Ətraflı axtarış
Baxanların
27274
İnternetə qoyma tarixi: 2007/01/04
Sualın xülasəsi
Müvəqqəti evlənməinin sözləri nədir?
Sual
Müvəqqəti evlənməkdən ötrü siğənin oxunmasında qeyri-ruhanidən istifadə etmək olarmı və onun şəraiti nədir?
Qısa cavab
Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır:
1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır.
2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər qadın və kişinin özləri ərəb dilində dəqiq və düzgün ləhcədə oxuya bilməsələr, hər hansı dildə də olsa bu əqdin sözlərin inşa niyyəti ilə oxuya bilərlər və əqd düzgündür. Vəkil tutmağa də ehtiyac yoxdur. Amma, elə sözlər deyilməlidir ki, “zəvvəctu” (qadın: özümü fulan kişinin əqdinə gətirirəm) və “qəbultu” ( kişi: qəbul etdim) mənalarını özündə izhar etdirib çatdıra bilsin.
3.Əgər qadın və kişi qeyri-daimi (müvəqqəti) əqd oxumaq istəsələr, əqdin müddətini və mehriyyəsinin təyin etdikdən sonra qadın desə ki: “zəvvəctukə nəfsi fil-müddətil-məlumətə ələl-məhril-məlum” – mən özümü müəyyən müddətdə və təyin olunmuş mehriyyə ilə sənin həyat yoldaşın olmağa gətirdim.” Və fasiləsiz olaraq, kişi: “qəbultu” – desə (qəbul etdim) əqd düzgündür. Yaxud özləri bunu deyə bilməslər hər ikisi vəkil tutur və qadının vəkili: “məttətu müvəkkiləti müvəkkiləkə fil-müddətil-məlumə ələl-məhril-məlum”  və kişinin vəkili dərhal: “qəbultu li müvəkkili hakəza” – desə yenə də bü əqd düzgündür.
4. Mehriyyənin təyin olunması və əqd zamanı adının çəkilməsi;
5.Kişi və qadın va yə onların vəkilləri əqd oxuyarkən bu evlənmənin inşasının niyyətini etməlidirlər. Yəni, əgər əqdi qadın və kişi özləri oxuyarlarsa, qadının “zəvvəctukə nəfsi” deməkdən məqsədi bu olsun ki, mən özünü sənin həyat yoldaşın qərar verdim və kişi də dərhal “qəbultu” – qəbul etdim deməsi və niyyəti kifayət edər ki, əqd düzgün olsun.
6. Müvəqqəti əqd oxuyan hədd buluğa yetən və aqil olmalıdır;
7.Əgər əqdi qadının və ya kişinin vəkili yaxud himayətçisi oxuyarsa, əqd oxuyarkən qadın və kişini niyytəində dəqiq təyin etməlidirlər;
8.Həddi buluğa çatmış və rəşidə qız; yəni, öz məsləhətini müəyyən etməyi bacaran qız, ərə getmək istəsə; əgər bakirə olsa, atasından və ya ata babasından icazə almalıdır. Amma, əgər bakirə olmasa və bakirəliyi qabaqcadan ərə getmək vasitəsi ilə aradan gedərsə, bu halda icazə almağa ehtiyac yoxdur.
9. Müvəqqəti (daimi əqd də eyni ilə) əqd etmək istəyən qadın, əqd zamanı başqasının əqdində olmamalı, həmçinin müvəqqəti və daimi əqdin iddə yəni, gözələmə halında da olmamalıdır;
10. Qadın və kişi bu evlənməyə (müvəqqəti və ya daimi) razı olmalı, zor, məcbur və ikrahla evlənməməlidirlər.[i] Əlbəttə, başqa şəraitlər də var ki, onadan ötrü fiqh və şəriət məslələrinin izahı kitablarına müraciət etmək lazımdır.[ii]
Nəql olunmuş məslələr mərhum ayətullah Xumeyninin fətvalarına əsaslanır. Digər müctehidlərdə ola bilsin məsələlərdə azca fərqlər də olsun. Ona görə də əgər sual edən şəxs ayətullah Xumeynidən təqlid etmirsə, yenidən təqlid etdiyi müctehidin nəzərini bilmək məqsədi ilə bizə müraciət edə bilər.
 

[i]  Tozihul-məsail mərace, c.2; səh.449-dan 460-a qədər; Təhrir vəsilə, c.2; səh.701-707, həmçinin səh.734-736
[ii] Tozihul-məsail mərace, c.2; səh.449-dan 460-a qədər; Təhrir vəsilə, c.2; səh.701-707, həmçinin səh.734-736
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    130601 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    98783 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    80575 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    72007 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    63754 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    39938 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    35658 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    29262 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    28926 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    27274 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...