzrətin şəhadətini sübut etmək üçün hədis və tarixi kitablardan bir sıra dəlillər bəyan olubdur.[1]

eyğəmbərin şəhadətinə dəlaləti

Amma şərafətli ayənin xüsusunda ki, buyurur: "Muhəmməd (s) fəqət Allahın elçisidir və ondan qabaq başqa elçilər də olublar. Əgər o ölə və ya öldürülə, siz arxaya qayıdacaqsınız? (İslamı buraxıb cahiliyyət və küfür dövrünə qayıdacaqsınız?) və hər kəs arxaya qayıda, heç vaxt Allaha zərər verməz".[2]

O ayənin şəni nuzuluna diqqət etmək lazımdır və o belədir: "O zaman ki, müharibə odu müsəlmanlarla bütpərəstlər arasında şiddətlə olovlanmışdı, bir səs ucaldı və bir nəfər dedi: Muhəmmədi öldürdüm... bu düz həmin an idi ki, "Əmru ibni qəmeyi harisi" adlı bir şəxs Peyğəmbər tərəfə bir daş atdı və o həzrətin alnı dişi və aşağı dodağı partladı. Bu vaxtda düşmən istəyirdi Peyğəmbəri öldürsün ki, Müsəb ibni Əmir" İslam qoşununun bayraqdarlarından biri onların hücumlarının qarşısını aldı amma özüdə bu arada öldürüldü çünki onun Peyğəmbərə çox oxşarlığı var idi, düşmən elə düşündü ki, Peyğəmbər qanına qəltan olubdur ona görə də bu xəbəri uca səslə bütün qoşuna çatdırdı.[3]

Bu xəbərin yayılması nə qədər ki, bütpərəstlərin ruhiyyəsində müsbət təsir qoyursa o qədər də müsəlmanlara mənfi təsir qoyub onları titrətdi, bir çoxları ki, müsəlmanların əksəriyyətini təşkil edirdilər əl- ayağa düşüb sürətlə döyüş meydanından çıxdılar, hətta bəziləri bu fikirdə idilər ki, Peyğəmbərin (s) öldürülməsiylə İslam dinindən dönüb və bütpərəstlərin başçılarından aman istəsinlər, amma onların müqabilində, Əli (ə) Əbu düğanə, Təlhə, və səhabələrdən başqa bəziləri kimi az bir dəstə idi ki, qalan müsəlmanları möhkəm dayanmağa çağırırlar. O vaxta qədər ki, aydın oldu ki, Əziz Peyğəmbər (s) sağdı və bu xəbər səhvən ya yalan olaraq müsəlmanlar arasında yayılıbdır. Bu vaxt, ayə nazil oldu və döyüşdən əl çəkmiş bir dəstə müsəlmanı bərk danladı.[4] Buna əsasən, qeyd olunan ayə və mənanı yetirir ki, İslam şəxsiyyət pərəstlik dini deyil və fərzən Peyğəmbər (s) bu döyüş meydanında şəhid olsaydıda, müsəlmanların vəzifəsi şübhəsiz mübarizəni davam etdirmək idi və onlar gərək dinlərində möhkəm və sabit qədəm qalaydılar; çünki Peyğəmbərin ölümü ya şəhadətiylə İslam sona çatmır, bəlkə həqiqi dindir ki, əbədi qalacaq.[5]

"Öldürüldü" feli təkcə bir fərziyyəni bəyan edir ki, hətta, fərz etsək ki, Peyğəmbər öldürülüb müsəlmanlar gərək dinlərində qalsınlar və vəzifələrində səhlənkarlıq etməsinlər; bu cəhətdən bu ayə Peyğəmbərin (s) şəhadətinə dəlalət etmir.



[1] - Bax: Göstərici: "İslam Peyğəmbərinin vəfatı ya şəhadəti" sual 4073 (sayt: 4348).

[2] - Ali- imran surəsi, ayə 144

«وَ مَا محُمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَ فَإِیْن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلىَ أَعْقَابِکُمْ». 

[3] - Məkarim Şirazi, Nasir, Təfsiri nümumə, cild 3, səh 115, Darul- kutubul İslamiyyəh, Tehran, 1374 hicri şəmsi.

[4] - Həmin.

[5] - Həmin, səh 116; V R.K. Fəxri Razi, Əbu Əbdillah Muhəmməd ibni Ömər, Məfatihul- ğeyb, cild 9, səh 377, Darul- əhyaut- turasil- ərəbi, Beyrut, 1420 hicri qəməri.

Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    130605 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    98789 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    80580 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    72016 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    63758 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    39938 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    35663 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29262 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    28926 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    27275 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...